Naxçıvan: uydurmalar və tarixi həqiqətlər Tofiq Köçərli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə3/151
tarix28.12.2021
ölçüsü0,99 Mb.
#17089
1   2   3   4   5   6   7   8   9   ...   151
Tofiq Köçərli                                    - 3 - 
 
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər 
 
«Tarixi-dövlətiyə  mütaliyə  edirsən,  görürsən  ki,  bədvdən  xətmədək  qələt  ilə 
doludur».
 
Bu da M.F. Axundovun qənaətidir. Đran tarixşünaslığında vəziyyət belə 
olub. 
Şimali  Azərbaycanın  özündə  tarixin  öyrənilməsinə  fikir  verilməyib.  Yalnız 
XIX  əsrdə  tariximizin  öyrənilməsinə  maraq  artıb.  Abbasqulu  ağa  Bakıxanov 
«Gülüstani-Đrəm» əsərini yazır.  
Salnaməçilər  yetişir.  Mirzə  Kərimağa  Fateh  Şəki  xanlığı  haqqında,  Mirzə 
Adıgözəlbəy,  Mirzə  Camal  Qarabağı  və  başqaları  Qarabağ  xanlığı  haqqında 
salnamələr yazırlar.  
Lakin  yenə  də nə peşəkar  tarixçilərimiz  var  idi,  nə  də tarix  üzrə  hansısa  elm 
mərkəzimiz. Baharın gəlişinə hələ çox var idi… 
1918-ci ildə müstəqil Azərbaycan Cümhuriyyətinin tarix səhnəsinə çıxması ilə 
tarixi  öyrənmək  haqqında  M.F.  Axundovun  arzularının  gerçəkləşməsinə,  A. 
Bakıxanovun  başladığı  işin  davam  etdirilməsinə  şərait  yarandı.  Tariximizdə  ilk 
dəfə  Azərbaycan  Cümhuriyyəti  tarixçi  kadrlar  hazırlamağı,  tarix  elmi  yaratmağı 
ümumdövlət əhəmiyyətli vəzifə hesab etdi. Cümhuriyyət rəhbərliyi  Azərbaycanda 
ilk  ali  məktəb-Bakı  Dövlət  Universitetini  yaratdı.  Universitetin  Tarix-Filologiya 
fakultəsi ölkəmizdə tarixçi mütəxəssislər yetişdirən və tarixi tədqiqatlar aparan ilk 
təhsil  və  elm  ocağı  oldu.  O  zamandan  keçən  illər  ərzində,  sözün  əsl  mənasında, 
misilsiz uğurlar qazanılmışdır: 
-  tarix  elminin  inkişafı  üçün  zəruri  olan  baza  -  Azərbaycan  Milli    Elmlər 
Akademiyasının  Tarix  Đnstitutu,  Arxeologiya  və  Etnoqrafiya  Đnstitutu,  dövlət 
arxivləri,  Azərbaycan  Tarixi  Muzeyi    və  digər  muzeylər,  çoxsaylı  ali 
məktəblərimizin bir neçəsində tarix fakültələri və tarix kafedraları yaradılır.  
- istedadlı tarixçilər nəsilləri hazırlanır.  
A. Bakıxanov adına Tarix Đnstitutu Azərbaycan tarixini tədqiq edən ali və əsas 
elmi  mərkəzdir.  Milli  tarixşünaslıq  və  mənbəşünaslıq  ənənələrinin  və  bazasının 
zəifliyinə  baxmayaraq,  Đnstitut  keçən  əsrin  50-ci  illərinin  axırları-60-cı  illərin 
əvvəllərində  üçcildlik  «Azərbaycan  tarixi»  (4  kitab)  yaratdı.  Doğrudur,  o  zaman 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin