Tofiq Köçərli - 6 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər qeyd etməklə kifayətlənirik ki, 16 mart 1921-ci il müqaviləsilə Rusiya və Türkiyə,
yenə həmin ildə bağlanmış Qars müqaviləsilə də Ermənistan Naxçıvanın
Azərbaycana mənsub olmasını, Azərbaycan protektoratı altında muxtariyyətə
malik olmasını təsdiq ediblər.
Lakin hələ Naxçıvan barəsində erməni yalan və uydurmaları lazımınca ifşa
edilməmişdir.
Bu barədə yalnız mənim bir neçə məqaləm 1993-1997-ci illərdə qəzetlərdə
çap olunmuşdur.
Həmin qəzetlərin baş redaktorları Ziyad Səmədzadəyə və Teymur Əhmədova
həmin məqalələr üzərində yenidən işləyərək kitabça şəklində oxuculara təqdim
edirəm. Sonra «Đqtisadiyyat» qəzetində (iyul-noyabr 2004) silsilə məqalələrim və
«Respublika» qəzetində bir neçə yazım çıxdı. Məqalələrimə yaşıl işıq
yandırdıqlarına görə minnətdarlığımı bildirirəm.
Bu, erməni müəlliflərinin Naxçıvan barəsində uydurmalarının tənqidinə həsr
olunmuş ilk kitabçadır.
Mövzu Qarabağ hadisələrilə əlaqəli şəkildə qələmə alınmışdır. Yəqin, bəzi
oxucularımız bilirlər ki, Qarabağ tarixinə və Ermənistan-Azərbaycan münaqişəsinə
dair monoqrafiyanı və bir çox məqaləm çıxıb. Bilmirəm bu problemlə bir də
məşğul olmaq imkanım olacaqmı. Ona görə mövzudan uzaqlaşsam da, son vaxtları
əldə etdiyim yeni mənbələr əsasında (M. Qorbaçov, Y.Primakov və F. Babkovun
kitabları və digər mənbələr) Qarabağ probleminin bəzi aspektlərini burada geniş
təsvir etmişəm.
Ümid edirəm ki, mövzudan kənara çıxmabım düzgün başa düşülər və insafla
qınanaram.
Naxçıvanın siyasi tarixinin bir sıra məsələləri və dövrləri haqqında Qaraş
Mədətovun, Rafiq Məmmədovun, Fuad Əliyevlə Mirabdulla Əliyevin, Vaqif
Piriyevin əsərləri var. «Azerbaydjan i Rossiə: istoriçeskiy dialoq» (Moskva, 2004)
kitabında E. Məmmədbəyli və F.Đbrahimzadənin məqalələri çap olunub.