azərbaycanda sponsorluq məsələləri qanunla
tənzimlənəcək
“Reklam haqqında” qanun layihəsində "Sponsor"
və "Sponsor reklamı" anlayışlarının tərifi verilib.
Sponsor-idman, mədəni-kütləvi, yaxud başqa
tədbirlərin təşkili və (və ya) keçirilməsi, elektron infor-
masiya vasitələrində proqramın (verilişin) yaradılma-
sı və (və ya) yayımlanması, habelə əqli fəaliyyətinin
başqa nəticələrindən istifadə olunması üçün könül-
lü qaydada maliyyə vəsaiti və (və ya) başqa maddi
formada vəsait ayıran, yaxud ayrılmasını təmin edən
şəxsdir.
Sponsor reklamı – şəxsin sponsor qismində
göstərilməsi şərti ilə yayımlanan reklamdır.
Sponsor reklamında yalnız sponsorun adı
göstərilə bilər. Sponsor reklamında onun əmtəələri
barədə məlumatlar əks olunmamalıdır. Əmtəənin adı
sponsor qismində göstərilə bilməz.
Layihədə bildirilir ki, sponsor reklamı sponsorla
reklam istehsalçısı və (və ya) reklam yayıcısı arasın-
da bağlanılan müqavilə əsasında hazırlanır və (və ya)
yayımlanır.
Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və
məmulatların, tibbi xidmətlərin reklamının sponsoru
olmaq istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı-
nın razılığını almalıdır.
Qanun layihəsində dövri mətbuat vasitəsilə ya-
yımlanan elanlarda (anonslarda) əmtəə nişanının,
reklamvericinin, sponsorun adının yerləşdirilməsi rek-
lam hesab olunur. O da bildirilir ki, sosial reklamda
sponsorların, reklamın sifarişçisinin maarifləndirmə
və xeyriyyəçilik fəaliyyətinə dair məlumatlar, çətin
vəziyyətdə, yaxud müalicəyə ehtiyacı olan fiziki şəxslər
istisna edilməklə, hüquqi və sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxslərin konkret əmtəələri, əmtəə
nişanları, loqotipləri göstərilə bilməz.
Dostları ilə paylaş: |