Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Tofiq Köçərli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə12/151
tarix28.12.2021
ölçüsü0,99 Mb.
#17089
1   ...   8   9   10   11   12   13   14   15   ...   151
Tofiq Köçərli                                    - 12 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
ABŞ alimi Səmyuel A. Uimz haqlıdır: «Güman ki, bəşər tarixində elə bir ölkə 
olmamışdır  ki,  Ermənistan  kimi  yalnız  danışmaqla  bu  qədər  xarici  yardım  ala 
bilsin».
10
 
Uimzin  ABŞ-da  nəşr  olunmuş  «Ermənistan-terrorçu  «xristian»  ölkənin 
gizlinləri. (Ermənilərin böyük fırıldaq seriyaları. I cild.)» kitabı Azərbaycan dilində 
işıq üzü görmüşdür.   
Müəllifin  yazdığı  kimi,  «ermənilərin  fırıldaq,  kələk,  saxtakarlıq,  qırğınlar  və 
terrorçuluqla  dolu  hərəkətlərinin  uzun  siyahısı  bu  kitabda  sənədləşdirilmişdir. 
Bunlar  elə  erməni  gizlinləridir  ki,  onlar  xristian  dünyasının  bunu  bilməsini 
istəmirlər, lakin onlar erməni mənbələrinə əsasən burada faş edilir».
11
 
Uimzin  ən  çox  istifadə  etdiyi  erməni  məxəzi  amerikan  ermənisi  professor 
Riçard G. Hovanissyanın dördcildlik «Ermənistan Respublikası» kitabıdır. Uimzin 
yazdıqlarından  məlum  olur  ki,  Hovanissyanın  kitabında    Naxçıvan  və  Qarabağ, 
ümumiyyətlə Azərbaycan haqqında xeyli faktlar var.  
Yaxşı olardı ki, həmin kitab əldə edilib tədqiqatçıların istifadəsinə veriləydi.  
Bizim üçün əlçatmaz olan bir çox başqa mənbələrdən də Uimz geniş istifadə 
etmişdir.  Onlardan  biri  Britaniya  parlamentinin  üzvü  ser  Ellis  Bartlettin  1895-ci 
ildə yazdığı pamfletdir. 
Bartlett nələri vurğulayıb? 
-  «Türk-erməni  hadisələri  haqqında  çox  geniş  yayılmış  nağıllar…  Erməni 
Đnqilabi Komitəsinin çirkin icadlarıdır»; 
-  «Son  dörd  əsr  ərzində  heç  bir  hökumət  Osmanlı  Đmperiyası  qədər 
dözümlülük nümayiş  etdirməmiş  və daha çox   dini azadlıq verməmişdir.  Dinlərin 
hər  bir  formasına-yunan,  yəhudi,  nestorian,  Roma  katolikliyi  və  başqalarına-
ayinlərin  yerinə  yetirilməsində  və  yayılmasında  tam  azadlıq  verilmişdir.  Əgər 
türklər keçmişdə bir qədər az səxavət göstərsəydi, indi onlar müasir əziyyətlərinin 
çoxuna  qatlaşmazdılar.  Fransada  və  Almaniyada,  hətta  Đngiltərədə  heretiklər  diri-
diri  tonqallarda  yandırılanda  Osmanlı  dövləti  öz  tərəfindən,  təbəələrinə  hüdudsuz 
dini azadlıq vermişdi ». 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin