EcoVision


azərbaycanla türkiyə sənaye sahəsində



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə22/107
tarix28.12.2021
ölçüsü4,06 Mb.
#17128
1   ...   18   19   20   21   22   23   24   25   ...   107
azərbaycanla türkiyə sənaye sahəsində 

əməkdaşlığı genişləndirirlər

Dekabrın  3-də  Azərbaycanın  iqtisadiyyat  və 

sənaye  naziri  Şahin  Mustafayev  Türkiyənin  elm, 

sənaye və texnologiya naziri Fikri İşıkla görüşüb.

Görüşdə Ş.Mustafayev Azərbaycan və Türkiyə ara-

sında siyasi və iqtisadi əlaqələrin strateji əməkdaşlıq 

səviyyəsinə  yüksəldiyini  və  əməkdaşlığın  bütün 

istiqamətlər üzrə uğurla inkişaf etdiyini vurğulayıb: 




17


18

EcoVision

XƏBƏRLƏR


“Hazırda  Azərbaycanda  2500-ə  yaxın  türk  şirkəti 

fəaliyyət  göstərir  ki,  bu  da  Azərbaycandakı  xarici 

şirkətlərin  36%-dən  çoxunu  təşkil  edir.  Ölkəmizdə 

həyata  keçirilən  layihələrin  bir  çoxunda  Türkiyə 

şirkətləri də podratçı qismində iştirak edirlər. Digər 

sahələrdə olduğu kimi, "Şahdəniz–2", TAP və TANAP 

layihələri  çərçivəsində  ölkələrimiz  arasında  uğurlu 

enerji əməkdaşlığı davam etdirilir”.

Nazir qeyd edib ki, Azərbaycan və Türkiyə arasın-

da iqtisadi əlaqələrin, o cümlədən sənaye sahəsində 

əməkdaşlığın genişləndirilməsi üçün böyük imkan-

lar var. Görüşdə 2014-cü ilin Azərbaycanda "Sənaye 

ili" elan edildiyi vurğulanıb, bu sahədə görülən işlər, 

eləcə  də  sənaye  parklarında  rezidentlər  üçün  ya-

radılmış  əlverişli  imkanlar  barədə  məlumat  verilib, 

türkiyəli  sahibkarların  bu  imkanlardan  yararlana 

biləcəyi də diqqətə çatdırılıb.

Türkiyəli  nazir  uğurla  inkişaf  edən  Azərbaycan–

Türkiyə  əlaqələrinin  daha  da  genişləndirilməsinin 

əhəmiyyətini  qeyd  edib.  F.İşık  digər  sahələrdə  ol-

duğu  kimi,  sənaye  sahəsində  də  iki  ölkə  arasında 

əlaqələrin  inkişafının  vacibliyini  diqqətə  çatdırıb, 

təcrübə  mübadiləsinin  aparılmasını,  sənayenin 

müxtəlif  sahələrində  əməkdaşlıq  imkanlarını  qeyd 

edib.  2014-cü  ilin  Azərbaycanda  "Sənaye  ili"  elan 

edilməsini  yüksək  qiymətləndirən  F.İşık  Türkiyədə 

sənayenin inkişafı üçün görülən işlərdən bəhs edib.

Görüşdə  sənaye  sahəsində  əməkdaşlığın 

genişləndirilməsi  üçün  konkret  istiqamətlər  üzrə 

müzakirələr aparılıb.




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin