Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Tofiq Köçərli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə11/151
tarix28.12.2021
ölçüsü0,99 Mb.
#17089
1   ...   7   8   9   10   11   12   13   14   ...   151
Tofiq Köçərli                                    - 11 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
1921-ci il martın 28-də ABŞ-ın Türkiyədə səfiri kontr-admiral Bristol erməni 
məsələsinin  ABŞ  senatının  kollegiyasında  müzakirəyə  qoyulması  ilə  əlaqədar 
yazmışdı: 
«Görürəm  ki,  türklərin  Qafqazda  minlərlə  erməni  öldürmələri  haqqında 
məlumatlar ABŞ-da sərbəst yayılır… Ermənilər haqqında bu məlumatlar tamamilə 
yalandır…  Nə  qədər  ki,  ermənilərin  yaydıqları  yalan  məlumatları  təkzib 
etməmişik, yaxud durub erməni məsələsinə dair əsl faktları bəyan etməmişik, yalan 
informasiya  verməkdə  şərik  kimi  ittiham  oluna  bilərik.  Daşnaklar  hakimiyyətdə 
olanda  kürdlərə,  türklərə  və  tatarlara  hücumu  təmin  etmək  üçün  hər  şeyi  etdilər, 
müsəlmanlara qarşı zor işlətdilər,… müsəlmanları məhv edərək, evlərini talan edib 
dağıdaraq,  türklərin  üstünə  hücum  etdilər.  Türklər  cavab  tədbirlərinə  əl  atanda 
ermənilər hər şeyi buraxıb qaçdılar. Elə qaçdılar ki, hətta dayanıb öz arvadlarını və 
uşaqlarını qorumadılar».
8
 
Bristol  ABŞ-ın  Ermənistana  maddi  köməyi  haqqında  deyir:  «Đki  il  ərzində 
işsiz  ermənilərə  pul  xərclədik,  onlara  50  milyon  dollarlıq  un  verdik.  Bu  böyük 
xərclər  nə  verdi?  Alçaqlıqdan  başqa  heç  bir  şey.  Kritik  vəziyyət  yarananda 
Ermənistana  ən  fəal  kömək  edənlərdən,  Ermənistanın  ən  böyük  dostlarından  biri 
şəxsi  mühafizəsi  üçün  Türkiyəyə  müraciət  etməli  oldu.  Belə  bir  fakt  yaxşı 
məlumdur  ki,  ermənilərə  yardım  proqramımızı  həyata  keçirməyə  başlayan  zaman 
aclara  paylamaq  üçün  erməni  hökumətinə  verdiyimiz  un  və  digər    məhsulları 
hökumətin  yüksək  rütbəli  rəsmi  şəxsləri  mənimsəmiş  və  şəxsi  qazanc  üçün 
satmışlar».
9
 
Səfir  bildirirdi  ki,  Ermənistanda  sovet  hakimiyyəti  qurulması  ilə  50  milyon 
dollarımız artıq batmışdır. Ermənistana yenidən pul ayırmaq (belə təkliflər var idi) 
yenidən pulu havaya sovurmaqdır.  
Tarix  sanki  təkrar  olur:  1992-2001-ci  illərdə  ABŞ  Ermənistana  1,4  milyard 
dollar təmənnasız yardım göstərmişdir. Rusya isə Ermənistana 1 milyard dollarlıq 
hərbi sursat vermişdir…   



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin