1.3 Muasir dövrdə sosial inkişafın tədqiqindəki bəzi keyfiyyət fərqləri
Hər bir dövlətin qarşıya qoyduğu mühüm vəzifələrdən biri də ölkə əhalisinin
yüksək heyat səviyyəsini təmin etməkdən ibarətdir. Yüksək həyat səviyyəsi isə öz
növbəsində əhalinin maddi və mənəvi tələbatlarının ödənilməsi ilə xarakterizə
edilir. Bu tələbatların ödənilməsi dövlətin sosial siyasətinin strateji məqsədi kimi
qarşıya qoyulur.
Həyat səviyyəsi insanların fiziki, mənəvi və sosial tələbatının təmin edilməsi
səviyyəsini xarakterizə edən sosial-iqtisadi kateqoriya kimi, bir tərəfdən insanların
tələbatının inkişaf dərəcəsi ilə, digər tərəfdən də, onların tələbatının təmin edilməsi
üçün istifadə olunan mühüm nemətlərin və xidmətlərin kəmiyyət və keyfiyyəti ilə
müəyyən edilir.[33] stehlak olunan maddi nemətlərin və xidmətlərin həcmi,
məşğulluq səviyyəsi, əhalinin gəlirləri, ərzaq və qeyri-ərzaq məhsullarının,
xidmətlərin istehlak səviyyəsi, əmək və mənzil şəraiti, təhsilin, səhiyyənin,
mədəniyyətin inkişafı həyat səviyyəsini xarakterizə edən mühüm göstəricilər hesab
olunur. Ümumiyyətlə, əhalinin həyat səviyyəsini müəyyən etmək üçün bu
göstəricilərin hər birinin ayrı-ayrılıqda təhlil olunması və ümumiləşdirilməsi
vacibdir.
Əvvəldə qeyd olunduğu kimi, həyat səviyyəsini xarakterizə edən ən mühüm
göstərcilərdən biri məşğulluqdur. Məşğulluğun təmin edilməsi hər bir dövlətin
sosial-iqtisadi inkişaf strategiyasının başlıca şərtlərindən biri hesab olunur. Bu
baxımdan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə məşğulluq probleminin
37
həllinə, yoxsulluğun azaldılmasına və həyat səviyyəsinin yüksəldilməsinə daha
çevik təsir göstərən amil kimi baxılır və bu sahədə xüsusi proqramlar hazırlanıb
həyata keçirilir.
Məşğulluq əhalinin pul gəlirlərinin əsas mənbəyi hesab olunur. Məşğulluğun
(tam və səmərəli) təmin edilməsi, həmçinin əhalinin gəlir əldə etmək imkanlarını
genişləndirir. Bu da son nəticədə digər problemlərin həllini asanlaşdırır. Məşğulluq
həmçinin insanın bilik və təcrübəsinin artması, cəmiyyətə inteqrasiyası və s. bu
kimi bir sıra üstünlükləri ilə də xarakterizə olunur.
Məşğulluq əmək bazarı və işsizlik problemlərinin həllində və ölkədə məşğulluq
səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan amillərdən olduğundan ölkədə
səmərəli məşğulluq səviyyəsinin aşağı olması yoxsulluğun yüksəlməsinə,
cəmiyyətdə bir çox xoşagəlməz hadisələrin (aclıq, xəstəlik, oğurluq, quldurluq və
s.) meydana çıxmasına təsir göstərir.
2012-ci ildə ülkədə baş verən yüksək artım məşğulluq göstəricilərinin
yaxşılaşmasında da özünü biruzə vermişdir.
DSK-nın məlumatına görə 2012-ci ildə ölkədə iqtisadi fəal əhalinin sayı
4688,4 min nəfər təşkil etmişdir ki, onların 95%-ə yaxın iqtisadiyyatın və sosial
bölmənin müxtəlif sahələrində məşğul olan əhalidir.ilin sonuna olan məlumata
görə muzdla çalışan işçilərin 1440,5 min nəfəri qeyri-neft sektorunda, 37,2 min
nəfəri neft sektorunda çalışır.[14]
Hesabat ilində 120,4 min yeni iş yeri açılmışdır ki,bunun 80%-ə yaxını daimi
iş yerləri təşkil etmişdir.Daimi iş yerlərinin 69,2%-i fiziki şəxslər tərəfindən,
21,3%-i mövcud, 9,5%-i isə yeni yaradılmış və fəaliyyətini bərpa etmiş müəssisə
və təşkilatlarda yaradılmışdır.
Qeyd etmək lazımdır ki, 2013-cü ildə məşğul olan əhalinin iqtisadi fəaliyyət
növləri üzrə sayi kənd təsərrüfatı, ovçuluq və meşəçilik üzrə 39,5%, emal sənayesi
üzrə 4,8%, nəqliyyat, anbar təsərrüfatı və rabitə üzrə 5,0%, təhsil üzrə 8,7%,
səhiyyə və sosial xidmətlər üzrə 4,6% məşğul olmuşdur. 1995-ci illə müqayyisədə
2004-cü ildə sənayedə məşğul olanların xüsusi çəkisi 9,8%-dən 4,8%-ə, təhsil
38
sahəsində 10,3%-dən 8,7%-ə qədər azaldığı halda, müvafiq dövrdə kənd və meşə
tesərrüfatında 30,0%-dən 39,5%-ə qədər yüksəlmişdir (Cədvəl 1.1 ).
Dostları ilə paylaş: |