II FƏSIL: DÖVLƏTIN SOSIAL STRATEGIYASININ IŞLƏNIB
HAZIRLANMASI VƏ HƏYATA KEÇIRILMƏSI QAYDASI
2.1. Dövlətin sosial strategiyasında
məşğulluq siyasətinin məqsəd və
vəzifələri.
Dövlətin
sosial
siyasətinin
ə
sas
sahələrindən
biri
məşğulluq
siyasətidir.Azərbaycanın öz müstəqilliyini əldə etməsi, bazar iqtisadiyyatına keçid
ölkədə əhalinin əmək məşğulluğu sahəsində ciddi dəyişikliklərə səsəb oldu.
qtisadi kateqoriya kimi məşğulluq əhalinin əmək fəaliyyətində iştirakı ilə
bağlı münasibətlər toplusu olub, əhalinin əməkdə iştirak ölçüsünü,işçilərə olan
ictimai tələbin təmin olunma dərəcəsini, haqqı ödənilən iş yerləri və gəlir əldə
olunması üzrə fərdi tələbləri ifadə edir.Bu baxımdan məşğulluq əmək bazarının
ə
sas xüsusiyyətləri kimi çıxış edir.
“Məşğulluq haqqında”Azərbaycan Respublikasının Qanununda məşğulluq
anlayışı belə verilir:”Məşğulluq-Azərbaycan Respublikası vətəndaşlarının,
Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və
ə
cnəbilərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və bir
qayda olaraq onlara qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir”.Bu anlayış həm
sosial-iqtisadi, həm də hüquqi məzmun daşıyır.
Məşğulluq insanların ictimai-faydalı fəaliyyətidir.Bu fəaliyyətlə ölkənin əmək
qabiliyyətli əhalisinin böyük bir dəstəsi əmək müqaviləsi əsasında işləyənlər,haqqı
ödənilən vəzifələrə təyin və təsdiq olunanlar,sahibkarlıq fəaliyyəti göstərənlər,
özünü işlə müstəqil təmin edənlər, istehsal və s. kooperativlərin üzvləri, hərbi
xidmət keçənlər, ümumtəhsil və ali məktəblərdə əyani təhsil alanlar, iş yerində
53
müvəqqəti olmayanlar (əmək qabiliyyətini itirmə nəticəsində müvəqqəti
işləməyənlər, məzuniyyətdə, təkmilləşmədə və ixtisasartırmada olanlar, tətil, və s.
səbəblər nəticəsində əmək fəaliyyətini dayandıranlar) əhatə olunur.
Əmək fəaliyyətinə cəlb olunma formasına görə iqtisadiyyatla məşğul olanları
üç qrupa bölmək olar:
1.Muzdla işləyənlər;
2. şəgötürənlər;
3.Özləri məşğul olanlar.[30]Bu qrupa öz hesabına işləyənlər,muzdlu işçi
qüvvəsini daimi əsaslarla istifadə etməyən istehsal kooperativlərinin üzvləri
daxildir.
Vətəndaşın məşğulluq dərəcəsi müxtəlif meyarlarla ölçülə bilər.Bu məsələyə
zaman meyarı baxımından yanaşsaq, şərti olaraq tam zamanlı,natamam zamanlı
məşğulluq anlayışlarını qəbul edə bilərik.Tam zamanlı məşğulluq işçinin əmək
fəaliyyəti ilə məşğul olmaq üçün nəzərdə tutulmuş iş vaxtı ərzində əmək
fəaliyyətinə cəlb olunmasıdır.Məsələn, işçi səkkiz saatlıq iş günü ərzində işlə
məşğul olur.Natamam zamanlı məşğulluq isə nəzərdə tutulmuş iş vaxtının bir
hissəsində əmək fəaliyyətinə cəlb olunmağı əhatə edir.Bununla yanaşı müvəqqəti
məşğulluq anlayışından da istifadə olunur.Müvəqqəti məşğulluq-vətəndaşların
müəyyən müddət ərzində ictimai-faydalı fəaliyyətidir.Bu növ məşğulluq iş günü ilə
deyil, ümumi iş müddəti ilə ölçülür.Məsəslən, vətəndaş mövsümi işə cəlb oluna
bilər.Bu müddət bitdikdən sonar o,yenidən məşğullar cərgəsindən kənarda qalmış
olar.
Elmi ədəbiyyatda məşğulluğun müxtəlif formaları göstərilir.Bunlardan əsası
tam və səmərəli məşğulluqdur.Tam məşğulluq ölkənin bütün əmək ehtiyatlarının
işə cəlb olunmasıdır.Tam məşğulluğun mərkəzləşdirilmiş və planlaşdırılan şəkildə
həlli zamanı həyat fəaliyyətinin bir cox vacib sahələrinə ziyan vurulmuş olur. şçi
onu təmin edən iş yerində çalışmır, işçinin fəaliyyəti onun səhhətinə,ailəsinə ziyan
vurur. ş yerinin sərbəst seçilməsi, əmək və yaradıcılıq qabiliyyətindən istifadədə
sərbəstlik göstərir ki, işaxtaranlar heç də həmişə istədikləri işi tapa bilmirlər.
54
Tam məşğulluqla yanaşı, səmərəli məşğulluq anlayışından da istifadə
edilir.Səmərəli məşğulluq əməyin ictimai məhsuldarlıq səviyyəsinin artımı
ə
sasında cəmiyyətin hər bir üzvünün sağlamlıq, təhsil və peşə səviyyəsini artırmaq
kimi tələbatını ödəyən kafi gəlirin əldə olunmasını təmin edən məşğulluqdur.Bu
cür məşğulluq bir sıra göstəricilərlə-əhalinin peşəkar əməklə məşğulluq səviyyəsi,
ə
mək qabiliyyətli əhalinin ictimai təsərrüfatda məşğulluq səviyyəsi, cəmiyyətin
ə
mək ehtiyatlarının ictimai faydalı sahələr üzrə paylanma nisbəti, işləyənlərin
iqtisadi sahələr üzrə rasional paylanması kimi göstəricilərlə səciyyələnir.
Məşğulluğun müxtəlif formaları arasında ikiqat məşğulluq da mövcuddur.Bu
ə
mək fəaliyyəti ilə məşğul olanların təkrar əmək fəaliyyətinə cəlb
olunmasıdır. kiqat məşğulluğun əsas səbəblərindən biri işçinin daha artıq gəlir əldə
etmək istəyindən doğur.
Azərbaycanda məşğulluqla bağlı dövlət siyasətinin öyrənilməsi “işsizlik” və
“işsizlər” anlayışlarının açıqlamasını tələb edir.Ölkədə işsizlik məsələsinin
öyrənilməsi və ümumi durumu ilk dəfə müstəqillik illərində öyrənilmə obyektinə
çevrilmişdir. şsizlik sosial-iqtisadi hadisədir.Bu zaman əmək qabiliyyətli,iqtisadi
cəhətdən fəal əhali özünün işçi qüvvəsini tətbiq etmək imkanına malik olmur.
2013-ci il yanvarın 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 4688,4
min nəfər olmuş, onlardan 4445,3 min nəfərini iqtisadiyyatın və sosial bölmənin
müxtəlif sahələrində məşğul olan əhali təşkil etmişdir.[14]
2013-ci ilin yanvar ayının 1-i vəziyyətinə məşğul əhalinin tərkib hissəsi olan
muzdla işləyənlərin sayı 1477,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət
bölməsində 899,1 min nəfər, qeyri-dövlət bölməsində isə 578,6 min nəfər təşkil
etmişdir. Eyni zamanda, iqtisadiyyatın neft sektorunda 37,2 min nəfər, qeyri-neft
sektorunda isə 1440,5 min nəfər çalışmışdır.
2013-cü il yanvarın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən
ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 37,3 min nəfər olmuş, onların
41,9 faizini qadınlar təşkil etmişdir. şsizliyə görə müavinətin orta məbləği 252,3
manat olmuşdur.
55
şsizlik səviyyəsi 2011-ci ildəki 5.4 %-dən 2012-ci ilin yekunlarına əsasən
5.2%-ə enmişdir.
Yaranma səbəblərinə görə işsizliyi friksion,struktur və dövri işsizlik olmaqla
üç qrupa bölürlər.Friksion işsizlik işçinin bir müəssisədən digərinə keçid
prosesində müvəqqəti işsiz qalması hadisəsidir.Bu,məcmu əmək təklifinin ona olan
məcmu əmək tələbini üstələməsi halına uyğun gəlir.Friksion işsizlik halında olan
işçinin bilik bacarıqları istehsalatın və işəgötürənlərin tələblərinə uyğun gəlir. şçi
isə öz bilik və bacarıqlarının daha yaxşı tətbiqi ilə bağlı yeni iş yeri axtarır.
Struktur işsizlik əməyə olan tələbatının kifayət qədər olmamasısıdır.Bu məhsul
istehsalının aşağı düşməsindən irəli gəlir.Məhsula tələbatın və məcmu xərclərin
azaldılmasının nəticəsində baş verir.Struktur işsizliyə yaxın işsizlik növü texnoloji
işsizlik adlanır.Belə işsizlik istehsalatda yeni texnologuyanın tətbiqi ilə işçi
qüvvəsinin azaldılması prosesində baş verir.
nsanların məşğulluğunun təmin edilməsi və işləyənlərin əmək hüquqlarının
qorunması dövlətin qarşısında duranbaşlıca vəzifələrdəndir.Bu məqsədlə dövlət
məşğulluq sahəsində siyasəti həyata keçirir.Məşğulluqla bağlı dövlət siyasəti
ə
sasən aşağıdakıları nəzərdə tutur:
-işlə təminatda vasiyəçiliyi. şsiz və işaxtaran vətəndaşlara məşğulluq xidməti
orqanının vasitəçiliyi ilə münasib işin secilməsinə və işədüzəlməyə kömək
göstərilməsini;
-işçilərə ixtisası dəyişmə ilə bağlı köməkliyi;
-işi müvəqqəti itirməklə bağlı müavinət almağı;
-işdən çıxarmanı məhdudlaşdırmağı və işdənçıxarma üzərində nəzarəti və s.;
-vətəndaşların qanun çərçivəsində həyata keçirilən əmək və sahibkarlıq
təşəbbüsünün müdafiə edilməsi və sahibkarlığın inkişaf etdirilməsi məqsədilə
onlara kömək göstərilməsini;
-işsizlərin sosial müdafiəsinin təmin edilməsini;
-işə düzəltməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsinə
kömək göstərən xüsusi tədbirlərin görülməsini;
56
-sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəltməkdə çətinlik çəkən
vətəndaşlar üçün kvotanın müəyyən edilməsini;
-beynəlxalq əmək normalarına riayət olunmasını.
Ə
halinin məşğulluğunun sosial səmərəliliyinin təmin edilməsinə yönəldilən
dövlət məşğulluq siyasətinin formalaşması və əmək ehtiyatlarının səmərəli istifadə
edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2011-ci il
tarixli, 1836 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının Məşğulluq
Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”
təsdiq edilmişdir.
“Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi
üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” (bundan sonra - Dövlət Proqramı)
ə
halinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin edərək,
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli 1068 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası
(2006-2015-ci illər)”nın ikinci mərhələsinin reallaşdırılmasına yönəldilmişdir.
Dövlət Proqramı işçi qüvvəsinə tələbatın stimullaşdırılmasını, səmərəli
işgüzarlıq mühitinin formalaşmasını, struktur islahatlarının dərinləşdirilməsini,
investisiya fəallığının daha da artırılmasını və insan kapitalının yüksək inkişaf
səviyyəsinin təmin edilməsini nəzərdə tutur.
Dövlət Proqramının məqsəd və vəzifələri:
2006-2015-ci illərdə Azərbaycan Respublikasında məşğulluq strategiyasının
ə
sas məqsədi əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli
məşğulluğunu təmin etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün aşağıdakı
vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:
- sahibkarlığın, xüsusilə də kiçik və orta sahibkarlığın, əhalinin özünü
məşğulluğunun inkişafı üçün zəruri şərait yaratmaq;
- məşğulluğun səmərəli inkişafını təmin edən investisiya fəallığını dəstəkləmək;
- işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsini gücləndirmək, qeyri-formal
ə
mək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlər həyata keçirmək;
57
- əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə
yönəldilmiş institusional infrastrukturu təkmilləşdirmək;
- kadr hazırlığı sisteminin, o cümlədən peşə hazırlığı və ixtisasartırma
şə
bəkəsinin fəaliyyətini dinamik inkişaf edən əmək bazarının tələblərinə
uyğunlaşdırmaq.
Yaxın onillikdə həyata keçiriləcək məşğulluq strategiyası bir-birini tamamlayan iki
mərhələdə reallaşdırılacaqdır.
2006-2010-cu illəri əhatə edən birinci mərhələdə əsas hədəf olaraq hazırda
mövcud olan işsizliyin nəzərə çarpacaq dərəcədə azaldılması, işsizlərin, sosial
həssas əhali təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının
təkmilləşdirilməsinə yönəlmiş addımların atılması nəzərdə tutulur. Bununla yanaşı,
ə
mək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması, onun rəqabət gücünün artırılması,
iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması daim diqqət
mərkəzində olacaqdır.
2011-2015-ci illəri əhatə edən ikinci mərhələdə fəaliyyət istiqaməti, əsasən,
işçi qüvvəsinə tələbatın stimullaşdırılmasını təmin edən, yüksək beynəlxalq
standartlara uyğun işgüzarlıq mühitinin formalaşmasına, struktur islahatlarının
dərinləşdirilməsinə, investisiya fəallığının daha da artırılmasına və insan kapitalının
yüksək inkişaf səviyyəsinin təmin edilməsinə yönəldiləcəkdir.[5]
Məşğulluq strategiyasının həyata keçirilməsində mühüm istiqamətlərdən biri
yeni iş yerlərinin yaradılmasını məhdudlaşdıran amillərin aradan qaldırılması və
məşğulluq səviyyəsinin artırılmasını stimullaşdıran institusional şərait
yaradılmışdır. Bu baxımdan dövlət tənzimləmə mexanizminin əsas tərkib
hissələri olan fiskal və monetar siyasətin səmərəli şəkildə həyata keçirilmə-si və
sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş tədbirlərin
görülməsi xüsusi əhəmiyyət kəsb edir.
Bu sahədə aşağıdakı prioritet istiqamətlər müəyyən edilmişdir:
- sahibkarlığın inkişafına mane olan problemlərin aradan qaldırılması, xarici
iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması sahəsində
58
müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi;
- Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün ölkə
iqtisadiyyatına və xüsusilə əmək bazarı və məşğulluğa təsirinin araşdırılması və
bununla bağlı zəruri qabaqlayıcı tədbirlərin işlənilməsi;
- ölkədə makroiqtisadi sabitlik sahəsində əldə olunmuş nailiyyətlərin
möhkəmlənməsinə, inflyasiyanın qarşısının alınmasına, manatın məzənnəsinin
sabit saxlanılmasına, beynəlxalq normalara uyğun valyuta ehtiyatlarının
yaradılmasına və ölkənin tədiyə qabiliyyətinin yaxşılaşmasına yönəldilmiş pul-
kredit siyasətinin davam etdirilməsi;
- sahibkarların maliyyə resurslarına olan ehtiyaclarmı daha dolğun ödəmək
məqsədilə verilən kreditlər üçün girov təminatı sisteminin təkmilləşdirilməsi;
- dövlət satınalmaları ilə əlaqədar keçirilən tenderlərdə yerli mallar (işlər və
xidmətlər) təklif edən təşkilatlara üstünlük verilməsi;
- yerli sənaye məhsullarının dünya bazarında rəqabət qabiliyyətinin
yüksəldilməsi sahəsində tədbirlərin həyata keçirilməsi;
- ölkədə sığorta sisteminin inkişaf etdirilməsi, sığorta şirkətlərinin fəaliyyətinin
təkmilləşdirilməsi, sığorta bazarında investisiya siyasətinin formalaşması;
- beynəlxalq maliyyə qurumlarının orta və kiçik sahibkarlığın inkişafına cəlb
edilməsi;
- regional iqtisadi əlaqələrin genişləndirilməsi;
-kiçik
sahibkarlıq
subyektlərində
yeni
texnologiyaların
tətbiqinin
stimullaşdırılması və yerli xammaldan istehsal olunan məhsulun rəqabət
qabiliyyətinin yüksəldilməsi.
Dövlət Proqramında 2011-2015-ci illər üçün nəzərdə tutulan tədbirlərin həyata
keçirilməsindən
aşağıdakı
nəticələr
gözlənilir:
- səmərəli məşğulluq siyasətinin həyata keçirilməsi üçün əlverişli şəraitin
yaradılması;
- əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın
yüksəldilməsi üçün əlverişli şərait yaradılması, kadr hazırlığı sisteminin, o
59
cümlədən peşə hazırlığı və əlavə təhsil şəbəkəsinin fəaliyyətinin dinamik inkişaf
edən əmək bazarının tələblərinə uyğunlaşdırılması;
-
işaxtaran
və
işsiz şəxslərin
sosial
müdafiəsinin gücləndirilməsi;
- əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə
yönəldilmiş institusional mühitin təkmilləşdirilməsi;
- yüksək beynəlxalq standartlara uyğun işgüzarlıq mühitinin formalaşdırılması;
- struktur islahatların dərinləşdirilməsi, investisiya fəallığının artırılması;
- insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsi.[5]
Dövlət
Proqramının
həyata
keçirilməsinin
maliyyə
təminatı:
Dövlət Proqramının maliyyə təminatını dövlət büdcəsinin vəsaiti və
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər mənbələr
təşkil edir.
Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı:
2014-2017-ci illərdə məşğulluq sahəsində məqsədlərin həyata keçirilməsi və
hədəflərə nail olmaq üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
-ölkədə makroiqtisadi sabitlik sahəsində əldə olunmuş nailiyyətlərin
möhkəmləndirilməsi, inflyasiyanın məqbul səviyyədə saxlanmasını dəstəkləyən
siyasətin davam etdirilməsi;
-
yerli sənaye məhsullarının dünya bazarında rəqabət qabiliyyətinin
yüksəldilməsi sahəsində tədbirlərin həyata keçirilməsi;
-
regional iqtisadi əlaqələrin genişləndirilməsi;
-
ə
dalətli rəqabət mühitinin formalaşdırılması və inkişafı;
-
elmi tutumlu sahələrin inkişafı ilə bağlı qabaqcıl texnologiya və
innovasiyaların tətbiq edilməsi;
-
təklif olunan işçi qüvvəsi ilə mövcud iş yerlərinin sayı arasında tarazlığı
təmin edən şəraitin yaradılması;
-
qeyri-formal məşğulluğun qarşısının alınması;
-
neft ixracından əldə olunan gəlirlərin bir hissəsinin insan kapitalının
inkişafına istiqamətləndirilməsi;
60
-
işsizlərin sosial müdafiəsinin təmin edilməsi, işə düzəlməkdə çətinlik çəkən
vətəndaşların məşğulluğunun təmin edilməsinə kömək edən xüsusi tədbirlərin
həyata keçirilməsi;
-
sahibkarlığın, kiçik və orta biznesin inkişafının, eləcə də fərdi əmək fəaliyyəti
ilə məşğul olanların (xüsusilə də əmək bazarında gərginlik olan ərazilərdə) iqtisadi
həvəsləndirilməsinin təmin edilməsi;
-
peşə təhsilinin əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılması məqsədi
ilə bu sahədə yeni ixtisas və ixtisaslaşma təsnifatının hazırlanması;
-
peşə hazırlığı (əlavə təhsil), iqtisadiyyatın sahələri üzrə əhalinin məşğulluğu
və boş iş yerləri haqqında məlumatı əhatə etməklə, əmək bazarının vəziyyətinə dair
analitik-informasiya sisteminin yaradılması və tətbiq olunması;
-
işləyənlərin layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə iqtisadiyyatın
inkişafından asılı olaraq minimum əməkhaqqının mərhələli artımının həyata
keçirilməsi;
-
məşğulluq və işsizlik səviyyəsinin real vəziyyətinin qiymətləndirilməsi üzrə
tədbirlərin davam etdirilməsi;
-
ə
mək qanunvericiliyinə riayət olunmasına nəzarətin təmin edilməsi;
-
ə
mək şəraiti və əməyin ödənilməsi müasir tələblərə cavab verən iş yerlərinin
yaradılması və mövcud iş yerlərinin səmərəliliyinin artırılması;
-
qeyri-neft sektorunda, xüsusilə aqrar, toxuculuq, emal müəssisələri və xidmət
sahələrinin inkişafı hesabına yeni iş yerlərinin yaradılması;
-
kənd yerlərində sosial və kommunal infrastrukturun inkişaf etdirilməsi yolu
ilə əhalinin, xüsusən də gənclərin miqrasiya səviyyəsinin azaldılması;
-
ə
mək bazarının tələblərini nəzərə alaraq rəqabət qabiliyyətli ixtisaslar üzrə
kadrların hazırlanması istiqamətində peşə təhsili sisteminin təkmilləşdirilməsi;
-
SCO-88/ SCO-08
beynəlxalq
məşğulluq
təsnifatına
ə
saslanan
təkmilləşdirilmiş peşə və təlim standartlarının hazırlanması və tətbiqi;
-
işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsinə
köməklik göstərilməsi;
61
-
qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılması, onlar arasında
sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsi, işsiz və işaxtaran
qadınların peşə hazırlığı və əlavə təhsilinin təmin edilməsi;
-
gənclərin məşğulluğunun artırılması;
-
ə
məkqabiliyyətli əlillərin cəmiyyətə, o cümlədən əmək bazarına
inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması;
-
qaçqın və məcburi köçkünlər üçün peşə hazırlığının təmin edilməsi, onlar
arasında özünüməşğulluğun inkişaf etdirilməsi;
-
cəzaçəkmə müəssisələrindən azad ediləcək şəxslərin məşğulluğunun təmin
edilməsinə köməklik göstərilməsi məqsədi ilə peşə hazırlığı kurslarının təşkil
edilməsi;
-
işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin ünvanlı dövlət sosial
yardımı sistemi ilə əlaqələndirilməsi işinin təkmilləşdirilməsi;
-
sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupları üçün yeni iş yerlərinin
yaradılması;
-
işsizlik müavinətinin minimum məbləğinin artırılması və onun mərhələlərlə
minimum yaşayış standartlarına çatdırılması;
-
sahə səviyyəsində kollektiv sazişlərin və müəssisə səviyyəsində kollektiv
müqavilələrin bağlanması işinin təşkil edilməsinə dövlət nəzarətinin
gücləndirilməsi;
-
kollektiv saziş və müqavilələrdə məşğulluğun təmin olunması, kadrların
hazırlanması və işçilərin sosial müdafiəsinin gücləndirilməsi məsələlərinin əks
etdirilməsi;
-
ə
halinin məşğulluğunun artırılması sahəsində tədbirlərin sosial tərəfdaşlıq
prinsipi əsasında həyata keçirilməsi;
-
sosial tərəfdaşlığın səmərəliliyinin artırılması məqsədi ilə sosial və iqtisadi
məsələlər üzrə daimi fəaliyyət göstərən üçtərəfli komissiyanın yaradılması üçün
tədbirlərin həyata keçirilməsi.
Dostları ilə paylaş: |