Prezident İlham əliyev Baş nazir əhməd
davudoğlu ilə görüşdü
Yanvarın 14-də Azərbaycan Respublikasının Pre-
zidenti İlham Əliyev Türkiyə Respublikasının Baş na-
ziri Əhməd Davudoğlu ilə görüşüb.
Görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli
münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqti-
sadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu in-
kişafından məmnunluq ifadə olundu. Ölkələrimizin
birgə həyata keçirdiyi layihələrin əhəmiyyətinə to-
xunuldu, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin
önəmi vurğulandı. Azərbaycan–Türkiyə əlaqələrinin
regional əməkdaşlığın gücləndirilməsinə töhfə ver-
diyi qeyd edildi.
Söhbət zamanı Ermənistan–Azərbaycan, Dağ-
lıq Qarabağ münaqişəsinin ədalətli şəkildə,
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll
olunmasının zəruriliyi bildirildi. Ölkələrimiz ara-
sındakı dostluq əlaqələrinin bundan sonra da
genişlənəcəyinə əminlik ifadə olundu.
Dostları ilə paylaş: |