atİB üzvləri növbəti səhər yeməyinə toplaşdılar
24 yanvar 2015-ci ildə ATİB üzvləri artıq ənənə for-
masına düşmüş səhər yeməyinə toplaşdılar. Müasir iş
dünyasında formalaşmış yenilikləri Azərbaycana gətirən
ATİB bu ənənə ilə üzvləri arasında işgüzar münasibətlərin
qurulmasını və üzv şirkətlərin bir-birini daha yaxından
tanımasında vasitəçilik etməyi nəzərdə tutur.
Türkiyənin Azərbaycandakı Səfirliyinin ekonomi
müşaviri Esin Yücekayalı “Azərbaycan–Türkiyə iqtisadiy-
yatının ümumi dəyərləndirilməsi” mövzusuna aydınlıq
gətirmək məqsədilə səhər yeməyinə qatıldı.
Səhər yeməyində qonaqları ATİB İdarə Heyətinin
sədri Cemal Yangın salamladı. Səhər yeməyi üçün üzvlərin
toplanmasını yeni bir ünsiyyət forması kimi dəyərləndirən
ATİB sədri qeyd etdi ki, bu təşəbbüs əlverişli əməkdaşlıq
imkanları yaradır, habelə münasibətlərin inkişafına töhfə
verir. ATİB-in səhər yeməyinin sonunda yeni üzvlərə pla-
ket təqdim edildi.
33
|