32
EcoVision
ATİB XƏBƏRLƏRİ
ilə ölkəmizdə səfərdə olan GAP Qəzetəçilər Birliyinin
rəhbəri Zeynel Abidin Kıymaz, GAP Qəzetəçilər Birli-
yinin üzvü, “Radyo Tempo”nun sahibi Hamit Özpolat,
GAP Qəzetəçilər Birliyinin baş katibi Fahrettin Çelik,
GAP Qəzetəçilər Birliyi İdarə Heyətinin üzvü Mustafa
Saim Ayhan, GAP Qəzetəçilər Birliyi rəhbərinin müavini
Durdu Mehmet Taş, Kanal 35TV yayın yönətməni Ha-
lit Tunç, “Beyaz” TV “Dinamıt” proqramının aparıcısı və
müəllifi Latif Şimşek qonaq olub. Qonaqları ATİB İdarə
Heyətinin sədri Cemal Yangın, İdarə Heyətinin üzvü Ay-
dın Məmmədov və İdarə Heyətinin üzvü Rafiq Qarayev
qəbul edib.
Qonaqları salamlayan ATİB sədri birliyin fəaliyyəti
barədə məlumat verərək, Ermənistanın işğal etdiyi
Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş
vandalizm aktları, qətliamlar, soyqırımları barədə geniş
bilgi verib.
Millət vəkili Qənirə Paşayeva ortaq problemlərimizin
daha geniş şəkildə işıqlandırılması, Türkiyə və dünya
ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması
üçün Azərbaycanın və Türkiyənin media nümayəndələri
arasında əməkdaşlığın daha da genişləndirilməsinin va-
cibliyini vurğulayıb. Millət vəkili Qənirə Paşayeva eyni
zamanda Azərbaycan–Türkiyə əlaqələrinin bugünü və
perspektivləri barədə də danışıb.
GAP Qəzetəçilər Birliyinin rəhbəri Zeynel Abi-
din Kıymaz, GAP Qəzetəçilər Birliyinin üzvü, “Radyo
Tempo”nun sahibi Hamit Özpolat, GAP Qəzetəçilər
Birliyinin baş katibi Fahrettin Çelik, GAP Qəzetəçilər
Birliyi İdarə Heyətinin üzvü Mustafa Saim Ayhan, GAP
Qəzetəçilər Birliyi rəhbərinin müavini Durdu Mehmet
Taş, Kanal 35TV yayın yönətməni Halit Tunç, “Beyaz” TV
“Dinamıt” proqramının aparıcısı və müəllifi Latif Şim-
şek ATİB sədrinə səmimi qəbula görə minnətdarlıqlarını
bildiriblər. Onlar, həmçinin, “Qarabağdan Anadoluya
Könül Körpüsü” adlı bu anlamlı layihə çərçivəsində on-
ları Azərbaycana dəvət etdiyi üçün millət vəkili, Avrasiya
Beynəlxalq Araşdırmalar İnstitutu İB-in rəhbəri Qənirə
Paşayevaya dəvət üçün təşəkkür edib, Azərbaycanda
olmaqdan, daha geniş tanımaqdan məmnun ol-
duqlarını və Azərbaycanı özlərinə çox doğma he-
sab etdiklərini, burada özlərini vətəndəki kimi hiss
etdiklərini bildiriblər.
Görüşdən sonra ATİB sədri qonaqları səmimi ortam-
da söhbətlərinə davam etmək üçün nahar yeməyinə
dəvət edib.
Dostları ilə paylaş: