türkiyə Səfirliyinin mətbuat müşaviri
atİB-i ziyarət etdi
18 dekabr 2014-cü ildə Türkiyə Səfirliyinin mətbuat mü-
şaviri Hamit Karadeniz ATİB ofisini ziyarət etdi. Müşaviri ATİB
İdarə Heyətinin sədri Cemal Yangın qəbul etdi.
Səmimi qəbula görə təşəkkür edən mətbuat müşaviri
Hamit Karadeniz bildirdi ki, səfərinin məqsədi tanışlıq xarak-
teri daşıyır. O, eyni zamanda qeyd etdi ki, ATİB-in fəaliyyəti
barədə məlumatlıdır və təşkilatı daha yaxından tanımaqdan
məmnunluq duyur.
ATİB sədri ziyarət üçün təşəkkürlərini çatdırdı. Təşkilat
barədə məlumat verən Cemal Yangın bildirdi ki, ATİB iki
qardaş ölkə arasında münasibətlərin, o cümlədən işgüzar
münasibətlərin inkişafına müstəsna töfvələr verib.
Qeyd olundu ki, Türkiyə təcrübəsi müstəqil Azərbaycan
üçün mühümdür və bu mənada həmin təcrübənin
gətirilməsində türk iş adamları əhəmiyyətli rol oynayır.
Səmimi şəraitdə keçən görüşdə qarşılıqlı əməkdaşlıq im-
kanları ətraflı müzakirə olundu.
Dostları ilə paylaş: |