EcoVision


əmək və əhalinin Sosial Müdafiəsi nazirliyinin



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə57/107
tarix28.12.2021
ölçüsü4,06 Mb.
#17128
1   ...   53   54   55   56   57   58   59   60   ...   107
əmək və əhalinin Sosial Müdafiəsi nazirliyinin 

nümayəndələri atİB üzvləri ilə görüşdü

24  dekabr  2014-cü  ildə  Azərbaycan  Respublikasının 

əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsa-

yevin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanın-

da Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad 

Əlizadənin Azərbaycan Türkiyə İş Adamları Birliyinin üzvləri 

ilə  görüşü  keçirildi.  Görüşdə  Türkiyənin  Azərbaycandakı 

Səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri 

Namık Ata da iştirak edib. Görüşün keçirilməsində məqsəd 

Azərbaycan  Respublikasının  əmək  və  miqrasiya  qanunve-

riciliyi,  əcnəbi  vətəndaşların  ölkəmizdə  çalışmaları  üçün 

zəruri  olan  prosedur,  iş  yerlərində  təhlükəsizlik  normaları-

nın təmin edilməsi üzrə tələblər və s. barədə ATİB üzvlərini 

məlumatlandırmaq idi. Görüşü giriş sözü ilə açan əmək və 

əhalinin  sosial  müdafiəsi  nazirinin  müavini  İdris  İsayev  işçi 

və işgötürən arasında əlaqələrin düzgün qurulmasının zəruri 

olduğunu bildirib. O, əmək müqaviləsi bildirişi üzrə elektron 

informasiya sisteminin (EİS) yaradılması və tətbiqinə başla-

nılmasını hesabat dövrünün ən uğurlu islahat tədbirlərindən 

biri  kimi  göstərərək  qeyd  edib  ki,  sistem  tətbiq  olunduq-

dan  sonra  işəgötürənlərin  məlumatlandırılması,  sistemdən 

istifadə ilə bağlı onların praktik bilgilərə sahib olmaları üçün 

xidmət tərəfindən ardıcıl və çoxşaxəli işlər görülüb və mü-

vafiq qaydalar, metodiki materiallar nazirliyin rəsmi saytında 

yerləşdirilib.

İdris İsayev ATİB-lə əlaqədar orqanlarla əməkdaşlıq edərək 

maarifləndirmə işinin aparılmasını alqışladığını bildirdi.

Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi  yanın-

da  Dövlət  Əmək  Müfəttişliyi  Xidmətinin  (DƏMX)  rəisi  Fuad 

Əlizadə  Azərbaycanda  əmək  münasibətlərinin  elektron  qey-

diyyatı  mexanizminin  yaradılmasının  beynəlxalq  qurumlar 

tərəfindən maraq və rəğbətlə qarşılandığını, bunun dünyada 

mütərəqqi  təcrübələrdən  biri  və  digər  bir  çox  ölkələr  üçün 

nümunə  kimi  dəyərləndirildiyini  bildirib:  “Çünki  bu  sistem 

əmək  münasibətləri  sahəsində  şəffaflığın  təmin  olunması-

na, bu sahəyə birbaşa və obyektiv dövlət nəzarətinin həyata 

keçirilməsinə,  işçilərin  əmək  və  gələcək  sosial  təminat,  la-

yiqli pensiya hüquqlarının etibarlı təminatına imkan yaradıb. 

Dövlət  nəzarəti  zamanı  qeyri-leqal  işçiləri  dərhal  müəyyən 

etməyə  imkan  verən  bu  sistem  nəticə  etibarilə  sosial  sığor-

ta,  vergi  daxilolmalarının  artmasına  şərait  yaradır.  Həmçinin 

EİS-in tətbiqi işəgötürənlərin qısa bir dövrdə elektron imzaya, 

e-imza ilə işləmək bacarıqlarına yiyələnmələrinə, bağlanan hər 

bir əmək müqaviləsinin artıq kağız daşıyıcılıq formasından çı-

xaraq elektron sənəd kimi formalaşmasına və istənilən halda 

işçilərin hüquqlarının müdafiəsində hüququn əsas rolu oyna-

ya bilməsinə səbəb olub”.

Türkiyənin  Azərbaycandakı  səfirliyinin  əmək  və  so-

sial  müdafiə  məsələləri  üzrə  müşaviri  Namık  Ata  əcnəbi 

vətəndaşların  Azərbaycanda  əmək  müqaviləsi  ilə  işə 

götürülməsi məsələlərinə aydınlıq gətirdi.

Daha sonra görüş iştirakçıların suallarını cavablandırmaqla 

davam etdirildi.


Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin