azərbaycan Prezidenti türkiyənin elm,
sənaye və texnologiyalar nazirini qəbul edib
Dekabrın 2-də Azərbaycan Prezidenti İlham
Əliyev Türkiyənin elm, sənaye və texnologiyalar na-
ziri Fikri İşıkın başçılıq etdiyi nümayəndə heyətini
qəbul edib.
APA-nın məlumatına görə, görüş zamanı F.İşık
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş
nazir Əhməd Davudoğlunun salamlarını Azərbaycan
Prezidentinə çatdırıb. Bakıda keçirilən “Bakutel–2014”
telekommunikasiya və informasiya texnologiyala-
rı sərgisinin əhəmiyyətini vurğulayan türkiyəli nazir
Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının
elm və texnologiyalar üzrə nazirlər toplantısında işti-
rak edəcəklərindən məmnun olduqlarını deyib.
“Biz hamımız Azərbaycan xalqının ümummilli li-
deri, ulu öndər Heydər Əliyevin “bir millət-iki dövlət”
fəlsəfəsinin daha da möhkəmləndirilməsində
səylərimizi əsirgəməməliyik”, – deyə o vurğulayıb.
Rəcəb Tayib Ərdoğanla dekabrın 1-dəki tele-
fon söhbətini xatırlayan Prezident İlham Əliyev
isə bir daha Türkiyə tərəfindən Azərbaycanın
“G-20”nin tədbirlərinə və zirvə toplantısına dəvət
edilməsini ölkələrimiz arasında dostluq və qardaşlıq
münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirib.
Dövlət başçısı ölkələrimiz arasında bütün sahələrdə
uğurla inkişaf edən əməkdaşlığı elm və yüksək tex-
nologiyalar sahəsində daha da genişləndirməyin
önəmini qeyd edib.
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın
və Əhməd Davudoğlunun salamlarına görə
minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə
Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
Dostları ilə paylaş: |