113
Nəticə
Araşdırmalar göstərir ki,cəmiyyətin sosial inkişafı,uğurlu sosial siyasətin
həyata keçirilməsi ölkənin iqtisadi imkanlarından birbaşa asılıdır. qtisadi cəhətdən
gücü olmayan dövlət əhalinin hərtərəfli sosial müdafiəsini təmin və təşkil edə
bilməz.Ölkənin iqtisadi qüdrətinin artması əhalinin sosial vəziyyətinin
yaxşılaşdırılmasında mühüm rol oynayır. qtisadiyyat sosial siyasətin qarşısına
qoyulmuş məqsədlərə nail olmaq üçün bir vasitədir.Çünki iqtisadi inkişaf olmadan,
yüksək iqtisadi göstəricilərə, nailiyyətlərə malik olmadan cəmiyyətin sosial
siyasətini lazımi səviyyədə həyata keçirmək, bu sahədə istənilən nailiyyəti əldə
etmək mümkün deyil. qtisadiyyatın yüksək inkişafı sosial siyasət sahəsində qarşıya
qoyulmuş məqsədlərə nail olmağın əsasını təşkil edir.Beləliklə sosial siyasət
iqtisadi artımı həm ləngidə, həm də stimullaşdıra bilər.Bundan əlavə əminliklə
demək olar ki, sosial rifaha nail olmadan iqtisadi artıma nail olmaq mümkün deyil.
Sosial siyasət özünün məqsədyönlü məzmunu, tənzimlənən sosial
münasibətlərin təşkili, dövlətin fəaliyyətinin funksional əhəmiyyəti, həyata
keçirilmə
mexanizmi,
sosial
strukturların
balanslaşdırılması
və
möhkəmləndirilməsi və s. bu kimi funksiyaları həyata keçirir.
Bəşəriyyətin mütərəqqi inkişafı insanların sosial problemlərinin həllindən çox
dərəcədə asılıdır.Belə ki,cəmiyyətin sosial durumu iqtisadi inkişafın nəticəsindən
çox onun inkişafına təkan verən və ya ləngidən amilə çevrilmişdir.Bu bir daha
göstərir ki, bu gün sosial problemlərin düzgün və səmərəli həll edilməsi aktual
olmaqla yanaşı, həm də gələcək inkişaf üçün də əhəmiyyətlidir.Keçid
iqtisadiyyatını nəzərə almaqla dövlətin sosial siyasətini müəyyənləşdirən amillər
aşağıdakılardır;
114
-əhalinin həyat səviyyəsinin təmin edilməsi və yüksəldilməsi;
-gəlirlərin əhalinin təminatında yaratdığı fərqlərin dərinləşməsinin qarşısının
alınması;
-aztəminatlılıq və kasıblıqla mübarizə;
-inflyasiyanın məqbul səviyyəsinin saxlanılması;
-büdcə təminatı sosial sahələrin iqtisadi səmərəliliyinin yüksəldilməsi;
-istehlak malları və xidmətlər sahəsində milli istehsalçıların qorunması və onlara
dövlət köməyi;
-istehlak malları və xidmətlər istehsalına elmi-texniki dəstək və innovasiyanın
təmin edilməsi.
Qeyd etmək lazımdır ki, ailə gəlirlərindən asılı olmayaraq cəmiyyət üzvlərinə
bərabər imkanların yaradılması, pulsuz təhsil, səhiyyə xidmətindən istifadə
olunması, vətəndaşların hüquqlarının qorunması, əmək bazarının tənzimlənməsi,
məşğulluq və işsizlik probleminin həlli və nəhayət ölkədə yoxsulluq səviyyəsinin
həll edilməsi sosial yönümlü bazar iqtisadi sistemində sosial siyasətin əsasını təşkil
edir.
Çevik sosial siyasətin həyata keçirilməsində ən mühüm addımlardan biri də
sosial siyasətin prinsiplərinin işlənilməsi və həyata keçirilməsi ola bilər.Bunlara
ölkənin
səhiyyə
sisteminin
möhkəmləndirilməsi;təhsilin
səviyyəsinin
yüksəldilməsi; məşğulluğun təmin edilməsi və s. aiddir.
Qeyd etmək lazımdır ki, məşğulluq problemi ümumi məşğulluq siyasətinin
tərkib hissəsidir və bazar iqtisadiyyatı şəraitində əmək sferasında yaranan
disbalansların həlli ilə əlaqədar olaraq xüsusi məsələləri həll etməyə
yönəldilmişdir.Onun əsas məqsədi işsizliyin sosial-iqtisadi xərclərinin minimuma
endirilməsi və iş qüvvəsinin çevikliyinin və rəqabətə davamlılığının
yüksəldilməsidir.
Səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının
yaxşılaşdırılmasından, orta ömür müddətinin uzadılmasından, əhalinin bütün
təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən, dövlətin maliyyə
115
imkanları çərçivəsində pulsuz səhiyyə xidmətlərinin genişləndirilməsi və onun
keyfiyyətinin artırılması, ölkədə tibbi siğorta sisteminin yaradılmasından; əhalinin
sosial cəhətdən ən aşağı təminatlı təbəqələrinə tibbi yardımın göstərilməsi ilə bağlı
tədbirlər sisteminin hazırlanması və həyata keçirilməsindən ibarət olmalıdır.
Dostları ilə paylaş: |