Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix28.12.2021
ölçüsü0,78 Mb.
#17190
1   2   3   4   5   6   7   8   9   ...   27
 
NƏTICƏ.........................................................................................
112-113
 
STIFADƏ OLUNMUŞ ƏDƏBIYYAT.......................................
114-117
 
 
                                 
                                       Giriş         
 
    Mövzunun  aktuallığı.  Muasir  dövrdə  sosial  siyasət  anlayışı  təkcə  bu  sahə  ilə 
məşğul olan şəxslərin, alimlərin deyil, həm də cəmiyyətin bütün sosial təbəqələri 
və qruplarının gündəlik həyatına möhkəm daxil olmuşdur.Sovet dövründə siyasətin 
bölgüsündə  sosial  siyasət  demək  olar  ki,  fərqləndirilməmiş,çox  zaman  iqtisadi 
siyasətin tərkib hissəsi kimi qəbul edilmişdir.Lakin tarixi inkişaf prosesində sosial 
məsələlərə bu cür münasibətin yanlışlığı ortaya çıxmışdır. 
    Sosial  siyasət,  anlayış  olaraq  XIX  əsrin  ikinci  yarısında  Almaniyada  ortaya 
çıxıb.  lk  dəfə  sadəcə  fəhlə  və  kapitalist  sinfi  arasındakı  mənfəət  qarşıdurmasını 
nizamlamaq üçün dövlətin gördüyü tədbirləri nəzərdə tutan bu anlayış, daha sonra 
inkişaf  edərək  geniş  mənada  işlədilmişdir.  Bütün  sosial  sinif  və  qruplar  üçün 
dövlətin gördüyü tədbirlər bütününü əhatə etmişdir. Sosial siyasət müasir mənada: 
cəmiyyətdəki  bütün  sosial  sinif  və  qrupların  sosial  müdafiə,  sağlamlıq,  təhsil, 
məşğulluq və.s kimi problemlərini həll etməyə istiqamətlənmiş, qruplar və siniflər 
arasında  yaranan  mübarizə  və  münaqişələri  sosial  ədalət  prinsiplərinə  görə  həll 
etməyə çalışan və cəmiyyətin sosial rifahı üçün həyata keçirilən bütün tədbirlərin 
cəmidir.Bu  anlayış  hazırkı  mənanı  alana  qədər  uzun  bir  tarixi  inkişaf  mərhələsi 
keçmişdir.  Bu  mərhələlərdə  dövlətlər  öz  funkisiyalarını  dəyişdikləri  kimi  sosial 
siyasətin də mənasını dəyişdirib və onu daha da genişləndirmişdilər
.
 



 
     Sosial  siyasət  anlayışına  münasibətdə  müxtəlif  elmi  baxışlar  mövcuddur.Bu 
baxışların bir qismini nəzərdən keçirək.Son dövrlərdə sosial siyasətlə bağlı bir sıra 
tədqiqatlar aparılmışdır. 
     Görkəmli  alim  P.D.Pavlenka  dövlətin  sosial  siyasətini  cəmiyyətin  sosial 
inkişafını,sosial və digər qruplar arasında münasibətləri optimallaşdırmaq,dövlətin 
vətəndaşların həyati tələbatını ödəməsi üçün bu və ya digər şəraiti yaratması kimi 
qiymətləndirir.  
      .Q.Zaynışevə  görə,”Sosial  siyasət  dövlətin  daxili  siyasətin  tərkib  hissəsi  olub 
onun həyata keçirdiyi sosial proqramlarda,əhalinin sosial qruplarının marağını əsas 
götürərək cəmiyyətdəki münasibətlərin tənzimlənməsində təzahür edir. 
     Rus alimi M.Lavrenenkoya görə,”Sosial siyasət dövlət hakimiyyəti,qeyri-dövlət 
strukturları və şəxsiyyətin öz həyatının təminatı və insanın inkişafı naminə daimi 
bərpa olunan qarşılıqlı fəaliyyətidir”.
 
   
Beləliklə, müasir dövlətin sosial siaysəti ictimai həyatın ən mühüm tərəflərini 
ə
hatə  edən  məzmuna  malik  olmalıdır.Səmərəli  sosial  siyasət  əhalinin  öz 
tələbatlarını  ödəmək  imkanlarının  genişləndirilməsi,  cəmiyyətdə  sabitliyin 
qorunması,  hər  bir  vətəndaşın  sabaha  inamla  yaşaması,  sosial  gərginliyin 
azaldılması  və  bütövlükdə  cəmiyyətdə  təkrar  istehsal  prosesinin  normal  həyata 
keçirilməsini təmin edən sosial müdafiə sistemini qurmaqdan ibarətdir. 
  
 Tədqiqatın  məqsəd  və  vəzifələri.  Sosial  siyasətin  əsas  məqsədi  cəmiyyətin 
qarşıya qoyduğu məqsədlərə yardım etməkdir.Başlıca məqsəd yoxsulluğun aradan 
qaldırıldığı,  sosial  təzadların  olmadığı  və  ya  kəskin  münaqişələrsiz  həll  edildiyi 
yüksək  həyat  səviyyəsinə  malik  cəmiyyət  formalaşdırmaqdan  ibarətdir.Bu 
məqsədlərə nail olmaq üçün aşağıdakı vəzifələr qarşıya qoyulmuşdur: 
   -Gəlirin ədalətli bölgüsü və yoxsulluğun azaldılaması: Sosial siyasətin qarşısına 
qoyduğu  ən  əsas  məsələlərdən  biri  milli  gəlirin  cəmiyyətdə  ədalətli  bölügüsü  ilə 
ə
laqədardır.  Dövlət  bu  yöndə  siyasətlər  həyata  keçirərək  siniflərarası  maddi 
uçurumun  qarşısını  alır  və  sosial  ədaləti  yaratmağa  çalışır.  Gəlirin  ədalətsiz 



 
bölgüsü  zamanı  yaranan  yoxsulluq  probleminin  həlli  də  sosial  siyasətin  ən  əsas 
vəzifələri sırasındadır. 
  -Fürsət  barəbərliyi:  liberal  fəlsəfəyə  əsaslanan  qanun  qarşısında  bərabərlik 
prinsipinin sosial-iqtisadi sahəyə  tətbiq  olunmasıdır.  Bərabərlik  prinsipi daha  çox 
təhsil və fərdin özünü inkişaf etdirəcəyi müəyyən sahələrə tətbiq edilir. 
 -Sosial Müdafiə: hər hansı bir sosial risk, qocalıq, xəstəlik, işsizlik, iş qəzalarına 
görə  vətəndaşın  gəlirinin  azalması  və  ya  ümumiyyətlə  dayanması  zamanı  onun 
digər  insanlardan  asılı  olmadan  yaşamasını  təmin  etmək  üçün  görülən  tədbirlər 
bütünüdür. 
  -Tam  məşğulluğun  təmin  olunması  və  işsizliklə  mübarizə:  bütün  vətəndaşların 
gəlir  əldə  edə  biləcəyi  bir  iş  yerinin  olması  sosial  siyasətin  əsas  məqsədlərindən 
biridir. 
  -Sosial nizam və sülhü təmin etmək: sosial dövlət insanlar arasında aid olduqları 
fərqli  sinif,  irq,  din,  məzhəb,  iqtisadi  vəziyyətə  görə  ayrı-seçkilik  salınmasının 
qarşısını  almağa  çalışır.  Cəmiyyətdə  müxtəlif  tip  insanların  sülh  içərisində 
yaşamalarını təmin edir. 
  - qtisadi  inkişafın  təmin  olunması:  dövlətin  iqtisadi  inkişafı  üçün  investisiyalara 
münbit  şərait  yaradır.  qtisadi  fəaliyyətlərdə  tam  məşqulluq  halını  təmin  etmək 
üçün buna uyğun fəaliyyətlər həyata keçirilir. 
  - şçilərin müdafiəsi: az yaşlı işçilərin müdafiəsi, iş vaxtının nizamlanması, iş yeri 
şə
raitinin tənzimlənməsi, haqsız yerə işdən çlxarılma hallarının qarşısının alınması, 
normal  əmək  haqqı  təminatı  və  s  bu  kimi  işçi  problemlərinin  həllinə 
istiqamətlənmiş tədbirlər görülür. 
     Tədqiqatın  predmeti.Tədqiqatın  predmetini  keçid  iqtisadiyyatı  şəraitində 
bazar münasibətlərinin formalaşması ilə keyfiyyətcə yeni məzmun kəsb edən sosial 
münasibətlər  sistemi  və  əhalinin  sosial  müdafiəsi  sisteminin  təkmilləşdirilməsi 
problemləri təşkil edir. 
      Tədqiqatın  obyekti.Tədqiqatın  obyekti  kimi  Azərbaycan  Respublikasının 
iqtisadiyyatında  sosial-iqtisadi  münasibətləri  səciyyələndirən  proseslər,  sosial 



 
institutların  fəaliyyəti,  dövlət  və  yerli  idarəetmə  səviyyəsində  əhalinin  sosial 
müdafiəsi seçilmişdir. 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin