|
EcoVision
61
1
EcoVision
BAŞLIQ
Hörmətli oxucular!
Hər il olduğu kimi “EcoVision” jurnalının bu ildəki ilk sayı Azərbaycan - Türkiyə
əlaqələrinin ötənilki durumuna həsr edilib. Bununla yanaşı jurnalımızın bu sayında
maraqlı xəbərlər, müəllif yazısı və müsahibələr oxucularımıza təqdim olunur.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin
Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev müsahibəsində
2014-cü ildə Azərbaycan–Türkiyə münasibətlərinin vəziyyəti ilə bağlı bir çox
məsələlərə aydınlıq gətirir. Bununla yanaşı 2015-ci ildə iki ölkə arasında iqtisadi və
ticarət münasibətlərinin perspektivləri ilə bağlı da fikirlərini bölüşüb: “Türkiyənin
Azərbaycandakı sərmayəsinin 1.5 milyard dolları qeyri-neft sektorundadır. Bu miqdar
önümüzdəki illərdə arta bilər. Azərbaycan tərəfi Türkiyə şirkətlərinin Azərbaycanda
yaradılan yeni sərmayə parklarına yatırımlarını artırmağını istəyir. Xüsusən trikotaj,
dəri, inşaat malları, kənd təsərrüfatı alətləri kimi sahələrdə Türkiyə təcrübəsindən fay-
dalanmaq olar.
Külək, günəş kimi alternativ enerji mənbələrindən istifadə üçün qarşılıq-
lı əməkdaşlıq yolları qurula bilər. Bu sahədə də artıq razılaşmalar var və layihələr
hazırlanır. Turizm son illərdə Azərbaycanın inkişaf etdirmək istədiyi qeyri-neft sekto-
rudur və bu sahədə tərəflər arasında qarşılıqlı sərmayə yatırımı yolları tapılmalıdır.
Bunlardan başqa, Azərbaycan və Türkiyə şirkətləri üçüncü ölkələrdə, xüsusən qonşu
dövlətlərin ərazisində ortaq yatırımlar edə bilərlər.”
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Baş katibi Ramil Həsənov isə jurnalımıza
müsahibəsində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının ötənilki fəaliyyəti ilə bağlı
sualları ətraflı cavablandırıb: “Ötən il ərzində siyasi və iqtisadi sahələrdə əməkdaşlığa
əlavə olaraq Türk Şurasının fəaliyyətləri nəqliyyat, turizm, təhsil, diaspor və media
da daxil olmaqla prioritet sahələri əhatə etmişdir. Türk Şurasının yaranmasında əsas
ideya və bizim də ən əsas məqsədimiz Türk dünyasında regional əməkdaşlıq və in-
teqrasiyaya yol açaraq üzv dövlətlərimiz arasında ikitərəfli münasibətlərin dördtərəfli
münasibətlərə çevrilməsindən ibarətdir.”
İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Ruslan Atakişiyev isə müəllif
yazısında Azərbaycan–Türkiyə iqtisadi əlaqələrinin son illərdəki vəziyyətinin təhlilini
təqdim edir: “Azərbaycanın ən böyük neft şirkəti olan SOCAR tərəfindən də Türkiyəyə
yatırılan investisiyanın həcminin ümumilikdə 20 mlrd. ABŞ dollarına çatdırılma-
sı gözlənilir. Bütün bu yatırılan qarşılıqlı investisiyalar regional və qlobal iqtisadi
layihələrin reallaşmasında və hər iki ölkənin dünya bazarında strateji tərəfdaş kimi
rəqabətədavamlı fəaliyyətinin təmin olunmasında başlıca rol oynayacaqdır. ”
Ənənəvi “Sahibkar” rubrikasının bu dəfəki qonağı "Network Global Logistik"
şirkətinin ölkə üzrə meneceri Oktay Vayiçdir. Bu müsahibədə oxucularımız iş adamı-
nın uğur hekayəsi ilə tanış olmaq imkanı əldə edəcəklər.
Ənənəvi olaraq bu sayımızda da regionda, dünyada və ölkəmizdə baş verən
hadisələr, ATİB-in və onun üzvü olan şirkətlərin fəaliyyəti ilə bağlı xəbər, qanunvericilik
xəbərləri, habelə ən son iqtisadi göstəriciləri diqqətinizə təqdim edirik. Bununla yanaşı,
yeni nəşr edilən bir sıra maraqlı kitablar haqında da qısa resenziyaları diqqətinizə
çatdırırıq. Həmçinin oxucularımız ATİB-ə daxil olan biznes təklifləri və yaxın gələcəkdə
ölkəmizdə və regionda planlaşdırılan tədbirlər haqqında anonslarla tanış ola biləcəklər.
Jurnalımızın hər sayında oxucularımızın maraq və istəklərini nəzərə almağa ça-
lışmışıq. Bu mənada bizə ünvanlayacağınız rəy və təkliflər jurnalın gələcək sayların-
da işimizi daha da asanlaşdırar və istəklərinizə uyğunlaşmaq üçün ciddi şəkildə yol
göstərər. Təklif və iradlarınızı pr@atib.az elektron ünvanında böyük məmnuniyyətlə
gözləyirik. Eyni zamanda ATİB-ə poçtlada müraciət edə bilərsiniz.
Dostları ilə paylaş: |
|
|