Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix28.12.2021
ölçüsü0,78 Mb.
#17190
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

Partiyalar və profsayuzlar; 


27 
 
• 
Yerli idarəetmə orqanları; 
• 
Büdcədənkənar fondlar; 
• 
Dini və xeyriyyə təşkilatları. 
       Dövlətin  sosial  siyasətində  əsas  yeri  əhalinin  gəlirlərinin  effektiv 
mexanizmlərini  tətbiq  olumasının  formalaşması  durur.Onun  əsas  tərkibi  iqtisadi 
cəhətdən daha aktiv olan əhaliyə ləvazimatlar yaratmağa imkan verən lazımlı şərait 
yaratmaqdır. 
       Sosial  müdafiə  daha  həssas  qruplara  (təqaüdçülərə  invalidlərə  işsizlərə 
çoxuşaqlılara 
və 
s.) 
maddi 
və 
digər 
dəstəyin 
göstərilməsini 
birləşdirir.Vətəndaşların  sosial  müdafiə  sferasında  ən  önəmli  yeri  məşğulluğun 
təmin edilməsi durur. 
       Sosial siyasət səhiyyə təhsil mədəniyyət əmtəə və xidmətlərlə təminatı yaşayış 
şə
rtləri  onların sonrakı inkişafını və maksimum əlçatan olmasını  birləşdirir.  
-səhiyyə  -  dövlət  səhiyyə  orqanlarında  qarantlı  səhiyyə  köməyinin  həcminin  
artırılması,  maliyyə  mənbələrini  məqsədəuyğun  şəkildə  istifadə  etməklə  səhiyyə 
müəssələrinin  iqtisadi  inkişafına  kömək  etmək,  səhiyyə  müəssələrində  maddi-
texniki bazanın möhkəmləndirilməsi və dərman təminatının yaxşılaşdırılması; 
-təhsil  -  iqtisadi  artıma  aktiv  təsir  göstərməyə  qadir  olan  əhalinin  intelektual 
potensialını  elmi  və  mədəniyyəti  formalaşdırmaq,  təhsil-tərbiyə  mərkəzlərində 
rasional  şəbəkənin  yaradılması,  təhsil  müəsissələrində  maddi-texniki  bazanı 
yeniləmə  və  genişləndirmə  və  çoxvariantlı  peşəkar  təhsil  sistemini  inkişaf 
etdirmək; 
-mədəniyyət  -  xidmətin  səviyyəsinin  və  keyfiyyətinin  səviyyəsinin  artırmaq, 
mədəniyyət  və  incəsənət    ərazilərinin  sadə  əhalinin  istifadə  edə  bilməsinə  şərait 
yaratmaq, maddi-texniki bazanı təzələmək və möhkəmləndirmək; 
-gənclərlə  siyasət-  özündə  təhsili,  peşəkar  hazırlığı  ,məşğulluğu  yaşayış  şərtlərini 
yaxşılaşdırmağı, təhsil alan tələbələrə, talantlı gənclərə dəstəyin göstərilməsi və 30 
yaşına  kimi  olan  oğlan  və  qızların  əmək  fəaliyyətinə  daxil  olmasını  adaptasiya 
etmək  . 


28 
 
     Gəlirlərin  digər  xeyir  və  xidmətlərin  həcmini  qruplar  üzrə  ayrılması  həyat 
səviyyəsini müəyyən edir.Həyat səviyyəsi sosial–iqtisadi kateqoriya kimi əhalinin 
rifah halını istehlak baxımından səciyyələndirir.Həyat səviyyəsinə insanın istehlak 
sahəsindəki  fəaliyyəti  ilə  əlaqədar  baxılır.Həyat  səviyyəsinin  göstəriciləri  sistemi 
gəlirlər  və  insanın  müxtəlif  təlabatlarını  ödəyən  maddi  nemətlər  və  xidmətlərin 
ə
hali  tərəfindən  istehlakı  haqqında  bu  və  ya  digər  dərəcədə  tam    məlumat  verir,  
eyni zamanda qərarlaşmış təlabatların inkişaf etdirilməsi və ödənilməsi səviyyəsini 
səciyyələndirir.Həyat 
səviyyəsinin 
yüksədilməsi 
ə
halinin 
rifah 
halının 
artırılmasının maddi əsasını təşkil edir. 
    BMT-nin təklifinə əsasən həyat səviyyəsi geniş göstəricilər sistemi vasitəsilə əks 
olunur.Bu sistemə daxil olan göstəricilərdən aşağıdakıları göstərmək olar: 
-səhiyyənin vəziyyəti; 
-təhsilin səviyyəsi; 
-orta ömür müddəti; 
-əhalinin məşğulluq səviyyəsi; 
-əhalinin alıcılıq qabiiyyəti; 
-siyasi həyata daxil olma. 
      Hazırda həyat səviyyəsini əks etdirən vahid ümumiləşdirici yoxdur.BMT həyat 
səviyyəsini  əks  etdirən  hər  hansı  tip  inteqral  göstəricilərindən  imtina 
etmişdir.Bununla  belə  həyat  səviyyəsini  beynəlxalq  miqyasda  müqayisə  etmək 
məqsədilə  1990-cı  ildən  başlayaraq  BMT-də  yeni  göstəricilərdən  istifadə 
edildilir.Bu  insan  potensialının  inkişaf  indeksi  və  ya  qısaca  desək  insan  inkişafı 
indeksi  göstəricisidir. nsan  inkişafı  indeksi  dörd  problemi  əhatə  etməklə  üç 
göstərici ilə ölçülür. nsan  inkişafının mühüm problemlərinə aşağıdakılar aiddir: 
-gəlirlərin  və  iqtisadi  artımın  yüksədilməsinə  yönəldilmiş  iqtisadi  fəaliyyətin 
nəticəsi olan məhsuldarlıq ; 
-qabiliyyətlərin tədbiq edilməsində və nemətlərdən istifadə edilməsində bərabərlik 
kimi düşülən bərabərlik; 


29 
 
-yalnız  indiki  nəsillər  üçün  deyil,  həm  də  gələcək  nəsillər  üçün  siviliziasiya 
imkanlarına açmağı təmin edən sabitlik; 
-inkişafın  yalnız  insanların  mənafei  üçün  deyil,  həmdə  onların  səyi  nəticəsində 
həyata keçirilməsini nəzərdə tutan imkanların genişləndirilməsi. 
      Sosial  siyasətdə  əsas  yeri  əhalinin  gəlirlərini  formalaşdırmaqdır.Bir  çox 
dövlətlərdə sosial dövlət termini geniş yayılmaşdır. Sosial dövlət  insanın lazımlı 
yaşamasına  və  inkişafına  şərait  yaradır.  Sosial  siyasətin  inteqral  obyekti    kimi  
sosial sfera tutur. 
       Keçid dövründə meydana çıxan sosial problemlərin həlli yolları sosial siyasət 
kimi  məsəslələri  ön  plana  çəkir.Cəmiyyət  sosial  qruplardan  təşkil 
olunmuşdur.Sosial  qrupların  qarşılıqlı  əlaqəsi  labüddür.Bu  əlaqələrin  konkret 
formaları  müxtəlifdir:  münaqişə,  ittifaq,  güzəştli  partnyorluq  ,düşmənçilik, 
müharibə(vətəndaş) , zorakılıq, hədə və qorxu formaları. Ümumiyyətlə isə bunlar 
siyasət  adlandırılır.Siyasət  müxtəlif  sahələrə  bölünür.Əgər  sosial  qruplar 
iqtisadiyyatla  əlaqədar  üzləşirlərsə  bu  iqtisadi  siyasətdir.Əgər  bu  üzləşmə  təbii 
mühitin  vəziyyəti    və  istifadəsi  səbəbindəndirsə  bu  ekoloji  siyasətdir.Mədəni 
demoqrafik  maarif  və  s.  siyasətlərdə  mövcuddur.  Sosial  siyasət  ictimai  rifah 
insanların  maddi  sosial  və  intelektual  təlabatlarının  ödənilməsi  insana  hörmətin 
formalaşdırılması  və  cəmiyyətdə  sabitlik  ilə  bilavasitə  bağlı  olan  siyasət  başa 
düşülür.Öz 
daxili 
təbiətinə 
görə 
sosial 
siyasət 
insanın 
inkişafına 
yönəldilmişdir.Sosial  siyasətin  mühüm  xüsusiyyəti  odur  ki  o,  əsasən  dövlət 
büdcəsi  vasitəsilə  rifahların  bölüşdürülməsi  və  istehlakı  ilə  təmasda  olur.Deməli 
sosial  siyasət  maliyyə-büdcə  siyasəti  ilə  o  cümlədən  dövlətin  vergi  siyasətilə 
birbaşa  əlaqədardır.Sosial  siyasət  bölgü  siyasəti  vəzifəsinin  daşıdığından  insan 
amilinin  güclü  təsirinə  məruzdur.Sosial  siyasət  əhalinin  ümumilikdə  həmdə  ayrı-
ayrılıqda onu təşkil edən təbəqələrin  sosial – demoqrafik  sosial icmaların sosial 
vəziyyətlərin  saxlanması  və  dəyişdirilməsi  səbəbindən  irəli  gələn  qarşılıqlı 
ə
laqəsidir.Sosial  siyasətin  əsas    mövzusu  əhalinin  bu  və  ya  digər    hissəsini  və 
ümumilikdə  bu  və  ya  digər  hissəsinin  və  ümumilikdə  bütün  xalqın  sosial 


30 
 
vəziyyətidir. Sosila siyasətin əsas mövzusuna keçid aldıqda onu qeyd etmək olarki 
sosial siyasətin əsas mövzusu xalqın sosial vəziyyətidir. Sosial vəziyyət -əhalinin 
ümumən 
və 
ayrı-ayrı 
təbəqələrinin 
həyat 
fəaliyyətinin 
kompleks 
xarakteristikasıdır.Sosial vəziyyət cəmiyyətin struktur hissələrinin mövcudluğunun 
və inkişafının ictimai şəraitini təşkil edən mühüm amillər sisteminin nəticəsi kimi 
formalaşır. Sosial vəziyyəti formalaşdıran ictimai şərtlər:  
1. 
Cəmiyyətdə  rolların istismarçılara  və  istismar  olunanalara  əsas  yer  tutduğu 
ictimai qrum; 
2. 
Təsərrüfatda hakimiyyət ; 
3. 
Hakimiyyət cəmiyyətdə sosial sabitliyin vasitəsi kimi; 
4. 
Ekoloji təhlükəsizlik; 
5. 
Həyatı və inkişafı təmin edən iqtisadi şəraiti  təhsil səhiyyə mənzil məişət və 
s.daxildir; 
6. 
Sosial təhlükələrdən müdafiə (sosial müdafiə). 
          Sosial  siyasətin  subyektləri-real  şəkildə  sərbəst  və  həqiqi  fəaliyyətdə  olan 
sosial qruplar və onları təmsil edən orqanlar, təşkilatlar, instutlar, strukturlar, sosial 
qrupların  özlərindən  başqa  onların  maraqlarını  təmsil  edən  təşkilatı  strukturda 
sosial  siyasətin  subyektlərinə  aiddirlər.SSSR-i  dövründə  totalitar  cəmiyyətin  əsas 
xüsusiyyətini  onun  bir  çox  subyekt    passivliyi    və  formal  xarakter  daşıması  idi. 
Azərbaycanda  hal-hazırda  totalizimdən  uzaqlaşaraq  demokratiyaya  doğru  hərəkət 
edir və vətəndaş cəmiyyətinin yaratmağa çalışır.Vətandaş cəmiyyətində qəraraların 
hazırlanmasını,  qəbul  olunmasını  və  icrasını  yerinə  yetirən  bir-birindən  asılı 
olmayan  subyektlər  fəaliyyət  göstərir.Sosial  siyasətin  subyektləri-vətəndaşlar  və 
sosial  qruplar,bunları  təmsil  edən  instutlar,təşkilat  və  hakimiyyət  orqanları  sosial 
siyasətin  subyektləri  fəal  sürətdə  qarşılıqlı  fəaliyyət  göstərir,  yəni  vətəndaşların 
maraqlarını  formalaşdırır,təqdim  edir  və  müdafiə  edir.Konkret  olaraq  sosial 
siyasətin subyektlərinə ixtisaslaşdırılmış dövlət orqanları, qeyri dövlət təşkilatları, 
həvəskar xeyriyyə və digər xarakterli birliklər aidddir. Sosial siyasətdə son iqtisadi 
nəticələri və məqsədləri qeyd olunur.Bir tərəfdən o iqtisadi artımın məqsədi olur, 


31 
 
digər  tərəfdən  isə  faktoru  hansıki,artım  əməyə  motivasiyanı  artırır  o  cümlədən 
effektivliyini  eyni  zamanda  iqtisadi  artım  keyfiyyətinə  olan  təlabatı  artırır, 
mədəniyyətə,  fərdin  fiziki  və  ruhi  inkişafına  imkan  verir  ki  bu  da  sosial  sferanın 
gələcək  inkişafına  imkan  yaradır.Sosial  siyasət  bir  neçə  səviyyədə 
mövcuddur.Mikro  səviyyədə:firmanın,korparasiyanın,  müxtəlif  təşkilatların  eyni 
zamanda  xeyriyyə  təşkilatlarının  sosial  siyasəti.  Makro  səviyyədə:regional  və 
ümumudövlət  səviyyəsində. nter  səviyyədə  beynəlxalq  sosial  siyasət  reallaşır 
qlobal  ekoloji  problemlərin  ,iqtisadi  və  sosial  cəhətdən  geridə  qalmış  ölkələrə 
yardım  edilməsi  durur.Lazımi  səviyyədə  hazırlanmış  sosial  siyasət  özü-özünə, 
avtomatik  formalaşmır  o  ilkin  makroiqtisadi  şərtlərin  yaradılmasını  tələb 
edir.Tədqiqatçılar sosial siyasətin əsasən aşağıdakı funksiyalarını qeyd edirlər : 
1. 
Cəmiyyətin sosial sabitliyinin,sosial təhlükəsizliyinin təmin edilməsi; 
2. 
Hakimiyyətin siyasi sabitliyinin təmin olunması; 
3. 
Hakimiyyətin  ədalətli  bölgüsü,  yəni  hakimiyyət  bölgüsü  elə  təmin 
olunmalıdır ki,çoxları tərəfindən bu bölgü ədalətli hesab edilsin; 
4. 
Ə
halinin  böyük  əksəriyyətini  təmin  edən  iqtisadi  ehtiyatların  və  iqtisadi 
səmərəliliyə aid bölgü sisteminin yaradılması; 
5. 
Cəmiyyət  və  dövlət  tərəfindən  ekoloji  təhlükəsizliyin  zəruri  və  yetərli 
səviyyəsinin təmin edilməsi; 
6. 
Bütövlükdə  əhalinin,  hər  bir  sosial  qrupun  cəmiyyət  və  dövlət  tərəfindən 
lazımi səviyyədə sosial müdafiəsinin təmin olunması.[30] 
       Yerinə  yetirilmə  funsiyasından  asılı  olaraq  aşağıdakı  məsələlər  həll 
olunur:məşğulluq proqramının reallaşdırılması, sosial köməyə ehtiyacı olan əhaliyə 
yardım  edilməsi,  təhsil  sferasına  diqqətin  təmin  edilməsi,  səhiyyə,  sağlamlıq  və 
mədəniyyət.Sosial  siyasətin  nəticələrinin  göstəriciləri  əhalinin  həyat  səviyyəsi  və 
keyfiyyətində  özünü  göstərir.Həyat  səviyyəsi-insanların  maddi  və  mənəvi 
təlabatlarının  ödənilməsidir.Bu  təlabatların  lazimi  səviyyədə  ödənilməsi  fərdin 
ə
məyə  olan  motivinin  və  həyat  səviyyəsini  yüksəldən  addımdır.  Dövlətin  sosial 
siyasəti  cəmiyyətin  həyat  fəaliyyətinin  sosial  iqtisadi  şərtlərinin  tənzimlənməsinə 


32 
 
yönəldilən  tədbirlər  kompleksindən  ibarətdir.O  gəlirlərin  bölgüsündəki 
bərabərsizliyin  azadılmasına  bazar  iqtisadiyyatında    gəlir  və  mülkiyyət  sahəsində  
fərqlərin  zəiflədilməsinə  iqtisadi  fəaliyyətin  iştirakçıları  arasında  ziddiyətlərin 
yumşaldılmasına  və  cəmiyyətdə  sosial  ixtilafların  aradan  qaldırılmasına 
yönəldilmişdir.Bazar  iqtisadiyyatı  sistemində  sosial  siyasət  vasitəsilə  əhalinin 
ə
mlak  sahəsində  mövcud  olan  bərabərsizliyin  müəyyən  dərəcədə  aradan 
qaldırılmasını  nəzərdə  tutulan  və  əhalinin  bütün  təbəqələri  üçün  eyni  başlanğıc 
şə
rtlərinin təmin edən sosial ədalət prinsipləri reallaşır. 
       Dövlətin sosial siyasəti ilə cəmiyyətin iqtisadi inkişafı arasında qarşılıqlı əlaqə 
mövcuddur.Birincisi,  iqtisadi  inkişafın  məqsədi  birbaşa  və  dolayı  yolla  sosial 
siyasətdə  birləşir.Aydındır  ki,  iqtisadi  fəaliyyət  cəmiyyətin  bütün  üzvləri  üçün 
ə
lverişli  yaşayış  şəraitinin  yaradılması  naminə  həyata  keçirilir. kincisi,  sosial 
siyasət  sahəsində  bir  çox  məsələlərin  həyata  keçirilməsi,  dövlətin  onların 
reallaşdırılması  üçün  yönəldilə  biləcəyi  iqtisadi  ehtiyatlardan  asılıdır.Üçüncüsü, 
sosial siyasətə iqtisadi amilin mühüm amili kimi baxmaq olar.Əgər iqtisadi inkişaf 
xalqın  həyat  səviyyəsinin  yüksədilməsinə  təsir  etmirsə,  insanların  həyat 
fəaliyyətilə  məşğul  olmasına,  iş  qüvvəsinin  keyfiyyətinin  artırılmasına  maraq 
azadılmış olur,cəmiyyətdə sosial gərginlik artır. 
       Sosial  siyasətin  xarakteri  və  məzmunu  sosial  proseslərin  idarə  edilməsinə 
dövlətin  müdaxilə  etməsi  səviyyəsindən  də  asılıdır.Bu  baxımdan  inkişaf  etmiş 
ölkələrdə dövlətin hal-hazırda bütün mövcud olan sosial siyasət növlərini iki qrupa 
bölmək olar. 
   Birinci  qrupu  şərti  olaraq  qalıq  prinsiplərinə  əsaslanan  sosial  siyasət 
adlandırmaq  olar.  Bu  halda  sosial  siyasət  bazarın  sosial  səviyyədə  tam  həyata 
keçirə bilmədiyi funksiyaları həyata keçirir.Bu öz miqyası və əhatə dairəsinə görə 
məhdud  sosial  siyasət  olub,  əsasən  passiv  və  kompensasiyalaşdırıcı  (bərpaedici)  
xarakter  daşıyır.Belə  sosial  nəzarətin  sosial  əsasları  liberal  bazar  iqtisadiyyatı 
modelinin  ideyaları  əsasında  formalaşır.Bu  variantın  tipik  nümunəsi  bazarın 
amerikan modeli ola bilər. 


33 
 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin