Təbii ki, əhalinin gəlirləri artırsa, onda biz qəbul edə bilərik ki,
İxtiyari k üçün əhalinin i-ci qrupunun ümumi sayda payını göstərdiyindən aşağı-
dakı bərabərliyi yaza bilərik:
(4) bərabərliyinin iqtisadi mahiyyəti ondan ibarətdir ki, əhalinin gəlirlərinin art-
ması nəticəsində əhali aşağı qruplardan gəliri daha yüksək olan yuxarı qruplara
məsələn, 1-dən 2-yə, 1-dən 3-ə, 1-dən 5-ə, 1-dən 6-ya, 2-dən 3-ə, 2-dən 4-ə, ... və s.
keçid baş verir. Aydın məsələdir ki, iqtisadi artım nəticəsində əhalinin 1-ci qrupdan
2-ci qrupa keçmə ehtimalı, 1-dən 3-ə keçmə ehtimalından daha çoxdur. Biz fərz
edirik ki, iqtisadi inkişaf nəticəsində əhali gəlirləri az olan qruplardan gəlirləri daha
çox olan yüksək qruplara keçir. Onda bu keçid prosesini xarakterizə edən H matrisi
üçbucaqlı matris olmalıdır.
Burada matrisa aşağıdakı şəkildə olmalıdır:
H matrisi, eyni zamanda, aşağıdakı sərhəd şərtlərini ödəməlidir.
H matrisinə keçid matrisi deyilir. Keçid matrisi faktiki olaraq müxtəlif paylanmalar
arasında hansı struktur dəyişikliklərinin baş verdiyini söyləməyə imkan verir. Bu
modelin əsas fərziyyəsi ondan ibarətdir ki, iqtisadi inkişaf nəticəsində sosial-iqtisadi
qruplar gəlirləri aşağı olan təbəqələrdən gəlirləri daha yüksək olan yuxarı təbəqələrə
keçirlər. H matrisini sütunlar üzrə quraq. Matris üçbucaq matris olduğundan birinci
sütun üçün trivial olaraq aşağıdakını alırıq:
Dostları ilə paylaş: