azərbaycanın müdafiə naziri türkiyə müdafiə
nazirinin müavinini qəbul edib
Dekabrın 11-də müdafiə naziri general-pol-
kovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan
Türkiyə müdafiə nazirinin müavini Hasan Yardımcı-
nın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə
istinadən verdiyi məlumata görə, nazir Azərbaycanla
Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və
qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu
əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və hər
iki tərəf üçün faydalı olduğunu deyib.
Ermənistan–Azərbaycan,
Dağlıq
Qarabağ
münaqişəsinə toxunan müdafiə naziri işğal edilmiş
Azərbaycan torpaqlarının azad edilməsinin bölgə
üçün vacibliyini vurğulayıb.
H.Yardımcı Azərbaycana səfərdən məmnun
qaldığını bildirərək, qarşılıqlı münasibətlərin
möhkəmlənməsində bu cür səfərlərin rolu və
əhəmiyyətindən danışıb. Sonra regional və ikitərəfli
əməkdaşlıqla bağlı digər məsələlər barədə ətraflı fi-
kir mübadiləsi aparılıb.
Dostları ilə paylaş: |