15
azərbaycanla türkiyə arasında hərbi və hərbi
sənaye sahəsində əlaqələr müzakirə olunub
Dekabrın 16-dan 18-dək Ankarada Türkiyə və
Azərbaycan arasında Yüksək Səviyyəli Hərbi Dialoq
iclası keçirilib. İclasda iki ölkə arasında hərbi sahədə
əməkdaşlığın növbəti il üçün hədəfləri, hərbi və
müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları
və perspektivləri müzakirə edilib.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında
keçirilmiş toplantıdan sonra Azərbaycan nümayəndə
heyəti müxtəlif hərbi qurumlarda, o cümlədən Milli
Müdafiə Nazirliyinin Müdafiə Sənayesi Katibliyində
olub. Azərbaycan heyətinə müdafiə nazirinin müa-
vini general-leytenant Kərim Vəliyev rəhbərlik edib.
Nümayəndə heyətinə Türkiyə müdafiə sənayesində
həyata keçirilən layihələr barədə brifinqlər verilib. Bu
sahədə əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan–Türkiyə Yüksək
Səviyyəli Hərbi Dialoqu 2007-ci ildən etibarən ildə
bir dəfə keçirilir. Növbəti iclas 2015-ci ilin sonlarında
Bakıda olacaq.
Dostları ilə paylaş: |