EcoVision


Bakıda azərbaycan–türkiyə



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə23/107
tarix28.12.2021
ölçüsü4,06 Mb.
#17128
1   ...   19   20   21   22   23   24   25   26   ...   107
Bakıda azərbaycan–türkiyə 

Yüksək texnologiyalar Forumu keçirilib 

Dekabrın 

3-də 

“Bakutel–2014” 



sərgisi 

çərçivəsində  Azərbaycan–Türkiyə  Yüksək  Texnolo-

giyalar Forumu keçirilib. Rabitə və Yüksək Texnolo-

giyalar Nazirliyi və İstanbul Ticarət Palatasının birgə 

təşkilatçılığı ilə keçirilən forumda hər iki ölkədən 40-

dək şirkət iştirak edib.

Açılış  mərasimində  çıxış  edən  rabitə  və  yüksək 

texnologiyalar nazirinin müavini Elmir Vəlizadə belə 

forumların  keçirilməsinin  iki  qardaş  ölkə  arasında 

İKT  üzrə  əməkdaşlığın  inkişafına  təkan  verəcəyini 

bildirib.  Azərbaycanda  İKT  sahəsinin  sürətlə  inkişaf 

etdiyini  vurğulayan  E.Vəlizadə  statistik  göstəriciləri 

diqqətə  çatdıraraq  deyib:  “Son  illərdə  İKT  sektoru-

nun həcmi təqribən 20-25 faiz artaraq, ümumi da-

xili məhsulda payı 1,7 faizə, qeyri-neft bölməsindəki 

ümumi  daxili  məhsulda  payı  isə  3,3  faizə  yüksəlib. 

Bu sektora investisiya qoyuluşu təqribən 2,5 milyard 

ABŞ dolları təşkil edib ki, bunun da 28 faizi dövlət, 

72  faizi  yerli  biznes  və  xarici  investorlar  tərəfindən 

yatırılıb”.

Sonra  çıxış  edən  Türkiyə  Respublikasının  infor-

masiya  və  kommunikasiya  texnologiyaları  quru-

munun  sədri  Tayfun  Acarer  ölkələrimiz  arasında 

İKT sahəsində əməkdaşlığın perspektivlərindən da-

nışıb.  Bu  sahədə  dünyadakı  mövcud  vəziyyətdən 

bəhs  edən  T.Acarer  müasir  yanaşmaların  insanlar 

tərəfindən daha tez əldə olunduğunu vurğulayaraq 

deyib: “Hazırda dünyada 3 milyard insan internetdən 

bəhrələnir ki, onun da 7 milyard nəfəri mobil rabitə 

istifadəçisidir.  Müasir  dünyada  az  qala  günbəgün 

yenilənən məhsullar onların daha da təkmilləşməsinə 

gətirib  çıxarır.  Məsələn,  bu  gün  planşet  və  tablet 

bazarının 75 faizini smartfonlar təşkil edir. Əgər bu 

cihazlara vaxtilə telefon deyirdiksə, artıq bu gün on-

ları  belə  adlandırmaq  düzgün  olmaz.  Mobil  rabitə 

sektoru da durmadan inkişaf etməkdədir. Məsələn, 

ilk vaxtlar mobil rabitədən dünya üzrə 20 ildə 1 mil-

yard abonent istifadə edirdisə, son 5 ildə bu rəqəm 

5 milyard olub. 2020-ci ildə isə 50 milyard abonentə 

çatacaq”.

T.Acarer çıxışının sonunda bildirib ki, Azərbaycanla 

Türkiyə  şirkətləri  ölkələrimizin  Asiya  ilə  Avropa-

nın  qovuşuğunda  yerləşməsindən  səmərəli  istifadə 

etməlidirlər. Əlverişli coğrafi məkanda yerləşməyimiz 

bizə  əlavə  imkanlar  yaradır.  İKT  sektorunda  təmsil 

olunan şirkətlərimiz bundan faydalanaraq imkanla-

rını artıra bilərlər.


Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin