atİB İdarə Heyətinin sədri cemal Yangın
"azərbaycan–türkiyə iqtisadi münasibətləri və
onun regionun iqtisadi gələcəyinə təsiri"
mövzulu beynəlxalq konfransda çıxış etdi
3 noyabr 2014-cü ildə Azərbaycan İqtisad
Universitetində təşkil olunan, "Azərbaycan–Türkiyə iqti-
sadi münasibətləri və onun regionun iqtisadi gələcəyinə
təsiri" mövzulu beynəlxalq konfransın məruzəçiləri Stra-
teji Araşdırmalar Mərkəzinin Qloballaşma və iqtisadiyyat
şöbəsinin müdiri dr. Vüsal Qasımlı, Türkiyə Enerji Nazir-
liyinin aparat müavini Zafer Benli, AK Partiya Ərzurum
millət vəkili Adnan Yılmaz, İstanbul Ticarət Universite-
tinin müəllimi prof.dr. Murat Yülək, İldırım Bəyazit Uni-
versitetinin müəllimi prof. dr. Erdal Tanas, "Daily Sabah"
qəzeti köşə yazarı dos. dr. Ali Ünal, Türk XİN SAM-ın
şöbə müdiri Ümit Alparslan və Türkiyə Enerji Nazirliyinin
işçisi Çağlayan Yıldız olmuşdur.
ATİB İdarə Heyətinin sədri Cemal Yangın konfrans-
da çıxış edərək bildirdi ki, Azərbaycan–Türkiyə əlaqələri
günbəgün inkişaf etməkdədir. O qeyd etdi ki, Türkiyə
Azərbaycanın orta və ali təhsil sisteminin inkişafına
yardım göstərir, özəl səhiyyə xidmətlərinin inkişafına
yönəlik işlər görür. O cümlədən turizm xidmətlərinin
keyfiyyətinin artırılmasına töhfə verilməsi; yerli işçi
qüvvəsinin peşəkarlığının davamlı artırılmasında Türkiyə
önəmli rol oynayır. Konfranslar sual-cavab sessiyaları ilə
yekunlaşmışdır.
Dostları ilə paylaş: |