Şə
kil 2.1
Azərbaycan Respublikasında iqtisadiyyatın sosialyönümlüyünün
tənzimlənməsinin hüquqi-normativ bazası:
Azərbaycan Respublikasının Konstitusiyası əsasında və müvafiq Qanunlar
ə
sasında
ölkə
Prezidentinin
fərmanı
ilə
təsdiq
edilmiş
normativ
aktlar,qaydalar,əsasnamələr
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş
qaydalar,əsasnamələr,nizamnamələr,təlimatlar və digər normativ aktlar
Müvafiq nazirliklərin və digər dövlət idarəetmə orqanlarının(Əmək, və
Ə
halinin Sosial Müadfiəsi Nazirliyi,Təhsil Nazirliyi,Səhiyyə Nazirliyi, qtisadi
68
nkişaf və s.)təsdiq etdikləri təlimatlar,sərəncamlar,əmrlər və digər normativ
aktlar
Konstitusiyanın maddələrində, sosial həyatın müxtəlif sferalarında dövlətin
öhdəliklərini təsbitdən müddəalar mövcuddur. Bunlardan əsaslan kimi sosial
təminat, əmək, təhsil, mənzil,istirahət,sağlamlıq və s. hüquqlarını da göstərmək
olar.
Elmi ədəbiyyatlarda sosial müdafiənin 3 əsas təşkilati-hüquqi forması
göstərilir.Bunlar aşağıdakılardır:
-sosial sığorta sistemi;
-dövlət və bələdiyyələr tərəfindən göstərilən sosial yardım;
-xüsusilə həssas əhali qruplarına yönəlmiş müdafiə və xüsusi sosial tədbirlər.[30]
Sosial müdafiənin təşkilati-hüquqi formalarından biri sosial siğortadır.Bu forma
bazar iqtisadiyyatı şəraitində keçmiş ölkələrin böyük əksəriyyətində digər
formalarla müqayisədə daha geniş istifadə olunur.”Sosial siğorta”anlayışının
ə
sasında sosial risklər və onların məcburi və könüllü siğortalanması dayanır.Sosial
siğorta haqları siğortaedən və siğortaolunan şəxslər tərəfindən əmək haqqı nisbətdə
faizlərlə ödənilir.
Sosial müdafiənin digər elementi-hər hansı gəlir mənbəyi və beləliklə,məburi
dövlət sosial siğortası olmayan, yaxud gəlirinin məbləği qəbul olunmuş meyarlar
baxımından yetərli olmayan aztəminatlı insanlara dövlət büdcəsi hesabına ödənilən
ünvanlı dövlət yardımından və sosial müavinətlərdən ibarət sosial yardım
sistemidir.Sosial yardım ünvanlı xarakter daşıyır, maddi təminat üçün başqa vəsait
mənbələrinə malik olmayanlara verilir.Bu qəbildən olan şəxslər xüsusi yoxlama
ə
sasında müəyyənləşdirilir və sosial yardım yalnız belə yoxlamadan sonra verilir.
Sosial müdafiənin üçüncü elementi sosial cəhətdən xüsusilə həssas əhali
qruplarını(qaçqınlar, məcburi köçkünlər, valideyn himayəsindən məhrum olan
uşaqlar, tənha ahıl vətəndaşlar və s.) əhatə edən sosial müdafiə və xüsusi sosial
69
tədbirlər sistemidir.Sosial müdafiənin təşkilati hüquqi formalarından biri əmək
qabiliyyətli olmayan əhalinin bilavasitə dövlət təminatıdır.Bilavasitə dövlət
təminatı dedikdə,xərclərin dövlət büdcəsi tərəfindən ödənilməsi, bu şəkildə təminat
alan şəxslər kateqoriyasının, onların təmin olunma səviyyəsinin dövlət hakimiyyəti
orqanları
tərəfindən
müəyyənləşdirilməsidir.Hazırda
respublikamızda
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət
təminatına götürülüblər.
Sosial müdafiənin təşkilati-hüquqi formalarıdan biri də provident fondların
yaradılması, müəyyən şəraitin yaranma halı üçün vəsaitin məcburi
toplanmasıdır.Belə fondlar ayrı-ayrı ölkələrdə (Asiya və Afrikanın müstəmləkə
ölkələrində) mövcud olub, ümumdövlət təşkilatı sayılır.Provident fondların olması
işləyən (gəliri olan) hər bir vətəndaşa özünün gələcək rifahı üçün fərdi yığımlar
etmək imkanı verir.Onlar əmanət bankı tipli idarələr kimi fəaliyyət göstərir.Bu
ə
manətlərdən müvəqqəti itirmə, işi dayandırma, işsizlik hallarında istifadə olunur.
Sosial müdafiənin bir forması da insanların fərdi qaydada könüllü olaraq müxtılif
siğorta növlərindən istifadə etməsidir.Sosial müdafiənin bu forması məcburi
qaydada deyil,bu münasibətlərdə iştirak edən şəxslərin sosial müdafiəsini həyata
keçirmək öhdəliklərini öz üzərlərinə götürürlər.
Sosial müdafiə pul formasında, natural formada, eləcə də sosial müdafiə olunan
şə
xslərə göstərilən müxtəlif xidmətlər olu ilə həyata keçirilə bilər.Sosial müdafiə
kompensasiya və profilaktik xəbərdaredici səciyyə daşıyır.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial siyasətin
təşkilati-idarəetmə baxımından aşağıdakı vəzifələri həyata keçirir:
-Əmək, sosial müdafiə, pensiya təminatı, demoqrafiya və miqrasiya sahəsində
dövlət siyasətini hazırlamaq və qanunvericilikdə müəyyən olunmuş qaydada
həyata keçirmək;
-Əmək qabiliyyətli əhalinin işgüzarlıq və təşəbbüskarlığının artırılması üçün
rəruri şərait yaratmaq, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq
70
bütün müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əmək və sosial hüquqlarının
qorunmasını təmin etmək;
- şsizliyin səviyyəsinin azaldılmasına, əmək bazarında zəif rəqabətli əhali
qruplarının, xüsusilə gənclərin, çoxuşaqlı qadınların, qaçqın və məcburi
köçkünlərin, əlillərin, şəhid ailəsi üzvlərinin, sərbəstləşdirilmiş işçilərin
məşğulluğuna yönəldilmiş siyasəti həyata keçirmək;
-Müvafiq icra hakimiyyəti orqanları, dövlət və qeyri-dövlət müəssisələri ilə
birgə yeni iş yerlərinin yaradılmasına yönəldilmiş tədbirlər hazırlamaq, əmək
ehtiyatların bazar şəraitinə uyğunlaşdırmaq məqsədilə peşə hazırlığı mexanizmini
təkmilləşdirmək;
-Əhalinin aztəminatlı təbəqələrinə dövlət yardımının tənzimlənməsi üzrə
təkliflər hazırlamaq, tənha ahıl vətəndaşlara və əlillərə sosial-məişət xidmətini
təşkil etmək;
-Demoqrafiya, əmək və sosial müdafiə məsələləri üzrə elmi-tədqiqat və
beynəlxalq əməkdaşlıq sahəsində işləri əlaqələndirmək və s.[51]
Mövcud təhsil qanunvericiliyinə görə təhsili idarə etmək üçün dövlət və ictimai
özünüidarə orqanları sistemi yaradılır. Təhsil müəssisələrinin idarə olunmasında
yerli dövlət orqanları, müvafiq elmi-pedaqoji kollektivlər, peşə yaradıcılıq
ittifaqları, cəmiyyətlər və geniş ictimaiyyət iştirak edir. Bununla belə, təhsil
sistemini idarə edən başlıca subyektlər Nazirlər Kabineti və Təhsil Nazirliyidir.
“Təhsil haqqında” Qanuna görə, Nazirlər Kabineti təhsilin strategiyasını
müəyyənləşdirən əsas orqan olmaqla aşağıdakı fünksiyaları həyata keçirir:
• təhsil Qanununun, bu barədə müvafiq qanunveriçilik aktlarının və sənədlərin
icrasına nəzarət edir;
• təhsil sisteminin idarə olunmasının təşkilat strukturunu müəyyən edir;
• təhsilin mərkəzi dövlət idarə strukturlarını yaradır və onlara rəhbərlik edir;
• dövlət idarəçiliyində olan peşə-ixtisas təhsili müəssisələrini yaradır, yenidən
təşkil edir və ləğv edir;
71
• peşə-ixtisas təhsili müəssisələri üçtln ixtisasların siyahısını təsdiq edir, sosial
sifarişdən asılı olaraq belə ixtisaslar açır və bağlayır;
dövlət təhsil standartlarını təsdiq edir, təhsil barədə qəbul olunan sənədlərin
həmin standartlara müvafiq olmasına nəzarət edir;
•
təhsil
müəssisələri,
onların
attestasiyası,
akkreditasiyası
və
lisenziyalaşdırılması barədə dünya standartına müvafiq olan əsasnamələri təsdiq
edir;
• təhsilin inkişafına dair dövlət həmçinin beynalxalq proqramlar hazırlayıb
həyata keçirir;
• təhsilin maliyyələşdirilməsi üçün milli gəlirdən pay ayrılması, təhsillə bağlı
respublika büdcəsinin, təhsilin inkişaf fondlarının formalaşdırılması barədə
təkliflər verir;
• təhsilinn maliyyələşdirilməsinin dövlət normativlərini, təhsil sistemi
işçilərinin əmək haqqının ödənilməsi qaydasını, əmək haqqı minimumunu, güzəşt
və imtiyazları, tələbələrin təqaüdlə təmin olunmasının, digər kateqoriyalardan olan
pedaqoji işçilərin, təhsil və tərbiyə alanların sosial müdafiəsinin norma və
qaydalarını ınüəyyən edir;
• təhsilin inkişafını stimullaşdıran vergi siyasəti yeridir;
• yüksək ixtisaslı mütəxəssislərin attestasiyasının təşkil olunmasına rəhbərlik
edir;
• təhsil sistemi işçiləri üçün fəxri adlar və mükafatların təsis olunması barədə
məsələ qaldırır.
Sosial sahədə tətbiq edilən normativlər və standartlar dövlətin ali məqsədi olan
insanların daha layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir.Bu
normativlər və standartlar, ilk növbədə ölkə konstitusiyasından, dövlətin tərəfdar
çıxdığı ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrdən irəli gəlir və dövlətin
sosial
sahədə
siyasətinin
normallaşdırılmasına,
meyarı
və
ölçüsünə
çevrilir.Azərbaycanın sosial hüququnun təhlili aşağıdakı sosial normativlərin
olmasını şərtləndirir:
72
-minimum istehlak səbəti, yaşayış minimumu;
-ehtiyac meyarı;
-minimum əmək haqqı;
-əmək pensiyasının baza hissəsi;
-ailədə adambaşına düşən orta gəlir;
-əmək pensiyasının orta aylıq məbləğinin orta aylıq əmək haqqı ilə nisbəti və s.
stehlak səbətinə insanın sağlamlığını və həyat fəaliyyətini təmin etmək üçün
tələb olunan zəruri ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlər daxildir.”Yaşayış
minimumu haqqında”qanunun 3-cü maddəsinə əsasən minimum istehlak səbəti
ə
halinin əsas sosial-demoqrafik qrupları üzrə, bir nəfərin və ya ailənin xərc
maddələri üzrə aşağıdakı tərkibdə formalaşdırılır:
1.Ərzaq məhsullarının minimum toplusu;
2.Fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu
(geyim, ayaqqabı və dəftərxan ləvazimatı, təsərrüfat, mədəni-məişət, sanitariya
əş
yaları, dərmanlar və s.);
3.Xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət,
təhsil, mədəni-maarif, mualicə-istirahət xidmətləri və s.).
stehlak səbətinə görə yaşayış üçün zəruri olan aşağı həddin pulla ifadəsi təyin
olunur.Bu zaman mal və xidmətlərin real qiymətləri əsas götürülür. stehlak
səbətinin pulla ifadəsi hökumət tərəfindən müəyyənləşdirilir.Bu zaman bazarda
qiymətlərin dəyişməsi nəzərə alınır.Ərzaq mallarına, məcburi ödənclər üzrə qeyri-
ə
rzaq mallarına və xidmətlərə dair qiymətlər əsas götürülür. stehlak səbəti
haqqında Azərbaycan hökümətinin də bir sıra qərarları olmuşdur.
Yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin
cəmindən ibarət sosial normadır.Yaşayış minimumu sosial norma olaraq çox geniş
təbiq dairəsinə malikdir.Yaşayış minimumundan əsasən aşağıdakı məqsədlər üçün
istifadə olunur:
1.Aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi sisteminin
formalaşdırılmasında və tətbiqində;
73
2.Aztəminatlı ailələrin rifahının yüksəldilməsi konsepsiyasının və Dövlət
proqramlarının hazırlanmasında;
3.Əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdırılmasında;
4.Fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən
həddinin əsaslandırılmasında;
5.Əhalinin pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin
işlənib hazırlanmasında və həyata keçirilməsində;
6.Dövlət büdcəsinin, yerli büdcələrin, büdcədənkənar dövlət fondlarının,
qanunvericiliklə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında.
Göründüyü kimi, yaşayış minimumu böyük nəzəri və praktiki əhəmiyyətə
malikdir və o, sosial-iqtisadi həyatın ən müxtəlif sahələrinə nüfuz edir.
Yaşayış minimunun məyyən edilməsi üçün əhalinin əsas soial-demoqrafik
qrupları üzrə istehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri ərzaq malları və
xidmətlər orta bazar qiymətləri ilə, icbari ödənişlər isə normalaşmış faktiki
məsrəflər əsasında hesablanır.
Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ildə birdə
yenidən hesablanır və dövlət büdcəsi ilə birgə təsdiq edilir.2014 cü il üçün yaşayış
minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136
manat,pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat müəyyən
edilmişdir.[10]
Yaşayış minimumu əmək haqqının minimum məbləğinin, pensiyaların baza
hissəsinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial
yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının müəyyən edilməsinin
ə
sasını təşkil edir.Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və
təşkilatlar ixtisassız əməklə məşğul olan işçilərinə əmək haqqını minimum əmək
haqqı məbləğindən az olmayaraq ödınilməlidir.
Qeyd etmək lazımdır ki,Azərbaycan dövləti minimum əmək haqqı və
pensiyaların baza hissəsinin,ehtiyac meyarının həddinin mərhələlərlə ölkə üzrə
yaşayış minimumum səviyyəsiə yüksəldilməsini qarşısına hədəf kimi
74
qoymuşdur.Əmək pensiyalarının “Əmək pensiyalrı haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq artırılması və indeksləşdirilməsi
pensiyaların yaşayış minimumuna çatdırılmasına və insanların real alıcılıq
qabiliyyətininin artırılmasına xidmət edir.
Əhalinin əsas sosial-demoqrafik qrupları dedikdə yaş-cins əlamətlərinə,sosial
vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar,
ə
lillər, uşaqlar, və s.) nəzədə tutulur.
Minimum əmək haqqı qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq
ə
mək haqqının ən aşağı səviyyəsini müəyyən edən aylıq əmək haqqının ən aşağı
səviyyəsini müəyyən edən sosila normativdir.Eyni zamanda minimum aylıq əmək
haqqı da 105 manat təşkil etməklə yaşayış minimumuna yaxınlaşdırılmışdır.
Dostları ilə paylaş: |