Yoxsulluğun azaldılması. Yoxsulluq sosial və institusional məsələlərlə yanaşı, iqtisadi məsələləri də əhatə
edən coxşaxəli bir problemdir. Yoxsulluğun azaldılması yalnız iqtisadi siyasət
sahəsində həyata kecirilən tədbirlər nəticəsində əldə edilməsə də, iqtisadi artım və
makroiqtisadi sabitlik kimi məsələlər yoxsulluğun azaldılmasına zəmin yaradaraq,
coxşaxəli və davamlı inkişaf tempinin təmin edilməsində muhum amildir.[23]
qtisadi artımın davamlılığını təmin edən ən başlıca cəhətlərdən biri iqtisadi
inkişafın sahəvi və coğrafi diversifikasiyasıdır. Bu baxımdan, qeyri-neft
sektorunun inkişafı, həmçinin, regionların tarazlı inkişaf etdirilməsi xususi önəm
daşıyır. Məhz dayanıqlı iqtisadi artım makroiqtisadi sabitliyin əsasını təşkil
etməlidir.
Makro səviyyədə iqtisadi sabitliyin qorunub saxlanılması ölkənin bütün dövlət
xərclərinin davamlı və inflyasiya yaratmayan şəkildə idarə edilməsini tələb edir.
Tədqiqatlar gostərir ki, inflyasiyanın surətli artımı ilk novbədə əhalinin yoxsul
təbəqələrinə daha ağır zərbə vuraraq, yoxsulluq həddindən bir az yuxarı səviyyədə
olan ailələrin yoxsulluğa duçar olmalarına gətirib çıxarır. Bu baxımdan
makroiqtisadi sabitlik, davamlı olaraq iqtisadi artımın təmin edilməsi, ölkənin gəlir
və xərclərinin səmərəli idarə edilməsi muhum əhəmiyyətə malikdir.
Yoxsulluğun azaldılması hazırda beynəlxalq ictimaiyyət qarşısında duran
ümumbəşəri bir problemdir.Ölkəmizdə bu problemin həlli aktual olsa da,bu sahədə
ciddi nailiyyətlərin əldə olunması üçün irimiqyaslı maliyyə resursları tələb
olunurdu.Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi,”Əsrin
müqaviləsi”çərçivəsində ölkəmizə maliyyə vəsaitlərinin daxil olması yoxsulluqla
ciddi mübarizəyə başlanmasına zəmin yaratdı.