“Bakı-tbilisi-Qars dəmiryolu avropa ilə
asiyanın bir-birinə bağlayacaq”
Cənubi Qafqaz regionuna Çindən Avropaya məhsul
nəql etmək üçün cəld və etibarlı kanallar lazımdır. Bunu
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davos İqtisadi
Forumunda ölkəsinin Azərbaycan və Türkiyə ilə birgə
həyata keçirdiyi layihələr barədə danışarkən bildirib.
Onun sözlərinə görə, belə kanallardan biri də ha-
zırda tikintisi aparılan Bakı-Tbilisi-Qars dəmiryolu
layihəsidir. O bildirib ki, bu dəmiryol Gürcüstanla
Türkiyə arasında birbaşa marşrutu təmin edəcək və
Avropa ilə Asiyanı bir-birinə bağlayacaq.
Gürcüstanın Baş naziri bildirib ki, layihə həyata
keçirildikdən sonra Çindən Avropa bazarlarına məhsul
nəqlinin vaxtı azalacaq. Bu məsafə isə təqribən 7 500
kilometrə qədər qısalacaq.
dünYa XəBərLərİ
Dostları ilə paylaş: |