Kitab aşağıdakı oxucu qrupuna hədəflənib:
•
Birdən-birə marketinqdən az-çox nəsə anlamağın zərurətini dərk edən
menecerlər üçün. Tutalım ki, siz maliyyə üzrə vitse-prezident, qeyri-kom-
mersiya təşkilatının baş direktoru, ya da bazara yeni məhsul çıxarmağa
hazırlaşan sahibkarsınız. O qədər məşğulsunuz ki, hətta 300 səhifəlik “Yeni
başlayanlar üçün marketinq” kitabını oxumağa vaxt ayıra bilmirsiniz və
eyni zamanda, nüfuzlu mütəxəssisin müəyyənləşdirdiyi əsas anlayış və
prinsipləri daha qısa və sadə formada əldə etməyə üstünlük verirsiniz.
•
Marketinqi bir neçə il bundan öncə öyrənən və bu gün çox şeyin dəyişdiyinin
fərqində olan menecerlər üçün. Bəlkə də siz əsas marketinq konsepsiya-
ları barədə anlayışlarınızı yeniləmək arzusundasınız və bunun üçün yeni
yüksək effektli marketinq barədə ən yeni təsəvvürlərlə tanış olmalısınız.
•
Marketinq tədbirlərinin gündəlik xaosu nəticəsində yerin ayaqlarının altın-
dan qaçdığını hiss edən peşəkar marketoloqlar üçün. Bu halda kitab sizlərə
baş verənlərə hansısa aydınlıq gətirmənizdə və vəziyyəti anlamanızda yar-
dımçı olacaq.
Kitabda biznes və marketinq üzrə görkəmli nəzəriyyəçilərin sitatları ilə də
tanış olacaqsınız.
Müasir biznesin ən əsas problemi məhsul yox, istehlakçı qıtlığıdır. Bir çox
sahədə dünya çaplı istehsalçılar istehlakçıların almaq iqtidarında olduğun-
dan qat-qat çox məhsul istehsal edə bilərlər. İstehsalat gücünün artıqlığına
səbəbsə bir-birindən ayrı şəkildə hərəkət edən rəqiblərin realda mümkün olan
bazar paylarını bacardıqca artırmaq istəyidir. Əgər hər bir şirkət satışı 10 faiz
artırmağı planlaşdırırsa, bazarsa ümumilikdə yalnız 3 faiz böyüyürsə, nəticədə
artıq güc durğunlaşacaq.
Bu vəziyyət, öz növbəsində, hiperrəqabətə gətirib çıxarır. Alıcıları digər
yollarla cəlb etməkdən ümidlərini üzmüş rəqiblər qiymətləri aşağı salır və
ucuz hərraclar təşkil edirlər, nəticədə mallar su qiymətinə satılır. Bu isə həm də
gəlirlərin aşağı düşməsinə, bəzi şirkətlərin tənəzzülə uğramasına, birləşmələr
və birinin o biri tərəfindən udulmasına gətirib çıxarır.
Marketinq qiymət prinsiplərini deyil, digər prinsiplər əsasında rəqabət
aparmağı öyrədir. İstehsalın durmadan gücləndiyi müasir dövrdə bu, olduqca
mühüm bilgidir.
İşgüzar çevrədə və cəmiyyətdə hələ də marketinq anlayışına düzgün
yanaşmayanlar çoxluq təşkil edir. Belə hesab olunur ki, onun məqsədi isteh-
salata məhsuldan yaxa qurtarmaqda yardımçı olmaqdır. Əslində isə hər şey
əksinədir: istehsalat marketinqə kömək etmək üçün mövcuddur.
Tez-tez marketinqi satışla dəyişik salırlar. Marketinq və satış, demək
olar ki, bir-birinə zidd anlayışlardır, “sərt marketinq”sə daxili ziddiyyətli söz
birləşməsidir.
Marketinq yoxa çıxa bilməz, amma təəssüf ki, sizin onun barəsində bu-
günkü bilikləriniz tez bir zamanda öz aktuallığını itirir. Müəllif hiperrəqibli və
sürətlə dəyişən bazarda mübarizə apara bilmələri üçün işgüzar adamlara zəruri
olan 80 ən əhəmiyyətli anlayış və ideyanı seçərək təqdim edib.
Kitabın əvvəlində müəllif “mif” anlayışını, miflərin sosi-
al mahiyyətini ətraflı izah edir, bu mövzuya həsr olunmuş fun-
damental fəlsəfi əsərlərin A.Losev və D.Çijevski kimi müəlliflərin
fikirlərindən sitatlar gətirir: “Miflər aləmi praktiki təcrübə məntiqinə
tabe olmur. Məhz bu səbəbdən miflərə çox vaxt etnosun mənşəyini
izah etmək üçün müraciət olunur. Bu, mifoloji təfəkkürün tarixi
ümumiləşdirmələrə gəlişinin nəticəsidir. Ümumiləşdirici təfəkkürün
sonrakı inkişafı ilə əlaqədar olaraq mifoloji şüurun artıq başqa pilləsi
yaranır. Çox vaxt o, etnosu yaratmış “vahid ata” deyilən varlıq haq-
qında təsəvvürlər dərəcəsinə çatır”.
Müəllif qeyd edir ki, miflərin müxtəlif aspektlərini, o cümlədən
onun fəlsəfəsini öyrənən ciddi bir elm – mifologiya elmi möv-
cuddur, lakin mifologiya ilə yanaşı, “mifolojiləşdirmə” də vardır.
Mifolojiləşdirməni, yəni xalqın yaratdığı mifləri siyasi texnoloqla-
rın və siyasətbazların effektiv aləti olan süni mifolojiləşdirmədən
fərqləndirmək lazımdır.
Erməni Apostol kilsəsi, erməni diasporu, siyasi elita, ideo-
loqlar və “tarixçilər” birlikdə dünya ermənilərini miflər aləmində
saxlamaqda davam edir. Müəllif bunları nəzərə alaraq mötəbər
mənbələrdən, o cümlədən erkən xristianlığın tarixindən, habelə
erməni mənbələrindən gətirilən təkzibedilməz tarixi dəlillər əsasında
sübut edir ki, ermənilərin xristianlığı dövlət səviyyəsində birinci ola-
raq qəbul etmələri barədə dedikləri uydurmadan başqa bir şey de-
yildir.
Tarixçilər çoxdan eyni fikrə gəliblər ki, xristianlığa üz tutan ilk
monarx aramidilli Osroyenanın hökmdarı, eramızdan əvvəl 4-cü
ildən bizim eranın 7-ci ilinə qədər, sonra isə bizim eranın 13-50-ci
illərində hakimiyyətdə olmuş Edessa çarı V Abqardır. Kitabda bu çar-
lığın bütün hökmdarlarının siyahısı xronoloji ardıcıllıqla verilib. Os-
royenanın xristianlığı birinci olaraq qəbul etməsini S.Moffet, U.Smit,
Artur MakQiffert, Samuel Çetham, Ceyms Hastinq və bir çox başqa-
ları təsdiq edirlər. Kitabda bu tarixçi və ilahiyyatçıların fikirlərindən
iqtibaslar gətirilir.
Kitabda tarixçi C.Seqalın bu fikrinə də istinad edilir: “III əsrin
əvvəlində Edessanın əsas məhəlləsində kilsə vardı, hərçənd, ola bilsin
ki, əhalinin əksəriyyəti hələ bütpərəst olaraq qalırdı. Lakin bir əsrdən
sonra xristianlıq bu şəhərdə nəinki hakim etiqada çevrildi, hətta İn-
cilin yayılması tarixi xristian dünyasında çox populyar oldu. Edessa
xristianlığı rəsmi din kimi qəbul etmiş ilk çarlıq sayılır”.
Müəllif onu da sübut edir ki, ermənilər tərəfindən “özəlləşdirilmiş”
Sanatruk və I Tiridat əslində mənşə etibarilə sözün müasir anlamında
erməni olmayıblar. Üstəlik, Sanatruk tarixə xristianlığın qatı düşməni
kimi düşüb.
Filip Kotler
“A-dan Z-yə marketinq”
“Qanun” nəşriyyatı,
300 səhifə,
Bakı, 2015
Ramiz Mehdiyev
“Ermənilərin mif yaradıcılığı tarixdə
ilk xristian dövləti kontekstində”
Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi,
2014, 80 səh.
59
Nazim Hikmətin seçilmiş şeirlərindən ibarət olan “Ne Güzel Şey Ha-
tırlamak Seni” toplusu kitabla birlikdə 4 CD-dən ibarətdir.
CD-lərdə sənətçi Genco Erkalın səsi ilə Nazim Hikmətin 51 şeiri
səslənib.
“Yapı Kredi Yayınları” tərəfindən yayımlanan Nazim Hikmətin “Ne Gü-
zel Şey Hatırlamak Seni” kitabındakı şeirlərinin bəziləri bunlardır: “Has-
ret”, “Sesini Kaybeden Şehir”, “Mavi Gözlü Dev”, “Minnacık Kadın ve Ha-
nımelleri”, “Karıma Mektup”, “Ne Güzel Şey Hatırlamak Seni”, “Karlı Kayın
Ormanında”, “Ceviz Ağacı”, “Mavi Liman”, “Kara Haber” və “Henüz Vakit
Varken, Gülüm”.
Onun şeirlərindən birində belə deyilir:
Ne güzel şey hatırlamak seni.
Sana tahtadan bir şeyler oymalıyım yine:
bir çekmece
bir yüzük,
ve üç metre kadar ince ipekli dokumalıyım.
Ve hemen
fırlayarak yerimden
Penceremde demirlere yapışarak
hürriyetin sütbeyaz maviliğine
sana yazdıklarımı bağıra-bağıra okumalıyım...
Nazim Hikmətin diqqəti cəlb edən bir şeirini diqqətinizə çatdırırıq:
O, mavi gözlü bir devdi.
Minnacık bir kadın sevdi.
Kadının hayali minnacık bir evdi,
bahçesinde ebruliii
hanımeli
açan bir ev.
Bir dev gibi seviyordu dev.
Ve elleri öyle büyük işler için
hazırlanmıştı ki devin,
yapamazdı yapısını,
çalamazdı kapısını
bahçesinde ebruliii
hanımeli
açan evin.
O, mavi gözlü bir devdi.
Minnacık bir kadın sevdi.
Mini minnacıktı kadın.
Rahata acıktı kadın,
yoruldu devin büyük yolunda.
Ve elveda! – deyip mavi gözlü deve,
girdi zengin bir cücenin koluna
bahçesinde ebruliiii
hanımeli
açan eve.
Şimdi anlıyor ki mavi gözlü dev,
dev gibi sevgilere mezar bile olamaz:
bahçesinde ebruliiiii
hanımeli
açan ev…
Nazim Hikmətin şeirlərində diqqəti cəlb edən odur ki, insan bu
şeirləri oxuduqca həyatın gözəlliklərinin fərqinə varır.
Hər zaman dediklərimiz, lakin heç düşünmədiklərimiz...
Əhməd Şərif İzgörənin “İş həyatında 100 kenquru” kitabı
idarəçilər üşün için bir sistem liderliyi modelini bağışlayır.
Hər zaman ətrafımızdan idarəçilərimizdən nə gördüksə atamız-
dan, babamızdan nə öyrəndiksə, idarəetmə də onu tətbiq edirik. Bu,
günə qədər gördüklərimiz, hər zaman möhkəm intizam , bürokratiya,
tənbəllik və “qadağan yerli”lər... İşin pis tərəfi bunların bizim “doğ-
rumuz” olması, daha da pis olanı isə onları qəbul etməyimizdir. Bu
səbəblə də baxdıqda iş həyatınızda sürü ilə “kenquru” görəcəksiz. Li-
derlik və idarəetmə ilə əlaqəli mükəmməl praktika olaraq qəbul etdi-
yimiz və adını xəta olaraq qoyduğumuz yüzlərlə kenquru.
Əhməd Şərif İzgörən demişdir ki, on dörd yaşımda unifor-
ma geydim, sonrası hər zaman mənim üçün idarəetmə və liderlik
nümunələrini izləmək və tətbiq etməklə keçdi və praktikada işə çox
faydalı olduğunu gördüyüm bu təcrübələri, bir az da ətrafımdakıların,
verdiyim seminarlarda iştirak edənlərin istiqamətləndirilməsi ilə
sizinlə bölüşmək istədim. O bu kitabda ölkədəki qurumlarda çox
effektiv şəkildə istifadə edə biləcək bir modeli, “Sistem Liderliyi”ni
təqdim edir. Fikir adamı Seyfi Durhanın dediyi kimi “Atların nallan-
dığı yerdə qurbağalar ayaqlarını uzatmazmış”. Əhməd Şərif İzgörən
qeyd etmişdir ki, bu qədər amerikalının kitab yazdığı və son dərəcə
səthi nəzəriyyələr hazirlayıb bütün dünyaya satdığı, Türkiyəyə gəlib
minlərlə dollara bunları anlatdığı bir sahədə bir türkün yeniyeni bir
təcrübə ilə ortaya çıxdığının hörmətsizlik olduğunu bildiyim üçün “
Sistem Liderliyi Modeli”nə yalnız müəyyən bir nizam çərçivəsində bilik
və təcrübənin bölüşülməsi gözü ilə baxmanıza üstünlük verirəm.
Bu kitabda tapacağınız məlumatlar nəzəri olaraq gözəldir, lakin
çətin olanı bunları praktikada həyata keçirməkdir. Həyata keçirmək
çox çətindir, çünki qarşınızda şirkətlər, formullaşdırılmış insanlar
yoxdur. Hər şirkətin quruluşu, hər insanın təbiəti fərqlidir. İş həyatı
üçün ideal utopiya yarada bilməzsiniz. Kədərlər, müvəffəqiyyətlər,
müvvəffəqiyyətsizliklər mütləq olacaq. Lakin kitabda bəhs edilən
əsas yanaşma olan “Sistem Liderliyi Modeli”nin tətbiq olunması uzun
mərhələdə mütləq müvəffəqiyyət qazandırır.
Kitabın adı nə üçün “İş Həyatında 100 Kenquru”dur? Əvvəllər
Əhməd Şərif İzgörən kitabın adını “Sistem Liderliyi” qoymağı dü-
şündüyü halda, kitabın bir idarəetmə kitabı ola bilməsi üçün içində
mütləq bir sayı olması qərarına gəldi: Təsirli Liderlərin 7 Vərdişi
(narkotik, viski və s.), axmaqlar üçün 20 qızıl müvəffəqiyyət açarı,
Ünsiyyətin 12 möhtəşəm qaydası , Sevgilinzi tərk etmənin 50 yolu
kimi. Qazi Universitetinin Tibb Fakültəsində verdiyi seminarlardan
sonra dekan Səlçuk bəy ilə liftdə onun kabinetinə çıxarkən yeni kita-
bının adını soruşduqda həm də lift kimi bir yerdə dekanın iştirakı ilə
“İş Həyatında 100 Kenquru” dediyi anda iki təmizlik işçisinin məzəli
gülüşməsi Əhməd Şərif İzgörənə kitabın yeni adını qazandırdı.
Əhməd Şərif İzgörənin “İş həyatında 100 kenquru” kitabında ən
çox bəyənilən fikirlərdən biri budur: “Tarlanın iyirmi yerinin hər birini
bir metr qazsanız su tapa bilməzsiniz. Bir yerini iyirmi metr qazın.” Bi-
zim elmi konsepsiyamız bu fəlsəfəyə söykənərsə, o zaman irəliləyərək
addım-addım dünyanın rəqabətə davamlı elm mərkəzlərinə çevrilə
bilərik.
Ne Güzel Şey Hatırlamak Seni
Genco Erkalın Sesinden
Nazım Hikmet Şiirleri
Əhməd Şərif İzgörən
“İş həyatında 100 kenquru”
290 səhifə