adİU ilə atİB arasında əməkdaşlıq
müqaviləsi imzalanıb
Dekabrın 10-da Azərbaycan Dövlət İqtisad Uni-
versiteti ilə Azərbaycan Türkiyə İş Adamları Birli-
yi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə
imzalanıb. Müqavilənin məqsədi ATİB-in dəstəyi ilə uni-
versitet tələbələrinin yüksək ixtisaslı peşəkar kadr kimi
yetişməsinə şərait yaratmaqdır.
Tədbirdə ATİB üzvləri, iş adamları, Türkiyənin
Azərbaycandakı səfirliyinin müşavirləri və Azərbaycan
Dövlət İqtisad Universitetinin müəllim və tələbə heyəti
iştirak edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru professor Ədalət Muradov bildirib
ki, ali təhsil müəssisəsinin qarşısında duran hədəflərdən
biri məhz savadlı və təcrübəli mütəxəssislər hazırlamaq-
dır. Rektor vurğulayıb ki, bu istiqamətdə ölkədə fəaliyyət
göstərən şirkət və qurumların, o cümlədən ATİB-in
dəstəyinə daim ehtiyac var.
ATİB İdarə Heyətinin sədri Cemal Yangın çıxışı za-
manı bildirib ki, ölkənin iqtisadi inkişafı insan resurs-
larının potensialı ilə birbaşa bağlıdır. Bu baxımdan
mütəxəssislərin hazırlanması və inkişaf etdirilməsi
cəmiyyətin, o cümlədən iş adamlarının qarşısında du-
ran əsas vəzifələrdən biridir. Cemal Yangın qeyd edib ki,
ATİB-ə üzv şirkətlər universitetin müəllim və tələbələri
üçün bütün dəstəyi göstərməyə hazırdırlar.
Sonra ADİU ilə ATİB arasında qarşılıqlı əməkdaşlıq
haqqında müqavilə imzalanıb. Sənədə əsasən, tələbələrin
ATİB şirkətlərində təcrübə keçməsi və peşəkar bacarıqla-
ra yiyələnməsi üçün hərtərəfli şərait yaradılacaq.
Görüşdə müəllim və tələbələrin sahə biliklərinin artı-
rılması istiqamətində təkliflər irəli sürülüb.
Dostları ilə paylaş: |