Ümumi təhsil internat məktəblərinin sayı 21, uşaqların sayı isə 5 min 734
nəfərdir
Əhalinin həyat səviyyəsinin yüksəldilməsi yollanndan biri də mənzil şəraitinin
yaxşılaşdırılmasıdır. 2014-cü ildə ölkədə mənzil fondunun ümumi sahəsi
166,4 milyon kvadratmetr təşkil edib. Bunun 112,2 milyon kvadratmetri yaşayış
sahəsi olub. Orta hesabla əhalinin hər nəfərinə düşən yaşayış sahəsi 12,0 m2 (Bakı
şə
həri üzrə bu rəqəm 11,6 m2-dir) qeydə alınıb. 2013-cü ildə isə həmin rəqəm 11,7
m2 təşkil edib. Əslində bu rəqəmlərin özü əhalinin mənzil şəraitinin hansı
vəziyyətdə olmasını açıq göstərir. Məlumat üçün bildirək ki, xarici
ölkələrdə əhalinin hər nəfərinə düşən yaşayış sahəsi ən pis halda 20
51
kvadratmetrdir. 2014-cü ildə 1 191,3 milyon manatlıq mənzil tikintisi həyata
keçirilib. Bu da əsas kapitala yönəldilmiş vəsaitlərin (17 milyard manat) cəmi 6,8
faizi deməkdir. 2013-cü ildə 2403 min kvadratmetr mənzil sahəsi istifadəyə verilib.
Bunun 1567 min kvadratmetri şəhərdə, 836 min kvadratmetri kənd yerlərində olub.
Ə
halinin hər min nəfərinə düşən istifadəyə verilmiş mənzillər və yaşayış evlərinin
ümumi sahəsinə gəlincə, 2013-cü ildə mənzillərin sayı 2,3, kvadratmetri 258 olub.
2012-ci ilə nisbətdə cüzi artım baş verib. Həmin ildə əhalinin hər min nəfərinə 2,2
mənzil və ya 234 kvadratmetr düşüb. Avropa ölkələri ilə müqayisə edəndə isə
sözügedən artımın belə kiçik rəqəm olduğu ortaya çıxır. Belə ki, Fransada hər 1000
nəfərə 490 mənzil, Böyük Britaniya və Hollandiyada 420 mənzil düşür.
Bazar iqtisadiyyatına keçid hər bir ərazidə sosial-infrastruktur sahələrinin
səmərəli inkişafına geniş imkanlar yaratmalıdır. Belə ki, hər bir konkret regionda
ahalinin
sosial
müdafiəsi
real
vəziyyətdən
asılı
olaraq
düzgün
müəyyənləşdirilməlidir. Mövcud iqtisadi münasibətlerin pozulduğu, yeni
münasibətlerin isə hələ tam formalaşmadığı müasir dövrdə əhalinin sosial
müdafiəsi dövlətin qarşısında duran ən aktual-strateji əhəmiyyət kəsb edən
problemlərdən biri hesab edilir. Buna görə də iqtisadiyyatda baş verən
dəyişikliklərə tam uyğun olaraq, hər bir regionda sosial-infrastrukturun
tənzimlənməsində dövlətin rolu və funksiyası genişləndirilməlidir. Bu mürəkkəb
və çoxcəhətli vəziyyəti tənzimləmək üçün makro və mikro səviyyələrdən asılı
olaraq sosial infrastrukturun formalaşdırılması tamamilə yeni prinsiplerə
ə
saslanmalıdır. Ən başlıca prinsiplərdən biri əhalinin milli xüsusiyyəti, təbii iqlim
şə
raiti, sosial-iqtisadi inkişafın mövcud səviyyəsi hesab edilir. Məlumdur ki,
makroiqtisadi tənzimlemə abstrakt, ümumi icmal xarakter daşımaqla, sosial
infrastrukturun formaiaşmasını müəyyən mənada tədric edir, Buna görə də müasir
qarışıq iqtisadiyyat şəraitində ən mühüm problem bazar iqtisadiyyatı tələblərinə
tam uyğun olaraq sosial infrastrukturun formalaşması vətənzimlənməsidir.
Cəmiyyət miqyasında sosial-infrastrukturun tərkib hissəsi hesab edilən sahələrin,
xüsusilə, təhsilin, səhiyyənin və digər ictimai əhəmiyyəti yüksək olan sosial
52
sferaların inkişafı dövlət büdcəsindən maliyyələşdirilməli və tənzimlənməlidir.
Bununla belə, indiki müxtəlif mülkiyyət və təsərrüfatçılıq formalarına əsaslanan
müəssisələrdə sosial infrastrukturun formalaşdırılması və inkişaf etdirilməsində
dövlət seyredici mövqe tutmamalı, onun da tənzimlənməsində bilavasitə iştirakçısı
olmalıdır.
Dostları ilə paylaş: |