EcoVision



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə90/107
tarix28.12.2021
ölçüsü4,06 Mb.
#17128
1   ...   86   87   88   89   90   91   92   93   ...   107
52

EcoVision

TƏHLİL


də görmək olar ki, Türkiyə tərəfindən Azərbaycana qo-

yulan  investisiyalar  2013-cü  ildə  1995-ci  ilə  nisbətən 

orta 59 dəfə artmışdır. Müvafiq olaraq da bu göstərici 

2013-cü ildə 2003-cü ilə nisbətən 23 dəfə, 2008-ci illə 

müqayisədə 6,6 dəfə, 2010-cu ilə nisbətdə isə orta he-

sabla 2,7 dəfə artmışdır. 

Bunu  ilbəil  Türkiyənin  Azərbaycan  iqtisadiyyatına 

artan marağının ifadəsi olmaqla yanaşı, ölkəmizdə türk 

iş  adamlarının  fəaliyyətinə  yaradılan  şəraitin  təzahürü 

kimi  də  qiymətləndirmək  olar.  Onu  da  qeyd  edək 

ki,  Azərbaycanın  ən  böyük  neft  şirkəti  olan  SOCAR 

tərəfindən də Türkiyəyə yatırılan investisiyanın həcminin 

ümumilikdə 20 mlrd. ABŞ dollarına çatdırılması gözlənilir. 

Bütün bu yatırılan qarşılıqlı investisiyalar regional və qlo-

bal iqtisadi layihələrin reallaşmasında və hər iki ölkənin 

dünya bazarında strateji tərəfdaş kimi rəqabətədavamlı 

fəaliyyətinin təmin olunmasında başlıca rol oynayacaqdır.  

Qeyd edək ki, son illər Türkiyə ilə Azərbaycan ara-

sında iqtisadi əlaqələrin inkişafında turizm sektorunun 

böyük rolu olmuşdur. Dünya turizm sənayesində 3-cü 

və 4-cü yerləri bölüşən Türkiyənin turizm sahəsindəki 

təcrübələrinin  Azərbaycana  gətirilməsi  ölkəmizdə 

bu  sektorda  beynəlxalq  standartların  tətbiq  olunma-

sı, xidmətin keyfiyyətinin artırılması, ixtisaslı kadrların 

yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Turizm  üzrə  cədvəl  6-da  göstərilən  məlumatları 

təhlil  edən  zaman  görmək  olar  ki,  2013-cü  ildə  ölkə 

üzrə  qəbul  edilmiş  və  göndərilmiş  turistlərin  ümumi 

sayı 91 961 nəfər təşkil etmişdir. Onlardan Rusiya üzrə 

21 448, Türkiyə üzrə 22 940, Birləşmiş Ərəb Əmirlikləri 

üzrə  10  057  nəfər  təşkil  etmişdir.  Buradan  görmək 

olur  ki,  Azərbaycanın  beynəlxalq  turizm  əlaqələrində 

Türkiyə ən öncül yerlərdə dayanmaqdadır. Cədvəl 6-nın 

məlumatına əsasən, 2013-cü il ərzində Azərbaycandan 

xaricə  göndərilmiş  turistlərin  22  856  nəfəri  Türkiyəyə, 

15  803  nəfəri  isə  Rusiyaya  yola  salınmışdır.  Xaricdən 

Azərbaycana  gələn  turistlərin  sayına  baxdıqda  isə 

görmək olar ki, 2013-cü ildə bu rəqəm Türkiyə üzrə 84 

nəfər təşkil etdiyi halda, İran üzrə 2 024, Rusiya üzrə 5 645 

nəfər olmuşdur. Yəni 2013-cü ildə Türkiyə ilə Azərbaycan 

arasında  olan  22  940  nəfərlik  turist  axınının  yalnız  84 

nəfəri ölkəmizə gəlmişdir. Hesab edirik ki, Azərbaycanda 

turizm xidmətinin daha da inkişaf etməsi və ölkəmizin 

turizm obyektləri barəsində türkiyəli istirahətsevərlərin 

məlumatlandırılması sayəsində gələcək illərdə respubli-

kamıza da bu ölkədən turist axını artacaqdır. 

Türkiyə  ilə  Azərbaycan  arasında  mövcud  olan 

əlaqələr, demək olar ki, iqtisadiyyatın bütün sferaları-

nı əhatə edir. Burada TANAP və TAP layihələrini qeyd 

etmədən keçmək olmaz. Bu layihə 2014-cü ildə Avro-

panın davamlı enerji təminatının gələcəyi olduğunu bir 

daha sübut etdi.

Sonda  qeyd  edək  ki,  bütün  təhlillər  Türkiyənin 

Azərbaycanın  digər  sahələrdə  olduğu  kimi,  iqtisa-

di sferada da başlıca tərəfdaşı olduğunu göstərir. Bu 

ölkələr  arasında  ilbəil  artan  iqtisadi  əlaqələr  onların 

biznes  subyektləri  üçün  də  yeni  işgüzar  imkanların 

açılmasını vəd edir.  




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin