Tofiq Köçərli - 14 -
Naxçıvan: uydurmalar və tarixi həqiqətlər əhəmiyyətlidir. Eyni zamanda həmin fikirlər erməni fitnə-fəsadlarını ifşa etməkdə
göstərdiyimiz passivliyə, laqeyidliyə son qoyulmasına, düşmənlərimizin ideoloji
hücum və təxribatlarından özümüzü qorumaq sahəsində mübarizəni bütün
istiqamətlərdə və bütün səviyyələrdə fəallaşdırmağa və gücləndirməyə çağırışdır.
Heç bir zaman unutmamalıyıq ki, ermənilər təbliğatda, daha dəqiqi yalan
yaymaqda və böhtan atmaqda çox mahir və təcrübəlidirlər. 1919-cu ildə
Zaqafqaziyada, o cümlədən Azərbaycanda olmuş ingilis jurnalisti Skotland-
Liddelin yazdığı kimi, «ermənilər dünyada ən yaxşı təbliğatçılardır… Onların
xaricdə təbliğatı elədir ki, Avropa və bütün dünya ermənilərin tərəfindədir. Onlar
məharətli müntəzəm təbliğatla layiq olmadıqları çox simpatiya qazanırlar».
15
Heç bir zaman unutmayaq həmin ildə Y.V.Çəmənzəminlinin yazdıqlarını:
«Hankı millət yaşamaq istərsə, öz dərdini söyləməlidir, səsini çıxarmalıdır. Səsini
çıxarmağı bilməyən və bağırmaq bacarmayan millət həmişə əzilər. Səs vasitəsi də
qəzet və məcmuələrdir. Qonşularımızdan bağırmağı ilə məşhur ermənidir. Bu
millət dərdini və tələbini bildirməkdə böyük istedad sahibidir. Rusiyada bir qəzetə
yoxdur ki, erməni məsələsini yazmasın. Bundan başqa, özlərinə məxsus bir çox
qəzetə və məcmuələri var.
Bu gün Paris konfransının nəzərini cəlb etmək üçün hədsiz-hesabsız kitablar
çap olunur, qəzetlər nəşr olunur. Hər kəs dərdini, tələbini uca səslə bildirir.
Eşitdiyimə görə, ermənilər bu il milli məsələlərinə dair doqquz yüz əsər təb
etdirmişlər.
… Bizim müsəlman aləmində əfkari-ümumiyyənin rəğbətini qazanmaq üçün
az çalışılır».
16
Sübut etməliyik ki, biz Azərbaycanı düşmən böhtan və yalanından qorumağa,
Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa qadirik.