EcoVision



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə27/107
tarix28.12.2021
ölçüsü4,06 Mb.
#17128
1   ...   23   24   25   26   27   28   29   30   ...   107
ÖLKə XəBərLərİ 

Ölkə iqtisadiyyatına 27 milyard 

dollar investisiya qoyulub

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabi-

netinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekun-

larına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası 

keçirilib. 

Prezident İlham Əliyev ölkə iqtisadiyyatının uğur-

la  inkişaf  etdiyini  vurğulayıb:  “İlin  sonunda  neftin 

qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmaya-

raq, Azərbaycanda iqtisadiyyat 3 faizə yaxın artıb. Ən 

sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektoru-

muz 7 faiz artıb. Bu da son illər ərzində görülən işlərin 

bariz nümunəsidir, aparılan siyasətimizin təzahürüdür. 

Qeyri-neft  sektoru  gələcəkdə  Azərbaycanın  iqtisa-

di  inkişafını  daha  da  böyük  həcmdə  təmin  edəcək. 

Qeyri-neft  sektorunun  inkişafı  bizə  imkan  verir  ki, 

ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və iq-

tisadiyyatımızın dayanıqlı inkişafı təmin edilsin”.

 “İnflyasiya çox aşağı səviyyədə olub-1,4 faiz. Bu 

da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri isə 4,8 

faiz artıb. Əhalinin pul gəlirləri inflyasiyanı üç dəfədən 

çox  üstələyib.  Deyə  bilərəm  ki,  son  illər  ərzində  bu 

mənzərə  müşahidə  olunur-əhalinin  pul  gəlirləri  inf-

lyasiyanı  bir  neçə  dəfə  qabaqlayır.  Bu  da  insanların 

rifah halının yaxşılaşmasına müsbət təsir göstərir.

Ölkə  iqtisadiyyatına  27  milyard  dollar  investisi-

ya qoyulub. Onlardan 16 milyardı daxili sərmayədir. 

Bu  da  çox  sevindirici  haldır.  Son  illər  ərzində  daxili 

sərmayələr  qoyulan  investisiyaların  həcmində  üs-

tünlük təşkil edir. Eyni zamanda, qoyulan 11 milyard 

dollar  xarici  sərmayə  göstərir  ki,  Azərbaycan  xari-

ci  investorlar  üçün  cəlbedici  ölkə  kimi  qalır.  İndiki 

şəraitdə, dünyada və bölgədə müşahidə olunan çox 

ağır vəziyyəti nəzərə alaraq 11 milyard dollar xarici in-

vestisiyaları cəlb etmək böyük uğurumuzdur”, - deyə 

Prezident qeyd edib.

Prezident  İlham  Əliyev  qeyd  edib  ki,  bu  uğurun 

təməlində son illərdə aparılan siyasət dayanır: “Əgər 

bu  siyasət,  investorların  Azərbaycanın  sabitliyinə, 

gələcəyinə  inamı  olmasaydı,  heç  kim  Azərbaycana 

vəsait  qoymazdı.  27  milyard  dollar  həcmində  in-

vestisiya qoyuluşu və bunun müqabilində 1,4 faizlik 

inflyasiya  Azərbaycanın  uğurlu  inkişafının  ən  gözəl 

göstəricisidir. Çünki həm pensiyalar, maaşlar, həm də 



21

əhalinin pul gəlirləri artıb, böyük həcmdə investisiya qoyu-

lub, inflyasiya isə ən aşağı səviyyədədir”.

Manatın  məzənnəsinin  sabit  olduğunu  bildirən  ölkə 

başçısı bir neçə ildir ki, manatın məzənnəsinin nəinki sabit 

olduğunu,  eyni  zamanda,  əsas  dünya  valyutalarına  qarşı 

daha da böyük dəyər qazandığını qeyd edib: “Keçən il də 

biz bunu görmüşük. Bu da çox müsbət göstəricidir. Çünki 

manatın  sabit  olması  ilk  növbədə  insanların  rifah  halının 

yaxşılaşmasına xidmət göstərir, əhalinin alıcılıq qabiliyyəti 

artır”.  

Dövlət  başçısı  qeyd  edib  ki,  nə  neftin  qiymətinin 

düşməsi, nə böhranlar, nə yaxınlıqda baş verən qanlı toq-

quşmalar  ölkənin  sürətli  inkişafına  təsir  edə  bilməzlər: 

"Mən tam əminəm ki, biz 2015-ci ili də uğurla başa vuraca-

ğıq və ölkəmizin inkişafını təmin edəcəyik”.




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin