azərbaycanla türkiyə kosmik sənaye sahəsində
yeni əməkdaşlıq imkanlarını araşdıracaqlar
Dekabrın 5-də rabitə və yüksək texnologiyalar
naziri Əli Abbasov “Bakutel–2014” 20-ci Beynəlxalq
Telekommunikasiya və İnformasiya Texnologiyaları
Sərgi və Konfransı çərçivəsində Türkiyə Respublika-
sının elm, sənaye və texnologiyalar naziri Fikri İşıkın
başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
RYTN-in mətbuat xidmətinin məlumatına görə, iki
qardaş ölkə arasında münasibətlərin bütün sahələrdə
uğurlu inkişaf dinamikasına toxunan nazir Əli Ab-
basov əməkdaşlığın genişləndirilməsində rabitə və
yüksək texnologiyalar sahəsinin xüsusi çəkiyə malik
olduğunu vurğulayıb.
Texnoparkların
yaradılmasında
Azərbaycanın
yeni addımlar atdığını da diqqətə çatdıran nazir bu
sahədə artıq irəliləyişlər əldə etmiş Türkiyənin zəngin
təcrübəsinin ölkəmiz üçün faydalı ola biləcəyini bildi-
rib. F.İşık da ölkələrimiz arasında təcrübə mübadiləsinin
vacibliyinə diqqət çəkərək, nəzəri biliklərin texnoloji
həllərə yönəldilməsinin əhəmiyyətini qeyd edib. Dün-
ya kosmik klubunun üzvü kimi Azərbaycanın peyk
sənayesinin inkişafında əsaslı rol oynaya biləcəyini də
vurğulayan türkiyəli nazir bu sahədə birgə layihələrin
reallaşmasını məqsədəuyğun sayıb. Kosmik sənaye
sahəsində, o cümlədən müşahidə peyklərinin istehsa-
lında Türkiyənin müvafiq yer tutduğunu xatırladan F.İşık
Azərbaycanla birgə peyk istehsalı imkanlarının nəzərdən
keçirilməsi fikrini irəli sürüb. Türkiyəli qonaq bio-, nano-,
yüksək texnologiyalar və digər istiqamətlər üzrə də birgə
əməkdaşlıq üçün geniş potensial olduğunu diqqətə çat-
dıraraq, bu potensialdan faydalanmağın hər iki ölkəyə
böyük imkanlar qazandıracağını vurğulayıb.
Dostları ilə paylaş: |