Tofiq Köçərli - 7 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Kitabçanı yazarkən həmin əsərlərdən, yeddicildlik «Azərbaycan tarixi»ndən,
həmçinin rus müəlliflərinin XIX əsrdə və XX əsrin əvvəllərində nəşr olunmuş
kitablarından istifadə etmişəm.
Arzu edək ki, Naxçıvanın siyasi tarixi sistemli şəkildə yazılsın. Naxçıvan
tarixinin müəyyən dövrlərinə aid sənədlər və materiallar məcmuələri nəşr olunsun.
Yalnız o zaman tədqiqatçılarımız Naxçıvan tarixini saxtalaşdıranlara daha
tutarlı cavab vermək imkanı əldə edəcəklər.
Kitabçam ermənilərin Naxçıvan barəsində yalan və uydurmalarını ifşa etmək
sahəsində ilk addımdır.
Nə dərəcədə bu addım uğurludur? Bu barədə Naxçıvan tarixinin möhtərəm
bilicilərindən söz gözləyirəm, hər bir tənqidi qeyd, mülahizə və təklif
minnətdarlıqla qəbul ediləcəkdi.