Müdafiə naziri türkiyənin azərbaycandakı
səfiri ilə görüşüb
Dekabrın 4-də müdafiə naziri general-polkovnik
Zakir Həsənov Türkiyənin Azərbaycandakı səfiri İs-
mayıl Alper Coşkunu qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
APA-ya verilən məlumata görə, görüşdə hər iki
ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində
həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlıq
məsələlərinin əhəmiyyəti, regiondakı hərbi-siyasi
vəziyyət, Ermənistan–Azərbaycan, Dağlıq Qara-
bağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi
məsələləri müzakirə edilib.
Müdafiə naziri hər iki ölkənin Silahlı Qüvvələri
nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili,
birgə təlimlərin keçirilməsinin vacibliyini qeyd
edərək hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində
əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini və
bu fəaliyyətlərin gələcəkdə də davam etdirilməsinin
zəruriliyini bildirib. Sonra Azərbaycan və Türkiyə Si-
lahlı qüvvələri arasında əlaqələrin perspektivləri və
digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə
Türkiyə
Silahlı
Qüvvələrinin
Azərbaycandakı hərbi attaşesi briqada generalı Ha-
san Nevzat Taşdeler də iştirak edib
Dostları ilə paylaş: |