azərbaycanda kredit ittifaqlarının
lisenziyalaşdırılması şərtləri dəyişdi
Azərbaycanda kredit ittifaqına bank fəaliyyətinin həyata
keçirilməsi üçün xüsusi razılıq (lisenziya) verilməsi haqqın-
da yeni qaydalar tətbiq edilib. Həmin qaydalara əsasən,
icazə əvvəlki kimi qeyri-müəyyən müddətə veriləcək.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin
10 dekabr 2014-cü il tarixli qərarı ilə təsdiq etdiyi qaydalar
Hüquqi Aktların Dövlət Reyestrinin saytında dərc olunub.
Qaydalara əsasən, lisenziyalaşdırma şərtləri geniş-
ləndirilib. Lisenziya almaq üçün kredit ittifaqında daxili au-
ditor, eləcə də idarə heyətinin üzvləri ali təhsilə və ən azı bir
il iş təcrübəsinə, yaxud tam orta və ya orta ixtisas təhsilinə
və ən azı üç il iş təcrübəsinə, maliyyə hesabatlarının hazır-
lanmasına məsul idarə heyətinin üzvü isə ali təhsilə və mü-
hasibatlıq sahəsində ən azı bir il iş təcrübəsinə, yaxud tam
orta və ya orta ixtisas təhsilə və mühasibatlıq sahəsində ən
azı üç il iş təcrübəsinə malik olmalıdırlar.
Lisenziyada aşağıdakılar göstərilir: lisenziyanın qeydiy-
yat nömrəsi və verilmə tarixi, lisenziya verən orqanın adı
və hüquqi ünvanı, lisenziya verilən kredit ittifaqının adı
və hüquqi ünvanı, lisenziyanın qeyri-müəyyən müddətə
verilməsi barədə qeyd, həyata keçirilməsinə lisenziya
verilən fəaliyyət növü. Lisenziya Mərkəzi Bankın səlahiyyətli
vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
Sənəddə, həmçinin, lisenziyanın dayandırılması və ləğv
edilməsi qaydaları göstərilib. Azərbaycan Mərkəzi Bankı
lisenziyanın fəaliyyətini kredit ittifaqının müraciəti ilə və
kredit ittifaqı müflis elan edildikdə dayandırır.
Kredit ittifaqı lisenziyanın alınması üçün təqdim edil-
miş məlumat və sənədlərdə edilən dəyişikliklər barədə
5 iş günü müddətində müvafiq sənədləri əlavə etməklə
Mərkəzi Banka yazılı məlumat göndərməlidir.
Qərar 2014-cü il dekabrın 31-dən qüvvəyə minib.
Dostları ilə paylaş: |