atİB sədri “türkiyədə investisiya mühiti,
təşviq sistemi və yatırım imkanları”
adlı tədbirdə iştirak edib
5 dekabr 2014-cü ildə Türkiyənin Azərbaycandakı Səfirliyi
və Türkiyənin İqtisadiyyat Nazirliyi tərəfindən “Türkiyədə in-
vestisiya mühiti, təşviq sistemi və yatırım imkanları” adlı
Türkiyəyə investisiya qoymaqda maraqlı olan beynəlxalq in-
vestorlara texniki səviyyədə investisiya mühiti, təşviq sistemi
və investisiya imkanları haqqında birbaşa məlumat vermək
məqsədilə toplantı təşkil olunub.
Tədbirdə ATİB İdarə Heyətinin sədri Cemal Yangın da iş-
tirak edib. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Coşkun
Alper bildirib ki, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq
və dostluq münasibətləri mövcuddur. Onun sözlərinə görə,
Türkiyədə bu gün bir çox sahədə maraqlı təşviq mexanizmləri
fəaliyyət göstərir: “Bizim bu tədbiri keçirməkdə məqsədimiz
azərbaycanlı iş adamlarını Türkiyədə sərmayələr yatırtmağa
sövq etmək və onların həyata keçirəcəkləri layihələrə dəstək
verməkdir”.
ATİB sədri Cemal Yangın çıxış edərək bildirib ki, Türkiyə iq-
tisadiyyatı bu gün dünyanın 6-cı iqtisadiyyatıdır. Hər il Türkiyə
universitetləri 600 mindən artıq tələbə buraxır.
|