54
EcoVision
HÜQUQİ İCMAL
Vətəndaşın daşınmaz əmlakına dair “Daşınmaz
əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə
minənədək əldə etmiş olduğu sənədlərini təqdim
etməklə dövlət reyestrindən çıxarışını ala biləcək.
Qanunvericilikdə edilmiş yenilik daşınmaz əmlakla
bağlı alqı-satqı və digər proseslərə müsbət təsirini
göstərəcək.
Qeyd edək ki, bu fərmanla təsdiq olunmuş
daşınmaz əmlak qeydiyyatı üçün tələb olunan
sənədlərin yeni siyahısında sovet dövründə qüvvədə
olmuş qanunvericiliyə əsasən, səlahiyyətli orqan-
lar tərəfindən yaşayış və bağ evləri, habelə belə
evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair
sənədlər də əksini tapıb. Sovet dövründə və ölkəmiz
müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın
dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək
verilmiş mülkiyyət sənədləri də bu siyahıya daxildir.
Bununla yanaşı, fərmanda qeyd olunur ki, siya-
hıda nəzərdə tutulmuş sənədlər qanunla qeydiyyatı
qadağan olunmuş ərazilərə şamil edilmir. Hər hansı
əmlaka hüququn yarandığı anda həmin əmlak ma-
gistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik
şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin
və suların mühafizə zonalarında, neft və qaz yataqla-
rı olan torpaq sahələrində yerləşirsə, həmin sənədlər
qeydiyyat üçün əsas hesab olunmur.
Dostları ilə paylaş: |