30
EcoVision
ATİB XƏBƏRLƏRİ
xatirəsi Azərbaycan xalqının, onu tanıyan Türkiyə, eləcə
də digər ölkələrin vətəndaşlarının qəlbində yaşamaqda-
dır. Ümummilli liderin ideyaları, həyata keçirdiyi siyasət,
yorulmaz fəaliyyəti onun nurlu xatirəsini insanların
qəlbində əbədi edən əsas dəyərlərdir. Müasir müstəqil
Azərbaycanın memarı və qurucusu Heydər Əliyev xalqı-
mızın, dövlətimizin tarixində özünə əbədi yer tutub.
Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi
Meral Barlas deyib ki, unudulmaz lider Heydər Əliyev
adını tarixə qızıl hərflərlə yazdırıb. Onun uzaqgörən
siyasəti nəticəsində Azərbaycan dövlət müstəqilliyini
qoruyub saxladı və qısa bir zamanda böyük inkişaf yolu
keçərək bölgədə söz və güc sahibinə çevrildi. Heydər
Əliyev təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının
qürur duyduğu nadir şəxsiyyətlərdəndir. Heydər Əliyev
mənsub olduğu xalqın qəlbində əbədi sevgi qazanıb.
Məhz bunun nəticəsidir ki, Azərbaycan xalqı öz böyük
oğlunun xatirəsini daim hörmət və ehtiramla yad edir.
TRT televiziya kanalının baş direktoru Şenol Göka ulu
öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını
hər dəfə eşidəndə qürur hissi keçirdiyini söyləyib. O de-
yib ki, ulu öndərin bu ölməz kəlamı indi də öz aktuallığı
ilə diqqəti cəlb edir. Xalqlarımız, dövlətlərimiz daim bir
yerdə, bir-birinin yanındadır. AzərTAc-ın baş direkto-
ru Aslan Aslanov çıxış edərək bildirib ki, sərgidə dahi
şəxsiyyət Heydər Əliyevin mənalı ömür yolunun, zəngin
dövlətçilik fəaliyyətinin çox maraqlı anları əksini tapıb.
Bu fotoşəkillər iki qardaş ölkənin – Azərbaycanın və
Türkiyənin milli informasiya agentliklərinin arxivlərində
çox qiymətli sərvət kimi qorunub saxlanılır.
Anadolu Agentliyinin baş direktorunun müavini
Əbubəkr Şahin Azərbaycanda olduğu kimi, Türkiyədə də
ümummilli lider Heydər Əliyevə böyük sevgi və hörmət
bəslənildiyini söyləyib. O, qardaş ölkələrimiz arasında
əlaqələrin inkişafında Heydər Əliyevin mühüm xidmətləri
olduğunu diqqətə çatdırıb. Sonra mərasim iştirakçıları
ulu öndər Heydər Əliyevin həyatının ən maraqlı anları-
nın əks olunduğu fotolardan ibarət sərgi ilə tanış olublar.
Dostları ilə paylaş: |