Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix28.12.2021
ölçüsü0,78 Mb.
#17190
1   ...   19   20   21   22   23   24   25   26   27
azaldılmasına yönəldilən sosial siyasətin təkmilləşdirilməsi istiqamətləri 
 
Dünya  ölkələrinin  sosial-iqtisadi  inkişaf  səviyyəsinin  öyrənilməsi  göstərir  ki, 
bütün dünyada, eləcə də Azərbaycanda (xüsusilə müstəqillik illərinin əvvəllərində) 
yoxsulluq problemi çox ciddi xarakter almışdır.Odur ki, yoxsulluqla mübarizə bir 
çox  beynəlxalq  təşkilatların  prioritetinə  çevrilmişdir.  Bu  baxımdan  yoxsulluğun 
azaldılması üzrə həyata keçirilən tədbirlərdə yalnız iqtisadi aspekt deyil, həmçinin 
siyasi və hüquqi amillər də nəzərə alınmalıdır. Lakin problemlə bağlı əsas diqqət 
dövlət  tərəfindən  əhalinin  rifah  halının  yaxşılaşdırılmasına  yönəldilməlidir.  Bu 


85 
 
zaman  iqtisadi  inkişafın  ölkə  üzrə  bərabər  paylanması,  həyata  keçirilən  sosial 
müdafiə  sisteminin  daim  təkmilləşdirilməsi  və  sosial  yardım  proqramlarının 
effektivliyinə nail olunması əsas ötürülməlidir. 
     Yoxsulluğun  yaranma  səbəbi  kimi  ilk  növbədə  əhali  gəlirlərində  baş  verən 
proseslər  göstərilir.  Belə  ki,  ölkə  əhalisinin  gəlirləri  artdıqda  elə  onun  bütün 
təbəqələrinin  gəlirləri  bərabər  sürətlə  çoxalmır.  Əsas  etibarilə  kasıb  təbəqənin 
gəlirləri  aşağı  templə  artır.  Nəticədə  gəlirlərin  qeyri-bərabər  bölgüsü  sosial 
gərginlik  yaratmaqla  əvvəlcə  ölkə  daxilində,  sonra  isə  beynəlxalq  miqyasda 
sabitliyin  pozulmasına  səbəb  olur.  Bəzi  hallarda  isə  iqtisadi  artım  yoxsulluq 
problemini daha da kəskinləşdirir.  qtisadi artım o zaman səmərəli ola bilər ki, o, 
yoxsul əhalinin tələbatlarını ödəyə bilsin.  
Qeyd  edək  ki,  ölkədə  həyat  səviyyəsinin  yüksəldilməsinin  və  yoxsulluğun 
azaldılması  istiqamətində  dövlətin  həyata  keçirdiyi  sosial  siyasətin  başlıca 
həlqələrindən biri də yaşayış minimumunun düzgün müəyyənləşdirilməsidir. Qeyd 
etdiyimiz kimi yaşayış minimumu, minimum istehlak səbətinin dəyərini və icbari 
ödənişləri  özündə  cəmləşdirən  xərclərin  məcmusunu  təşkil  edir.  Yəni  bu  hədd 
yoxsulluğun  müəyyən  edilməsi  üçün  istifadə  olunan  əsas  normadır  və  dövlətin 
yoxsulluqla  mübarizə  siyasəti  ilə  bağlı  olan  mühüm  sosial  normativ  kimi  qəbul 
edilməlidir. 
    Bildiyimiz  kimi,  hazırda  Azərbaycanda  yaşayış  minimumu  minimum  istehlak 
büdcəsini  üstələyir.  Yüksək  rifah  büdcəsi  insanın  sosial  və  fizioloji  tələbatlarının 
tam şəkildə təminatına, həmçinin icbari ödəniş və yığımlara, büdcənin saxlanılması 
üçün  zəruri  olan  əmanətlərin  formalaşmasına  təminat  verən  səmərəli  xidmət  və 
rifah dəstindən ibarətdir. Yüksək rifah büdcəsi insanın hərtərəfli inkişafına imkan 
verən  resurslardan  yararlanmağa  şərait  yaradır.  Bura  insanın  seçim  imkanının 
genişliyi,  uzun və sağlam  ömür  yaşaması,  təhsil  almaq  və  ləyaqətli ömür  sürmək 
imkanları daxildir. Buna görə də ona sosial siyasətin müvəqqəti aləti kimi baxılır. 
Bu,  iqtisadiyyatı  böhran  vəziyyətindən  çıxarmaq  üçün  məhdud  dövr  ərzində 
istifadə olunmaq məqsədini güdür və insan üçün yalnız ən zəruri olan xidmətlərin 


86 
 
istehlakının  minimal  mümkün  həddini  xarakterizə  edir.  Lakin  ölkənin  iqtisadi 
inkişafı  ilə  əlaqədar  olaraq  həyat  səviyyəsi  göstəricilərinin  daim  yüksəldilməsi 
yaşayış minimumunun da artımına müsbət mənada təsir göstərir. Belə ki, yaşayış 
minimumu yalnız əhalinin maddi və mənəvi ehtiyac normasının minimal həcminin 
qiymətləndirilməsi  üçün  deyil,  həmçinin  yoxsulluq  həddinin  müəyyən 
edilməsində,  minimum  əmək  haqqı,  pensiya,  müavinət  və  digər  sosial  vəsaitlərin 
ödənilməsində istifadə olunur. 
     Minimum  istehlak  büdcəsi  insanların  maddi  və  mənəvi  tələbatlarının 
ödənilməsi  prosesidir.  Minimum  istehlak  büdcəsi  insanın  sağlamlığının  və  həyat 
fəaliyyətinin  minimum  səviyyəsi  üçün  zəruri  olan  ərzaq,  qeyri-ərzaq  malları  və 
xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.[9] 
       Yoxsulluğun  ölçülməsini  gəlir  imkanları  ilə  xarakterizə  edərkən  ilk  olaraq 
insanların  onu  əldə  etməsi  üçün  hansı  vasitələrdən  yararlanmasını  öyrənmək 
vacibdir. Bu zaman əhalinin səhiyyə, təhsil və digər zəruri xidmətlərindən istifadə 
imkanları  araşdırılmalıdır.  Fikrimizcə,  dövlət  yoxsulluğun  uzaq  perspektivdə 
azaldılması  üçün  əhalinin  təhsil  və  səhiyyə  imkanlarını  genişləndirməlidir. 
Məlumat  üçün  bildirək  ki,  DB-nin  1990-cı  il  «Dünya  inkişafı  haqqında 
hesabat»ında da yoxsulluqla mübarizədə fiziki kapitaldan əlavə təhsil və səhiyyəyə 
diqqətin  artırılmasının  zəruriliyi  qeyd  olunmuşdur.[40]Aparılan  tədqiqatlar 
nəticəsində  məlum  olmuşdur  ki,  təhsilin  kəmiyyət  və  keyfiyyət  göstəricilərinin 
yuxarı  həddə  olması  gəlirlərin  də  yüksək  olmasına  zəmin  yaradır.  A.Muradov 
təhsilin  dərəcəsinin  artmasını  məşğulluğun  təmin  olunması  imkanlarının 
genişlənməsinə,  pul  gəlirlərinin  çoxalmasına,  əhalinin  həyat  səviyyəsinin 
yüksəlməsinə  və  yoxsulluğun  azalmasına  xidmət  etdiyini  bildirir  və  təhsilin 
yoxsulluq riskinin azaldılmasında mühüm rol oynadığını qeyd edir. 
Təcrübə göstərir ki, yaxşı təhsilli və sağlam insanın gəlir əldə etmə imkanları 
yüksək  olur.  Əks  təqdirdə,  yəni  lazımi  dərəcədə  olmayan  sağlamlıq  və  təhsil 
səviyyəsi,  kifayət  qədər  qidalanmama  əmək  məhsuldarlığını  aşağı  salır. 
Ümumiyyətlə  insanın  təhsili  onun  yoxsulluq  həddində  yaşaması  və  yaxud  da 


87 
 
həyatının  təminatlı  və  sağlam  yaşamasını  şərtləndirir.  Bu  baxımdan  yoxsulluqla 
mübarizədə təhsilə xüsusi diqqət yetirilməsi vacibdir. 
       Təhsilə ayrılan investisiyalar davamlı iqtisadi artıma təminat verməklə yanaşı, 
bərabərsizliyi  aradan  qaldırmaqla  yoxsulluğun  azaldılmasına  şərait  yarada  bilər. 
Aparılmış tədqiqat materiallarından məlum olmuşdur ki, l il orta təhsil fərdi gəlirin 
10% artımına səbəb olur. Məhz bu baxımdan son illər dünyanın bir çox ölkələrinin, 
o  cümlədən  Azərbaycan  Respublikasının  da  qoşulduğu  «Təhsil  hamı  üçün» 
Proqramı 2015-ci ilə qədər hər bir oğlan və qızın tam ibtidai təhsilə riyələnməsini 
nəzərdə tutur. Fikrimizcə, bu cür proqramların həyata keçirilməsi əhalinin, xüsusilə 
də  onun  aztəminatlı  hissəsinin  təhsil  və  səhiyyə  xidmətlərindən  istifadə 
imkanlarının  yaxşılaşdırmaqla  yoxsulluğun  azaldılmasını  göstərir.  Əhalinin  gəlir 
ə
ldə  etmə  imkanlarının  çoxalması  isə  öz  növbəsində  təhsilin  və  səhiyyənin  də 
inkişafına xidmət edir. Belə ki, gəlirlərin çoxalması nəticəsində insanların səhiyyə 
xidmətlərindən istifadəsi və təhsil alması üçün daha yaxşı şərait yaranır və insanlar 
ba  sahələrə  daha  çox  pul  xərcləyirlər.  Nəticədə  əhalinin  intellektual  səviyyəsi 
yüksəlir, sağlamlığı artır, bunlarla yanaşı onların yoxsulluq riski aşağı düşür. 
Göründüyü kimi, əhalinin yoxsulluğu ilə onların təhsili və sağlamlığı arasında 
sıx  bağlılıq  vardır.  Yoxsul  insanlar  qida  çatışmazlığı  üzündən  sağlamlıqları  və 
onun  bərpası  ilə  bağlı  bir  sıra  problemlərlə  üzləşirlər.  Düzdür  son  illərdə  dövlət 
büdcəsindən  səhiyyə  sektoruna  aynlan  vəsaitlərin  həcmi  bir  neçə  dəfə  artırılmış, 
yeni xəstəxanalar istifadəyə verilmiş, təmir edilmiş və zəruri avadanlıqlarla təmin 
edilmişdir. Lakin bir çox hallarda yoxsul insanların bu xidmətlərdən yararlanmaq 
imkanları  məhdud  olur.  Bundan  başqa  büdcədən  səhiyyəyə  çəkilən  adambaşına 
xərclərin  azlığı,  tibbi  xidmət  xərclərinin  Azərbaycan  reallığı  ilə  uzlaşmaması 
yoxsul insanların vəziyyətini ağırlaşdırır. 
Yoxsulluğun  azaldılması  istiqamətində  aparılan  tədbirlər  sırasında  təhsil  və 
səhiyyə  sahəsində  islahatların  tələb  olunmasına  baxmayaraq,  yeni  iqtisadi-siyasi 
münasibətlər sisteminə daxil olmuş ölkələrdə radikal islahatların həyata keçirilməsi 
mənfi  nəticələrə  səbəb  ola  bilər.  Bu  baxımdan  islahatlar  təhsil  və  səhiyyə 


88 
 
xərclərinin  ÜDM-də  xüsusi  çəkisinin  artması  və  iqtisadi  yüksəlişin  səviyyəsi  ilə 
ə
laqəli  həyata  keçirilməlidir.  Bu  isə  insan  kapitalının  inkişaf  etdirilməsinə  şərait 
yaradar. 
 Hazırda insan inkişafı problemləri aşağıdakı kimi qruplaşdırılmışdır. 
• 
Gəlirlərin  və  iqtisadi  artımın  yüksəlməsinə  yönəlmiş  iqtisadi  fəaliyyətin 
nəticəsi olan məhsuldarlıq; 
       Qabiliyyətlərin tətbiq edilməsində və nemətlərin istifadə edilməsində            
• 
bərabərlik kimi başa düşülən bərabərlik; 
• 
 Yalnız indiki nəsillər üçün deyil, həm də gələcək nəsillər üçün sivilizasiya 
imkanlarına çatmağı təmin edən sabitlik; 
• 
nkişafın yalnız insanların mənafeyi üçün deyil, həm də onların səyi nəticəsində 
həyata keçirilməsini nəzərdə tutan imkanların genişləndirilməsi. 
“Azərbaycan Respublikasında  nsan  nkişafı Haqqında Hesabat”da qeyd edilir 
ki, davamlı insan inkişafı milli, sosial və iqtisadi inkişafın planlaşdırılmasının əsas 
hissəsinə çevrilərək tərkibinə yoxsulluğun aradan qaldırılmasını da daxil etmişdir. 
« nsan  seçiminin  genişləndirilməsi  konsepsiyası»nın  əsasında  isə  rifah  halı, 
adambaşına düşən gəlir deyil, insanların özləri üçün layiq bildiyi həyatı yaşamaq 
imkanı  durur.  Bu  konsepsiya  inkişafın  əsas  qüvvəsini  insanın  imkanlarının 
genişləndirilməsində  görür.  Bu  nöqteyi-nəzərdən  maddi  sərvətlərə  olan  baxış  da 
dəyişir.  Uzun  müddət  o,  ölkənin  inkişafında  mühüm  amil  kimi 
qiymətləndirilmişdir.  nsan inkişafı Konsepsiyası iqtisadi artımla insan inkişafının 
ə
laqəsini 4 üsul ilə optimallaşdırmağı təklif edir: 
1. 
nsanların  öz  imkanlarını  reallaşdırmaq  üçün  istehsal  və  maddi  nemətlərin 
bölgüsündə  iştirakını  təmin  etmək  məqsədilə  təhsilə,  səhiyyəyə,  peşə  hazırlığına 
investisiyaların artırılması; 
2. 
P-nin  maddi  əsasını  təmin  edərək  sərvətlərin  və  gəlirlərin  daha  ədalətli 
bölgüsü; 
3. 
Sosial  sahənin  iqtisadi  bazasını  gücləndirməklə  sosial  xərclərin  dəqiq 
tarazlaşdınlmasının əldə olunması; 


89 
 
4. 
nsanların  sosial, siyasi  və  iqtisadi  sahələrdə seçim  imkanlarının  artırılması 
və  bu  zaman  imkanları  müxtəlif  səbəblər  üzündən  məhdudlaşdırılan  əhali 
qruplarına daha çox diqqət yetirilməsi ; 
Qeyd etmək lazımdır ki, 2006-2015-ci illərdə məşğulluq strategiyasının məqsəd və 
vəzifələri kimi insan inkişafına xidmət edən kadr hazırlığı sisteminin, o cümlədən 
peşə  hazırlığı  ixtisasartırma  şəbəkəsinin  fəaliyyətini  dinamik  inkişaf  edən  əmək 
bazarının  tələblərinə  uyğunlaşdırmaq  və  bu  strategiyanı  iki  mərhələdə 
reallaşdırmaq tutulur. Lakin bilavasitə insan kapitalının yüksək inkişaf  səviyyəsini 
təmin  edilməsinə  yönəldilmiş  tədbirlərin  2011-2015-ci  illəri  əhatə  edən  ikinci 
mərhələdə həyata keçirilməsi fikrimizcə düzgün hesab edilə bilməz. Belə ki, insan 
inkişafının  səviyyəsinin  daim  diqqət  mərkəzində  olması  istər  fərdin,  istər  ölkə 
vətəndaşlarının,  istərsə  də  bütün  dünya  əhalisinin  rifah halının  yaxşılaşmasına  və 
davamlı tərəqqiyə nail olunmasına zəmin yaradır. 
Təsadüfi  deyil  ki,  son  illərdə  insan  inkişafi  problemləri  çərçivəsində  insan 
yoxsulluğu indeksi hesablanmağa başlanmışdır. Bu indeks inkişaf etməkdə olan və 
sənayecə  inkişaf  etmiş  dövlətlər  üçün  müxtəlif  göstəricilər  əsasında  hesablanır. 
Ə
gər  inkişaf  etməkdə  olan  ölkələrdə bu  indeksin  hesablanmasında  40  yaşa  qədər 
ömür  sürə  bilməyən  insanların  ümumi  əhalinin  tərkibində  xüsusi  çəkisi;  yaşlı 
ə
halinin  tərkibində  savadsızlıq  səviyyəsi  və  həyat  səviyyəsini  xarakterizə  edən 
göstərici  kimi  içməli  su  ilə  təmin  olunmayan  insanların,  səhiyyə  xidmətindən 
istifadə edə bilməyən, beş yaşına qədər çəkisi qeyri-normal olan uşaqların əhalinin 
tərkibində  xüsusi  çəkisi  kimi  göstəricilərdən  istifadə  edilirsə,  sənayecə  inkişaf 
etmiş  ölkələrdə  isə  60  yaşa  qədər  ömür  sürə  bilməyənlərin;  savadsızların; 
yoxsulluq  həddində  yaşayanların;  12  aydan  çox  işləməyən  iş  qüvvəsinin  əhalinin 
ümumi sayına faiz nisbətini xarakterizə edən rəqəmlər əsas götürülür. 
Məlum olduğu kimi insan kapitalının formalaşmasında ailə və ev təsərrüfatları 
ə
həmiyyətli  rolu  oynayırlar.  Bu  baxımdan  indiki  şəraitdə  insan  kapitalının 
formalaşmasına  əlverişli  şəraitin  yaradılması  və  bu  istiqamətdə  dövlət  siyasətinin 
gücləndirilməsi  vacibdir.  Çünki,  insan  kapitalının  formalaşdırılması,ilk 


90 
 
növbədə,yaradılmış  əlverişli  şərtlərlə  əlaqədardır.  Belə  ki,  burada  ailə  büdcəsi  və 
ondan  istifadə,  həmçinin  təsərrüfatın  idarə  olunması  əsas  götürülməlidir.  nsan 
kapitalının  istehsalı  prosesində  isə  demoqrafik  amillər,  onların  təhsil  və  səhiyyə 
xidmətlərindən yararlanması, mədəni-məişət imkanlarından hansı dərəcədə istifadə 
edilməsi əhəmiyyətli yer tutur. Yaradılmış insan kapitalının realizə prosesi isə ev 
təsərrüfatı  üzvlərinin  həm  fərdi,  həm  də  korporativ  qaydada  bazar 
münasibətlərində  iştirakı  ilə  baş  verir.  Burada  həmçinin  ailə  biznesinin  hansı 
səviyyədə olması əsas rol oynayır. Beləliklə, insan kapitalının cəmiyyətdə rolu və 
iştirakı qapalı bir sistem olduğundan ona çəkilən xərclərin və yığımının ödənilməsi 
prosesi bərpa olunduqdan sonra təkrar istehsal mərhələsi həyata keçməyə başlayır. 
Beləliklə, yoxsulluqla mübarizə üzrə hazırlanan müxtəlif proqram və iqtisadi, 
sosial,  hüquqi  islahatlarda,  aparılan  siyasətdə  ilk  növbədə  insan  amili,  onun  öz 
hüquq  və  imkanlarını  həyata  keçirməsinin  hansı  səviyyədə  olması  xüsusi 
ə
həmiyyət kəsb edir. 
       Məlum  olduğu  kimi,  yoxsulluğu  yaradan  amillər  sırasına  sosial  amillər  də 
daxildir. Hökumət yoxsul vətəndaşların rifah halının yaxşılaşdırılması üçün onlara 
sosial  yardım  göstərir.  Bu  tədbirlərə  ayrılan  vəsaitlər  əsasən  dövlət  büdcəsində 
təsbit  olunmaqla  həyata  keçirilir.  YAD DP-də  əhalinin  həyat  səviyyəsinin 
yüksəldilməsindən  ötrü  sosial  təminat  sahəsində  ciddi  islahatların  aparılması 
qarşıya  məqsəd  kimi  qoyulmuşdur.  Bu  məqsədlə  ünvanlı  sosial  yardım  və  sosial 
islahatların  həyata  keçirilməsi  nəzərdə  tutulmuşdur.  Sosial  təminat  sistemi  sosial 
sığorta  və  sosial  yardım  növlərinə  ayrılır  ki,  birinci  təminat  növü  işləyən  əhali 
tərəfindən  ödənilən  sosial  sığorta  ayırmaları  hesabına,  kincisi  isə  dövlət  büdcəsi 
hesabma  yoxsul  əhalinin  rifah  halının  yüksəldilməsi  üçün  nəzərdə  tutulmuşdur. 
Beləliklə,  sosial  təminatın  əsas  funksiyası  cəmiyyətin  əmək  qabiliyyətli  olmayan 
üzvlərinin həyat səviyyəsinin kəskin surətdə aşağı düşməsinin qarşısını almaqdır. 
Qeyd etmək lazımdır ki, son illərdə respublikamızda sosial təminat sistemində 
islahatlar  aparılır.  Bu  islahatların  tərkib  hissəsi  kimi  7  fevral  2006-cı  il  «Sosial 
müavinətlər  haqqında»  və  «Əmək  pensiyaları  haqqında»  Qanunların  qəbulundan 


91 
 
sonra sosial müavinətlər və əmək pensiyaları bir-birindən ayrılmışdır. 
Sosial  müavinətlər  -  ayrı-ayrı  kateqoriya  şəxslərə  sosial  yardım  göstərilməsi 
məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Aylıq müavinətlər - yaşa, 
ə
lilliyə,  16  yaşadək  əlil  uşaqlara,  ailə  başçısını  itirməyə  görə,  müvafiq  icra 
hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  bəzi  kateqoriya  şəxslərə 
kommunal,  nəqliyyat  vo  digər  xidmətlərə,  üç  yaşınadək  uşağa  qulluğa,  müvafiq 
icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  bəzi  kateqoriya  şəxslərin  16 
yaşadək  (ümumi  təhsil  müəssislərində  əyani  təhsil  alanlar  üçün  16  yaşadək) 
uşaqlarına,  valideynlərini  itirmiş  və  valideyn  himayəsindən  məhrum  olmuş 
uşaqların  qəyyumlarına  (himayəçilərinə),  bir  yaşınadək  uşağı  olan  aztəminatlı 
ailələrə, dövlət qulluqçularına ömürlük verilən müavinətlərdir. 
Birdəfəlik  müavinətlərə  isə  radiasiya  qəzasının  ləğvində  iştirak  etmiş  və 
həmin  qəza  nəticəsində  zərər  çəkərək  əlil  olmuş  şəxslərə  müalicə  üçün,  uşağın 
anadan olmasına görə və dəfn üçün ödənilən vəsaitlər daxildir. 
Son  illər  əhalinin  sosial  müdafiəsinin  gücləndirilməsi  istiqamətində  ayrı-ayrı 
müavinətlər üzrə artımlar müşahidə olunmuşdur. 
     Cari  ilin  ötən  dövründə  respublika  əhalisinin  4,4  faizinə  və  ya  421245  nəfərə 
aylıq  və  birdəfəlik  sosial  müavinət  təyin  olunub  ödənilmişdir.  Sosial  müavinət 
alanların  333750  nəfəri  və  ya  79,2  faizi  aylıq,  87495  nəfəri  və  ya  20,8  faizi  isə 
birdəfəlik  sosial  müavinət  alanlardır.  Bundan  əlavə,  50896  nəfərə  Azərbaycan 
Respublikası  Prezidentinin  müxtəlif  Fərman  və  Sərəncamlarına  əsasən  Prezident 
təqaüdləri  təyin  olunaraq  ödənilir.  Bununla  bərabər,  2014-cü  ilin  on  bir  ayı  üzrə 
penitensiar  müəssisələrdə  cəza  çəkməkdən  azad  edilmiş,  tibbi  və  sosial  yardıma 
ehtiyacı olan 3971 nəfərə birdəfəlik pul müavinəti təyin edilib ödənilmişdir. 
       Son  bir  ildə  Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən  yalnız  sosial 
cəhətdən həssas qruplarla bağlı 10-dan artıq fərman və sərəncam imzalanıb ki, bu 
sənədlər  sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinə və 
sosial təminat sisteminin əhatə dairəsinin daha da genişləndirilməsinə xidmət edib. 
Həmin sənədlərdən sosial ödənişlər sahəsinə dair 4 Fərman və 1 Sərəncama əsasən, 


92 
 
orta  aylıq  Prezident  təqaüdü  müharibə  əlilləri  və  onlara  bərabər  tutulan  şəxslər 
üçün 50%-ə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan 
olan şəxslər üçün 81,8%, Qarabağ müharibəsi veteranlarına aylıq sosial müavinətin 
məbləği 21,6% artırılıb. 
       Həmçinin  bu  fərman  və  sərəncamlar  ölkədə  bir  sıra  yeni  təminat  növlərinin 
formalaşmasına  da  səbəb  olmuşdur.   Belə  ki,  23  dekabr  2013-cü  il  tarixli 
Sərəncamla  kinci  Dünya  müharibəsində  Leninqrad  şəhərinin  mühasirəsi  zamanı 
şə
hərin  müəssisələrində  işləmiş,  müvafiq  medal  və  döş  nişanı  ilə  təltif  edilmiş 
şə
xslərə  Prezident  təqaüdlərinin  ödənilməsinə  başlanılıb.  27  dekabr  2013-cü  il 
tarixli 72 nömrəli Fərmanla ölkədə ilk dəfə olaraq bu ilin əvvəlindən beşdən çox 
uşağı olan qadınların uşaqlarının hər birinə görə ayda 30 manat müavinət, 2014-cü 
il  17  mart  tarixli  128  nömrəli  Fərmanla  I  qrup  əlilliyə  görə  sosial  müavinət  alan 
şə
xslərə  ayda  67  manat  sosial  müavinətdən  əlavə   olaraq  60  manat  məbləğində 
Prezident  təqaüdü  təyin  olunaraq  ödənilir.  Eyni  zamanda,  Azərbaycan 
Prezidentinin  18  mart  2014-cü  il  tarixli  Sərəncamı  ilə  müharibə  əlilləri  və  şəhid 
ailələrinin ödənişli ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan övladlarının 
təhsil  haqlarının  2014/2015-ci  tədris  ilindən  etibarən  dövlət  büdcəsi  hesabına 
ödənilməsinə başlanmışdır. 11 avqust 2014-cü il tarixli Fərmana əsasən isə gələn 
ilin  əvvəlindən  Əfqanıstanda  sovet  qoşunlarının  tərkibində  beynəlmiləl  borcunu 
yerinə  yetirərkən  həlak  olan,  itkin  düşmüş  və  məhkəmə  qaydasında  ölmüş  elan 
edilən  hərbi  qulluqçuların  ailələrinə  ayda  200  manat  məbləğində  Prezident 
təqaüdləri təyin olunacaqdır. 
         2014-ci ilin on bir ayı ərzində aylıq və birdəfəlik sosial müavinət, təqaüd və 
kompensasiyaların ödənilməsi üçün 268,0 milyon manat vəsait xərclənmişdir. Bu 
da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,3 milyon manat və ya 22 faiz çoxdur. 
       Respublikamızda da «Ünvanlı dövlət sosial yardımı haqqında» Qanunun qəbul 
edilməsi  aztəminatlı  əhali  qruplarının  sosial  müdafiəsini  gücləndirmək  məqsədi 
daşıyır.  Sosial  yardım  istər  inkişaf  etməkdə,  istərsə  də  inkişaf  etmiş  ölkələrdə 
tətbiq  edilməklə  minimal  yaşayış  səviyyəsinin  təmin  edilməsində  yoxsulluqla 


93 
 
mübarizə  çərçivəsində  və  aztəminatlı  ailələrə  dövlət  tərəfindən  verilən  vəsaitdir. 
Ə
halinin sosial müdafiəsi elə təşkil edilməlidir ki, bu cəmiyyət üzvlərinin işləmək 
hüququ,  təminatlı  yaşayış  minimumu,  sağlamlığının  qorunması,  təhsil,  peşə 
hazırlığı  və  yenidən  hazırlanması,  hüquqlarının  təmin  edilməsinə  imkan  versin. 
Lakin  bu  yaşayış  nemətlərinin  bölüşdürülməsində  bərabərliyə  və  himayəçiliyə 
gətirib çıxarmamalı, əməyə olan həvəsin azalmasına səbəb olmamalı, əksinə, ona 
müsbət  təsir  göstərməlidir.  Pulla  verilən  dotasiya  və  milli  köməklik  o  adamlara 
verilməlidir ki, onlar obyektiv səbəblər üzündən qazanc əldə etmək imkanına malik 
deyildirlər.  Bunlara  çoxuşaqlı  ailələr,  gənclər  və  natamam  ailələr,  uşaqlar, 
tələbələr, əlillər, təqaüdçülər və sair məhdud və natamam əmək qabiliyyətinə malik 
olan vətəndaşlar daxildir. 
        Respublikada  son  illərdə  sosial  cəhətdən  xüsusilə  həssas  qrupların  sosial 
müdafiəsinin  gücləndirilməsinə  dair  bir  sıra  mühüm  sənədlər  qəbul  olunmuşdur. 
Ölkə  Prezidentinin  2006-cı  il  17  aprel  tarixli  1413  nomrəli  Sərəncamı  ilə  təsdiq 
olunmuş  “Ahıl  vətəndaşların  sosial  müdafiəsinin  gücləndirilməsi  üzrə  Dövlət 
Proqramı”nda  tənha  ahıl  vətəndaşların  sosial  müdafiəsinin  yaxşılaşdırılması  üçün 
sosial xidmətlərin təkmilləşdirilməsi, internat evlərində və pansionatlarda yaşayan 
ahıl  vətəndaşlar  üçün  sosial-məişət  və  tibbi  xidmət  səviyyəsinin  yüksəldilməsi, 
həmin  müəssisələrin  maddi-texniki  bazasının  yaxşılaşdırılmasına  nail  olunması 
sahəsində  müvafiq  tədbirlərin  həyata  kecirilməsi  nəzərdə  tutulmuşdur.Uşaq 
muəssisələrində böyüyən və valideyn himayəsindən məhrum olan uşaqların sosial 
müdafiəsi  də  daim  diqqət  mərkəzindədir.  Beynəlxalq  təcrubə  göstərir  ki,  uşaq 
muəssisələrində  böyümə  və  valideyn  himayəsindən  məhrumolma  uzun  muddət 
uşaqların  inkişafında  öz  mənfi  izlərini  saxlayır.  Bu  muəssisələrdəki  uşaqların 
sayını azaltmaq, onları maddi yardımla təmin etmək, öz ailələrində və ya qəyyum 
ailələrdə  böyümələrini  təmin  etmək  məqsədilə  Azərbaycan  Respublikası 
Prezidentinin  2006-cı  il  29  mart  tarixli  1386  nomrəli  Sərəncamı  ilə  “Azərbaycan 
Respublikasında  dövlət  uşaq  müəssisələrindən  uşaqların  ailələrə  verilməsi 
(deinstitusionalizasiya)və  alternativ  qayğı  Dövlət  Proqramı  (2006-2015-ci  illər)” 


94 
 
təsdiq edilmişdir. 
Son  illər  ərzində  internat  məktəblərində  və  uşaq  evlərində  olan  uşaqların 
sayında  xeyli  azalma  qeydə  alınmışdır.  Belə  ki,  uşaq  muəssisələrində  olan 
uşaqların sayı 2003-cü ildə 23,5 mindən 2007-ci ilin əvvəlinə 16,9 min nəfərədək 
azalmışdır. Həmin dövr ərzində korpə və uşaq evlərində olan uşaqların sayı 922-
dən  790-a,  valideyn  himayəsindən  məhrum  olan  uşaqlar  üçün  internat 
məktəblərində  uşaqların  sayı  516-dan  450-ə,  ümumi  tipli  internat  məktəblərində 
isə18,9  mindən  12,6  minədək  azalmışdır.  Eyni  zamanda,  sağlamlıq  imkanları 
məhdud olan uşaqlar üçün xüsusi internat məktəblərində uşaqların sayı həmin dövr 
ə
rzində  2860-dan  2751-ə,əqli  cəhətdən  geri  qalan  uşaqlar  üçün  internat 
məktəblərində isə 359-dan 300-dək azalmışdır. 
       Ölkədə vətəndaşların həyat fəaliyyətlərinin təmin edilməsində əmək haqqı 
sistemi,  onun  təyin  olunması  mexanizmi  xüsusi  əhəmiyyətə  malikdir.  Belə  ki, 
ə
mək  haqqının  sosial-iqtisadi  həyatda  rolu  insanların  həyat  səviyyəsinə  bu  və  ya 
digər  dərəcədə  öz  təsirini  göstərir.  Əmək  haqqının  ən  aşağı  həddi  MƏH  istər 
işləyən, istərsə də işləməyən şəxslər üçün sosial norma olmaqla baza rolunda çıxış 
etməlidir.  Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsində  qeyd  edilir  ki, 
minimum  əmək  haqqı  (MƏH)  ixtisassız  əməyə  və  xidmətə  görə  aylıq  əmək 
haqqının  ən  aşağı  səviyyəsini  müəyyən  edən  sosial  normativdir  və  dövlətin 
müəyyən  etdiyi  minimum  əmək  haqqı  miqdarından  az  əmək  haqqı  verilməsi 
qadağan edilmişdir. Bir sözlə, MƏH minimal tələbatı Ödəməyə imkan verən sosial 
normanı  özündə  ehtiva  etməlidir.  BƏT-in  Azərbaycan  Respublikası  tərəfindən 
ratifikasiya  edilmiş  131  saylı  maddəsində  “Minimum  əmək  haqqının  səviyyəsıni 
müəyyən  edərkən  nəzərdə  tutuian  milli  təcriibəyə  və  şəraitə  müvafıq  olan  və 
məqbul sayılan amillərə: 
a) 
 Ölkədə  əmək  haqqının  ümumi  səviyyəsini,  yaşayış  dəyərini,  sosial 
müavinətləri və başqa sosial qruplann müqayisəli həyat səviyyəsini nəzərə almaqla 
ə
məkçilərin və onlann ailələrinin tələbatını; 
b) 
  qtisadi inkişafm tələbləri daxil edilməklə iqtisadi mülahizələr, məhsuldarhq 


95 
 
səviyyəsinə  məşğulluğun  arzu  olunan  yüksək  səviyyəyə  çatdınlması  və 
saxlamlması daxil edilir» 
Bu  baxımdan  vətəndaşların  sosial  müdafiəsinin  təşkilində  MƏH-in  baza 
rolunda  çıxış  etməsi  məqsədə  müvafıqdır.  MƏH-in,  yoxsulluq  həddinin,  yaşayış 
minimumunun,  ehtiyac  meyarmın  son  məqsədləri  əhalinin  minimal  tələbatlannın 
ödənilməsinə istiqamətlənsə də, hazırda respublikamızda onların dəyərləri arasında 
fərqlər mövcuddur. 
Hazırda  ölkəmizdə  istər  MƏH-in,  istərsə  də  əmək  haqqınm  öz  funksiyalannı 
yerinə yetirmək gücündə olmaması son nəticədə Ölkə əhalisinin həyat səviyyəsinə 
mənfı təsirini göstərməkdədir. Belə ki, əmək haqqı fakt ki olaraq öz funksiyalarım 
(təkrar istehsal, stimullaşdırma, tənzimləmə və sosial) yerinə yetirə bilmir. Bundan 
başqa, respublikada mövcud MƏH minimal yaşayış səviyyəsinin təminatçısı deyil, 
yalnız  texniki  normativ  rolunu  oynayır.  Minimum  əmək  haqqı  və  yaşayış 
minimumunun  dəyəri  arasında  ciddi  fərqlərin olması  onun  öz  funksiyasmı  yerinə 
yetirə  b lməməsini  sübut  edir.  Məsələn,  Avropada  minimum  əmək  haqqı  yaşayış 
minimumunu üstələmişdir. Fransada MƏH yaşayış minimumundan 58,2 %, Böyük 
Britaniyada 53,1% yüksək olmuşdur. Hollandiyada isə MƏH yaşayış minimumunu 
2  dəfə  üstələmişdır.  1938-ci  ildə  ABŞ-da  qəbul  edilmiş  «Ədalətli  əmək  şəraiti 
haqqında» Qanunda minimum əmək haqqı tədricən orta aylıq əmək haqqının 50%-
i həcmində müəyyən edilmişdir.Məlumat üçün  bildirək  ki,  BƏT-in  ölkələr  üzrə 
tərtib  etdiyi  hesabat  materiallannın  təhlili  göstərir  ki,  minimum  əmək  haqqı  orta 
aylıq  əmək  haqqının  40-60%-nə  bərabər  olmuş  və  artım  surəti  fızioloji  yaşayış 
mınimumunun artım sürətini üstələmişdir. 
       Avropa Sosial Xartiyası “Ədalətli əmək haqqı hüququ” maddəsinin birinci 
bəndində qeyd edilir ki, “hər bir işçi özünün və ailəsinin layiqli həyat səviyyəsində 
yaşamasım  təmin  edən  əmək  haqqı  almaq  hüququna  malikdir”.  Xartiyamn  bu 
maddəsində  minimum  əmək  haqqının  tədricən  yaşayış  minimumuna 
yaxmlaşdınlması tövsiyə edilir. Məlumat  üçün bildirək ki, minimal əmək haqqını 
isə Avropa Birliyində 9-10%-dən artıq işçilər almır. 


96 
 
Qeyd  etmək  lazımdır  ki,  ölkəmiz  əhalinin  bilavasitə  həyat  səviyyəsinin 
yüksəldilməsinə  təsir  göstərən  Avropa  Sosial  Xartiyasımn  31  maddəsindən  18-ni 
2004-cü  ilin  yanvarında  ratifikasiya  etmişdir.  Bu  sənəd  Azərbaycan  Respublikası 
Konstitusiyasında  əhalinin  rifah  halının  artınlmasını  nəzərdə  tutan  bir  çox 
maddələri özündə təsbit etmişdir. Lakin ədalətli əmək haqqı hüququ; sosial təminat 
hüququ;  sosial  və  tibbi  yardım  hüququ;  sosial  xidmət  hüququ;  ailənin  sosial, 
hüquqi  və  iqtisadi  müdafıəsi  hüququ;  sosial  ostrakizm  və  yoxsulluqdan  müdafıə 
hüququ;  yaşamaq  hüququ  və  s.  maddələr  ratifikasiya  edilməmişdir.  Fikrimizcə, 
ə
halinin  sosial  vəziyyətinin  yaxşılaşdırılmasına  xidmət  edən  bu  maddələrin 
ölkəmiz tərəfindən ratifikasiya olunması məqsədəmüvafiqdir. 
       Ölkədə əmək haqqı sistemində digər bir çatışmazlıq əməyin ödənilməsində 
istıfadə  olunan  VTC-nin  qeyri-mükəmməl  olmasıdır.  Belə  ki,  əməyin  ödənilməsi 
üzrə ölkədə VTC-nin öz məzmununu dəyişərək vahidliyini itirməsi əhalinin həyat 
səviyyəsində  ciddi  fərqlər  yaratmışdır.  Nazirlər  Kabinetinin  26  may  1996-cı  il 
tarixli  “Azərbaycan  Respublikasında  əməyin  ödənilməsi  haqqında”  Qərarına 
ə
sasən  VTC  vahidliyini  itirmiş,  dərəcə  əmsalları  arasında  nisbətlər  pozulmuş, 
müxtəlif iş yerlərində eyni əmək funksiyasını yerinə yetirən eyni peşə sahiblərinin 
ə
mək  haqqı  arasında  ayrı-seçkilik  yaranmışdır.  Dövlət  Büdcəsindən 
maliyyələşdirilən  təşkilatlarda  fəaliyyət  göstərən  eyni  qulluq  mövqeyinə  malik 
olan bu peşə sahiblərinin vəzifə maaşlarında nəzərdə tutulan fərqlər vətəndaşlann 
konstitusiya hüquqlarının pozulması deməkdir. Bu fərqlər Əmək Məcəlləsinin 158 
saylı  maddəsinin  3-cü  bəndində  göstərilən  « şçinin  əmək  haqqının  miqdarı  onun 
ə
mək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsi ilə 
müəyyən  edilir  və  hər  hansı  hədlə  məhdudlaşdırıla  bilməz»  müddəası  ilə  təzad 
təşkil edir. 
Qeyd  etmək  lazımdır  ki,  YAD DP-də  əmək  haqqının  ödənilməsinin  bazar 
iqtisadiyyatı  şəraitində  yalnız  əmək  bazanndakı  tələb  və  təklifə  görə  müəyyən 
edilməsi  fıkri  öz  əksini  tapmışdır.  Lakin  unutmaq  olmaz  ki,  respublikada  əmək 
bazan  üçün  xarakterik  olan  subyektlərin  tam  fəaliyyət  göstərməməsi  bu  ideyanm 


97 
 
yenidən  korrektə  edilməsini  tələb  edir.  Digər  bir  tərəfdən  isə  hökumətin  dövrü 
surətdə ayrı-ayrı kateqoriyalardan olan məşğul əhalinin əmək haqlarını artırması bu 
tezisin həqiqətə uyğun olmamasını bir daha isbatlayır. 
Ə
mək  haqqı  sistemində  islahatların  aparılması  bazar  münasibətləri  şəraitində 
vacibdir.  24  noyabr  2003-cü  il  tarixli  «Azərbaycan  Respublikası  sosial-iqtisadi 
inkişafının  sürətləndirilməsi  tədbirləri  haqqında»  Azərbaycan  Respublikası 
Prezidentinin  Fərmanında  əhalinin  yaşayış  səviyyəsinin  yüksəldilməsi  məqsədilə 
ə
mək  haqqı  və təqaüd sisteminin  təkmilləşdirilməsi istiqamətində  müvafıq  işlərin 
apanlması  nəzərdə  tutulmuşdur  Fikrimizcə,  əmək  haqqı  sahəsində  islahatlann  üç 
istiqamət  üzrə  aparılması  daha  məqsədəuyğundur:  birinci-əmək  haqqının  təkrar 
istehsal,  stimullaşdırıcı,  tənzimləyici  funksiyalarımn  bərpa  olunması;  ikincisi  - 
büdcə  təşkilatlannda  işçilərin  sayınm  tənzimlənməsi;  üçüncüsü  isə  -  yüksək 
ixtisaslı  və  məhsuldar  işçilərin  həvəsləndirilməsidir.  Hesab  edirik  ki,  hökumət 
beynəlxalq  konvens yalara  uyğun  olaraq  minimum  əmək  haqqının  ölkədəki 
yaşayış  minimumunun  dəyərinə  uyğunlaşdırmalıdır.  Nəticədə  yoxsulluğun  real 
səviyyəsini  düzgün  müəyyənləşdirmək  olar  ki,  bu  da  qeyd  olunan  sahədə 
ə
həmiyyətli  tədbirlərin  həyata  keçirilməsi  imkanlarını  artırar.  Əks  halda  ölkədəki 
yoxsulluğun səviyyəsinin müəyyənləşdirilməsində ciddi problemlər meydana çıxır. 
Ölkəmizin  iqtisadi  və  sosial  həyatında  müşahidə  olunan  müsbət  meyllərin,  o 
cümlədən  əhalinin  rifah  halının  yaxşılaşdırılması  və  yoxsulluğun  səviyyəsinin 
azaldılması  sahəsində  tədbirlərin  davam  etdirilməsi  məqsədilə  Azərbaycan 
Respublikası  Prezidentinin  15  sentyabr  2008-ci  il  tarixli  Sərəncamı  ilə  "2008-
2015-ci  illərdə  Azərbaycan  Respublikasında  yoxsulluğun  azaldılması  və  davamlı 
inkişaf  Dövlət  Proqramı"  təsdiq  olunmuşdur.  Dövlət  Proqramı  özündə  əsas  9 
strateji məqsədi əks etdirir. Belə ki, makroiqtisadi sabitliyi saxlamaq və qeyri-neft 
sektorunu  tarazlı  inkişaf  etdirməklə  davamlı  iqtisadi  artımın  təmin  edilməsi, 
ə
halinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yaşlı əhalinin, aztəminatlı 
ailələrin  və  sosial  cəhətdən  xüsusilə  həssas  qrupların  sosial  riskinin  azaldılması, 
qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin 


98 
 
davam  etdirilməsi,  təhsil  və  səhiyyə  sahəsində  xidmətlərin  keyfiyyətinin 
yüksəldilməsi,  sosial  infrastrukturun  inkişaf  etdirilməsi  Dövlət  Proqramının  əsas 
strateji  istiqamətlərindəndir.  Bu  sahədə  həyata  keçirilən  məqsədyönlü  tədbirlər 
nəticəsində  2008-2015-ci  illərdə  ölkədə  işsizlik  səviyyəsinin  3-4  %  həddinədək, 
yoxsulluğun səviyyəsinin isə 2 dəfə azaldılması nəzərdə tutulur. 
2011-ci  ildə  əhalinin  rifah  halının  yaxşılaşdırılması,  ölkədə  davamlı  iqtisadi 
artımın  və  makroiqtisadi  sabitliyin  təmin  olunması,  yoxsulluğun  səviyyəsinin 
azaldılması  istiqamətində  Dövlət  Proqramı  çərçivəsində  bir  sıra  tədbirlər  həyata 
keçirilmişdir.  Bu  müddət  ərzində  ümumi  daxili  məhsulun  həcmi  50,1  milyard 
manat olaraq 2010-cu illə müqayisədə 0,1 faiz artmışdır. Onun adambaşına düşən 
həcmi isə 5530,6 manat (7003,4 ABŞ dolları) təşkil etmişdir. 
Ümumi  daxili  məhsulun  53,9  faizi  sənaye  sahələrində,  5,5  faizi  kənd 
təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 8,3 faizi tikinti kompleksində, 7,7 faizi 
ticarət  və  pullu  xidmət  sahələrində,  4,9  faizi  nəqliyyatda,  1,7  faizi  rabitədə,  12,0 
faizi  digər  xidmətlər  və  sosial  sahələrdə  yaradılmış,  6,0  faizi  məhsula  və  idxala 
xalis vergilərin payına düşmüşdür. 
Ümumi  daxili  məhsul  istehsalı  qeyri-neft  sektorunda  9,4  faiz  artmış,  neft 
sektorunda isə 9,3 faiz azalmışdır. 
Ölkədə  iqtisadi  artımın  təmin  edilməsi,  qeyri-neft  sektorunun  inkişafı 
nəticəsində  2011-ci  ildə  əhalinin  həyat  səviyyəsinin  yüksəlişi  də  davam  etmişdir. 
Belə  ki,  2011-ci  ildə  əhalinin  gəlirləri  2010-cu  illə  müqayisədə  19,6  faiz  artaraq 
30,6 milyard manata çatmış və onun adambaşına həcmi 3383,8 manat təşkil edərək 
2010-cu ilə nisbətən 18,1 faiz çox olmuşdur. 
Eyni zamanda 2011-ci ildə əhalinin real gəlirləri 20,5 faiz artaraq 28,2 milyard 
manat  olmuşdur.  Əhalinin  sərəncamında  qalan  gəlirlər  adambaşına  3115,0  manat 
təşkil  etmiş  və  2010-cu  ilə  nisbətən  18,9  faiz  artmışdır.  Əhalinin  pul  gəlirləri 
inflyasiyanı üstələmişdir. Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq 
ə
mək  haqqı  2011-ci  ilin  yanvar-noyabr  aylarında  8,3  faiz  artaraq  357  manata 
çatmışdır. 


99 
 
Yoxsulluğu  yaradan  əsas  amillərdən  birinin  işsizlik  olduğunu  nəzərə  alaraq, 
yoxsulluqla  mübarizədə  ölkədə  əməkqabiliyyətli  əhalinin  məşğulluğunun  təmin 
olunması  sahəsində  tədbirlərin  həyata  keçirilməsinə  önəmli  yer  verilir.  Belə  ki, 
ölkənin  əməkqabiliyyətli  əhalisinin  məşğulluğunu  təmin  etmək  məqsədilə 
Azərbaycan  Respublikası  Prezidentinin  15  may  2007-ci  il  tarixli  2167  nömrəli 
Sərəncamı  ilə  "Azərbaycan  Respublikasının  Məşğulluq  Strategiyasının  həyata 
keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)" təsdiq edilmişdir. Proqram 
çərçivəsində  əmək  bazarının  təkmilləşdirilməsi,  onun  institusional  inkişafı, 
məşğulluq  sahəsində  qanunvericilik  bazasının  təkmilləşdirilməsi  tədbirləri  həyata 
keçirilmişdir.  Sözügedən  Proqramın  davamı  olaraq  Azərbaycan  Respublikası 
Prezidentinin 15 noyabr 2011-ci il tarixli 1836 nömrəli Sərəncamı ilə "Azərbaycan 
Respublikasının  Məşğulluq  Strategiyasının  həyata  keçirilməsi  üzrə  2011-2015-ci 
illər  üçün  Dövlət  Proqramı"  təsdiq  edilmişdir.  Proqram  çərçivəsində  əmək 
bazarının  tənzimlənməsinin  təkmilləşdirilməsi,  işçi  qüvvəsinə  olan  tələbatın 
stimullaşdırılması  və  insan  kapitalının  inkişaf  etdirilməsi,  sosial  cəhətdən  həssas 
ə
hali  qruplarının  məşğulluğunun  inkişafı,  işaxtaran  və  işsiz  şəxslərin  sosial 
müdafiəsinin  gücləndirilməsi  istiqamətində  tədbirlərin  həyata  keçirilməsi  nəzərdə 
tutulmuşdur.  Artıq  Proqramda  nəzərdə  tutulan  tədbirlərin  icrasına  başlanılmışdır. 
Son illərdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2011-ci ildə ölkədə 
işsizlik səviyyəsi 5,4 faizədək enmişdir. 
Eyni  zamanda  2009-cu  ildən  Azərbaycan  Respublikasının  Prezidentinin  14 
aprel  2009-cu  il  tarixli  80  nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiş  "Azərbaycan 
Respublikası  regionlarının  2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət 
Proqramı"nın  icrasına  başlanılmışdır.  Həyata  keçirilmiş  məqsədyönlü  tədbirlər 
nəticəsində  2011-ci  ildə  ölkədə  73  mini  daimi  olmaqla  94  min  yeni  iş  yeri 
açılmışdır. 
“2008-2015”-ci  illərdə  Azərbaycan  Respublikasında  yoxsulluğun  azaldılması 
və davamlı inkişaf Dövlət Proqramı"nda təhsil, səhiyyə, ətraf mühitin mühafizəsi 
və  digər  sahələrdə  nəzərdə  tutulmuş  tədbirlərin  uğurlu  icrası  ölkədə  yoxsulluğun 


100 
 
azaldılmasında mühüm rol oynayır. 
Sözügedən  Dövlət  Proqramları  çərçivəsində  həyata  keçirilən  məqsədyönlü 
tədbirlər nəticəsində ölkədə yoxsulluq səviyyəsi 2001-ci ildəki 49 faizdən 2011-ci 
ilin yekunlarına əsasən 7,6 faizə enmişdir. 
Eyni zamanda əhalinin rifah halının yaxşılaşdırılması, ölkədə davamlı iqtisadi 
artımın  və  makroiqtisadi  sabitliyin  təmin  olunması,  yoxsulluğun  səviyyəsinin 
azaldılması istiqamətində nəzərdə tutulmuş tədbirlərin icrasının davam etdirilməsi 
məqsədilə  Azərbaycan  Respublikası  Prezidentinin  28  iyun  2011-ci  il  tarixli  1578 
nömrəli  Sərəncamı  ilə  "2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında 
yoxsulluğun  azaldılması  və  davamlı  inkişaf  Dövlət  Proqramı"nın  həyata 
keçirilməsi üzrə 2011-2015-ci illəri əhatə edən yeni Tədbirlər Planı təsdiq edilmiş 
və artıq icrasına başlanılmışdır.[23] 
Ölkə  vətəndaşlarının  sosial  müdafiəsinin  gücləndirilməsi  və  yoxsulluğun 
azaldılması istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsi bundan sonra da 
davam etdiriləcəkdir.  
 
     3.3.Regionların inkişafında Azərbaycanda muasir sosial siyasətin  

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin