türkiyənin azərbaycandakı səfirliyinin təhsil
müşavirinin atİB sədri ilə görüşü oldu
6 noyabr 2014-cü ildə Türkiyənin Azərbaycandakı
səfirliyinə yeni təyin olunan təhsil müşaviri Abdulqafur
Büyükfırat Azərbaycan Türkiyə İş Adamları Birliyinin sədri
Cemal Yangını qəbul etdi.
ATİB sədrini salamlayan Türkiyənin Azərbaycandakı
Səfirliyinin təhsil müşaviri Abdulqafur Büyükfırat ziyarətə
görə təşəkkürünü bildirdi.
ATİB İdarə Heyətinin sədri Cemal Yangın birliyin
professional strukturu haqqında məlumat verərək ulu
öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” adlandır-
dığı Azərbaycanla Türkiyə arasında əməkdaşlığın daim
genişləndiyini vurğuladı. Daha sonra o, ATİB-in təhsil
sahəsinə də ciddi diqqət yetirdiyini qeyd edərək, bu
sahədə hətta vaxtilə “Azərbaycanda təhsil sektorunun və
biznesin qarşılıqlı əlaqələrinin inkişaf perspektivləri” adlı
hesabatın hazırlandığını qeyd edib.
Dostları ilə paylaş: |