azərbaycan mobil telefonların
idxalına xüsusi rejim tətbiq edəcək
Azərbaycanda ölkəyə mobil telefonların idxalı zama-
nı xüsusi şərtlər tətbiq olunacaq. Trend xəbər verir ki, bu
barədə çərşənbə günü jurnalistlərə rabitə və yüksək texno-
logiyalar naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, Rabitə Nazirliyi müvafiq dövlət
strukturları ilə birlikdə tədbirlər planı hazırlayıb.
Nazir hesab edir ki, Azərbaycanda pərakəndə elektron
kommersiya böyük sürətlə inkişaf edir. Əgər 2013-cü ildə
elektron kommersiyanın həcmi 1,7 milyon manat təşkil
edirdisə, 2014-cü ildə bu göstərici 20 milyon manata ça-
tıb: "Еlektron kommersiya ölkə əhalisi arasında böyük po-
pulyarlıq qazanıb. Lakin son vaxtlar bazarda əsasən mobil
telefonların qaçaqmalçılığı ilə bağlı arzuolunmaz faktlar
aşkar olunub. Biz müvafiq strukturlarla tədbirlər planı ha-
zırlamışıq və plan mobil telefonların idxalı ilə bağlı xüsusi
rejimin tətbiqini nəzərdə tutur. Digər istehlak mallarının
elektron ticarətinə gəldikdə, bu planda heç bir problem
olmayacaq”.
Dostları ilə paylaş: |