Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix28.12.2021
ölçüsü0,78 Mb.
#17190
1   ...   15   16   17   18   19   20   21   22   ...   27
     Pensiya islahatları. Bütün sivil cəmiyyətlərdə pensiya təminatı sosial müdafiə 
sisteminin  mühüm  sahəsi  kimi  qəbul  olunmuşdur.Bu  isə  pensiya  təminatının 
mükəmməl və sivil qanunvericilik əsasında həyata keçirilməsini tələb edir.Hər bir 
ölkənin  pensiya  siyasəti  pensiya  sisteminin  iki  əsas  funksiyasının 
gerçəkləşdirilməsinə  yönəldilmişdir.Birinci  funksiya  sosial  funksiyadır-bu,  əmək 


65 
 
qabiliyyətini  itirmişşəxslərin  normal  həyat  şəraitini  təmin  etməyi  nəzərdə 
tutur. kinci,iqtisadi  funksiya  olub  pensiya  ilə  əmək  fəaliyyəti  arasında  asılılığı 
təmin etməkdir. 
      1993-cü ildən başlayaraq Azərbaycan Respublikasında siyasi sabitlik bərqərar 
edilməklə  əldə  olunan  dayanıqlı  iqtisadi  inkişaf  əhalinin  sosial  müdafiəsinin 
gücləndirilməsinin əsas amilinə çevrildi. Məhz bu dövrdə ölkənin pensiya təminatı 
sisteminin qabaqcıl beynəlxalq təcrübəyə uyğun yenidən qurulması sosial siyasətin 
strateji istiqamətlərindən biri kimi müəyyənləşdirildi.  
Ötən  illər  ərzində  həyata  keçirilən  islahatlarla  Azərbaycanda  müasir  və  sosial 
baxımdan  yüksək  səmərəyə  malik  pensiya  təminatı  sisteminin  yaradılmasına  nail 
olunmuşdur. Bunun nəticəsində pensiya yaşında olan əhali təbəqəsinin sosial rifah 
durumu əhəmiyyətli şəkildə yaxşılaşmış və bu təbəqədə yoxsulluq, demək olar ki, 
tam olaraq aradan qaldırılmışdır. Əhalinin sosial müdafiəsi sahəsində məqsədyönlü 
tədbirlər 2006-2013-cü illərdə əmək pensiyalarının orta aylıq məbləğinin 5,7 dəfə 
yüksəldilməsinə  və  beləliklə  də  bu  göstərici  üzrə  ölkəmizin  postsovet  coğrafi 
məkanında öncül mövqelərdə qərarlaşmasına imkan vermişdir. 
      Hazırda  ölkəmizdə  mövcud  olan  pensiya  təminatı  sistemində  bir  sıra  sosial 
sığorta  ilə  əlaqəli  olmayan  öhdəliklər  sistemin  maliyyə  yükünü  xeyli  artırmaqla 
pensiya  sisteminin  xərclərinin,  eləcə  də  dövlət  büdcəsindən  ayırmaların 
(transfertin) artımını şərtləndirmişdir. Nəticədə, Dövlət Sosial Müdafiə Fondunun 
təsdiq  edilmiş  büdcəsində  xərclərin  məbləği  2014-cü  ildə  2928,5  milyon  manat 
təşkil  etmişdir  ki,  bu  da  2006-cı  ildəki  589,5  milyon  manatla  müqayisədə  5  dəfə 
artmışdır.  Həmin  müddətdə  dövlət  büdcəsindən  ayırmaların  (transfertin)  məbləği 
6,8  dəfə  artmaqla,  167  milyon  manatdan  1142  milyon  manata,  cəmi  xərclərdə 
xüsusi çəkisi isə 28,3 faizdən 39 faizə yüksəlmişdir. Göstərilənlərlə bağlı, pensiya 
təminatı sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlılığının daha 
da  möhkəmləndirilməsi  məqsədi  ilə  müvafiq  tədbirlər  işlənilməli,  sosial  sığorta 
prinsiplərinə  əsaslanmayan  dövlət  öhdəlikləri  üzrə  xərclərin  maliyyə  yükünün 


66 
 
sistemə  təsiri  tənzimlənməli,  sosial  sığorta  haqları  ilə  sosial  sığorta  ödənişləri 
arasında əlaqə gücləndirilməlidir. 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin