atİB sədri türkiyə respublikasının
təhsil naziri ilə görüşmüşdür
Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin
sədri Cemal Yangın 28 noyabr 2014-cü ildə Türkiyə Res-
publikasının təhsil naziri ilə görüşmüşdür.
atİB üzvləri səhər yeməyinə toplaşdı
30 noyabr 2014-cü ildə ATİB üzvləri artıq ənənə for-
masına düşmüş səhər yeməyində toplaşdılar. Müasir iş
dünyasında formalaşmış yenilikləri Azərbaycana gətirən
ATİB bu ənənə ilə üzvləri arasında işgüzar münasibətlər
qurulmasını və üzv şirkətlərin bir-birini daha yaxından
tanımasında vasitəçilik etməyi nəzərdə tutur.
Türkiyənin Azərbaycandakı səfirliyinin əmək və so-
sial müdafiə məsələləri üzrə müşaviri Namık Ata miq-
rasiyada son dəyişikliklər barədə üzvləri maraqlandıran
məsələlərə aydınlıq gətirmək məqsədilə səhər yeməyinə
qatıldı.
Səhər yeməyində qonaqları Cemal Yangın salam-
ladı. Səhər yeməyi üçün üzvlərin toplanmasını yeni bir
ünsiyyət forması kimi dəyərləndirən ATİB sədri qeyd etdi
ki, bu təşəbbüs əlverişli əməkdaşlıq imkanları yaradır,
habelə münasibətlərin inkişafına töhfə verir.
Səhər yeməyinin sonunda ATİB İH sədri Cemal Yan-
gın bir daha işitrakçılara təşəkkür etdi və bildirdi ki, bu
cür tədbirlər davamlı olacaq.
Dostları ilə paylaş: |