14
EcoVision
XƏBƏRLƏR
Bizim əlaqələrimiz tarixi köklərə, xalqlarımızın
qardaşlığına söykənir və bu gün bu əlaqələr dün-
yada ən yaxın əlaqələrdir. Bu gün dünyada Türkiyə
və Azərbaycan kimi bir-birinə bağlı olan, yaxın olan
ikinci ölkələr yoxdur və bu birliyi təsdiqləyən bir
çox məqamlar var. Onlardan biri də, əziz qardaşı-
mın dediyi kimi, Türkiyənin Azərbaycanı “G-20”yə
dəvət etməsidir. Bu, bizim üçün böyük şərəfdir. İlk
növbədə ona görə ki, bu dəvət Türkiyədən gəlmişdir
və bu, həm Türkiyə və Azərbaycan xalqlarına, həm
də bütün dünya xalqlarına bir daha göstərir ki, biz
bir-birimizə nə qədər yaxınıq, bir-birimizə bağlıyıq.
Biz, eyni zamanda, aprelin 24-də Çanaqqa-
la zəfərini də birlikdə qeyd edəcəyik və bu tarixin
seçilməsinə görə də öz adımdan və bütün Azərbaycan
xalqı adından sizə çox minnətdaram. Bu tarixin
seçilməsi çox müdrik bir addımdır. Əminəm ki, bizim
xalqlarımız bunu layiqincə qiymətləndirəcəklər.
İqtisadi sahədə gözəl əməkdaşlıq var. Bu gün
Şuranın iclasında rəqəmlər səsləndi. Son illərdə
Azərbaycan Türkiyəyə və Türkiyə Azərbaycana mil-
yardlarla dollar sərmayə qoymuşlar. 2020-ci ilə qədər
Türkiyəyə qoyulacaq Azərbaycan sərmayələrinin
həcmi 20 milyard dollara çatacaq. Türkiyə şirkətləri
Azərbaycanda uğurla fəaliyyət göstərirlər və 10 mil-
yard dollar həcmində layihələr icra etmişlər.
Bu il Türkiyədə bir neçə tədbir olacaqdır – Ça-
naqqala tədbiri, TANAP layihəsinin icrası ilə bağlı
olan tədbir, digər tədbirlər. Yəni Allah nəsib edərsə,
bu il biz Türkiyədə tez-tez olacağıq və əziz qarda-
şımı, təbii ki, Azərbaycana bir daha dəvət edirəm.
Bizim tez-tez görüşlərimiz olur. Bu görüşlər xalqla-
rımızı, ölkələrimizi daha da sıx birləşdirir və Türkiyə–
Azərbaycan gücünü daha da artırır”.
Dostları ilə paylaş: