EcoVision



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə5/107
tarix28.12.2021
ölçüsü4,06 Mb.
#17128
1   2   3   4   5   6   7   8   9   ...   107
8

EcoVision

XİTAB


Hörmətli oxucular!

Hörmətli ATİB üzvləri!

Azərbaycan  Respublikası  ilə  Türkiyə  Cümhuriyyəti 

arasında  dostluq  və  qardaşlıq  prinsiplərinə  əsaslanan 

ikitərəfli  münasibətlər  2014-cü  ildə  də  uğurla  inkişaf 

etmişdir.  Ötən  il  iki  qardaş  ölkə  arasındakı  əlaqələrin 

möhkəmləndirilməsi istiqamətində, həm də Azərbaycan 

Türkiyə  İş  Adamları  Birliyinin  fəaliyyətində  bir  çox 

əhəmiyyətli hadisələrlə yadda qaldı.

İki  ölkə  arasında  əlaqələrin  inkişafında  dövlət 

başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər mü-

hüm  əhəmiyyət  kəsb  edir.  Bu  baxımdan  2014-cü 

ildə  baş  tutan  qarşılıqlı  səfərlər  Azərbaycan-Türkiyə 

əlaqələrinin daha da dərinləşməsinə xidmət etmişdir. 

Türkiyənin  yeni  seçilmiş  Prezidenti  Rəcəb  Tayyib 

Ərdoğanın və Əhməd Davudoğlunun Baş nazir olaraq 

ilk rəsmi xarici səfərini Azərbaycana etməsi bir daha 

göstərdi ki, strateji əməkdaşlığa əsaslanan tərəfdaşlıq 

münasibətləri uğurla inkişaf edir. 

Türkiyə  Respublikasının  Prezidenti  Rəcəb  Tayyib 

Ərdoğan sentyabr ayının əvvəlində Azərbaycana etdiyi 

rəsmi səfər zamanı ölkə başçıları arasında Azərbaycan-

Türkiyə münasibətlərinin müxtəlif aspektləri, qarşılıqlı 

əməkdaşlığın  daha  da  genişləndirilməsi,  beynəlxalq 

və regional hadisələrin müzakirəsi aparıldı. Görüşdə 

iki  ölkə  arasında  strateji  əməkdaşlığa  əsaslanan 

ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inki-

şaf etdiyi vurğulandı. Bu səfərin ölkələrimiz arasında 

dostluq  əlaqələrinin  daha  da  möhkəmlənməsi  işinə 

xidmət  edəcəyi  bildirildi  və  əlaqələrin  bundan  son-

ra da daim yüksələn xətlə inkişaf edəcəyinə əminlik 

ifadə olundu. 

ATİB Azərbaycan-Türkiyə əlaqələrinin iqtisadi və 

digər  istiqamətlərdə  inkişafı  üçün  2014-cü  ildə  də 

öz  töhfəsini  vermişdir.  Azərbaycan  Respublikasının 

Prezidenti cənab İlham Əliyevin 2014-cü ili “Sənaye 

ili” elan etməsi ilə əlaqədar ATİB-in təşkilatçılığı və 

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Mil-

li Konfederasiyasının tərəfdaşlığı ilə Bakı şəhərində 

“İqtisadi  artım  və  sənayeləşmə:  Azərbaycanın  im-

kanları  və  Türkiyənin  təcrübələri”  adlı  regional 

sənaye  konfransı  keçirildi.  Azərbaycan  Respubli-

kası  İqtisadiyyat  və  Sənaye  Nazirliyi  başda  olmaq-

la,  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  yüksək 

səviyyəli  nümayəndələri,  Türkiyə  Cümhuriyyətinin 

Azərbaycandakı səfiri və müşavirləri, universitet rek-

torları və araşdırma institutlarının tanınmış alimləri, 

özəl  sektor  təmsilçilərinin  iştirak  etdiyi  konfrans-

da  "Azərbaycan  və  Türkiyənin  sənayeləşmə  pro-

sesinin  mərhələləri  və  qazanılan  nailiyyətlər"  və 

"Sənayenin  inkişafında  özəl  sektorun  önəmi  və 

sənayenin  maliyyələşməsi"  məsələləri  müzakirə 

olundu.  Beləliklə,  Azərbaycan  Türkiyə  İş  Adamları 

Birliyi Azərbaycan Sahibkarlar Təşkilatları Milli Kon-

federasiyası ilə birgə təşkil etdiyi regional konfransla 

“Sənaye ili”nə öz töhfəsini vermiş oldu. 


Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin