Sərraf Şiruyə
152
Xoş baxıb bu yurda qadiri-qüdrət,
Bağçada gül-bülbül eyləyir söhbət.
Hər yanda toy-büsat qurub təbiət,
Dağ, dərə səsləyir, yaşa bu yerdə.
Çiçəklər düzülüb yamaca, yala,
Nərgiz yasəmənlə verib qol-qola.
Sərraf Şiruyənin qüdrəti ola,
Ən gözəl şeirini qoşa bu yerdə.
ALLAH
Ərgünəşdən bir Göyçəyə baxaydım,
Bir anlıq təsəllim olaydı, Allah!
Bu yanmış könlümü kül еyləməyə,
Ədalət bir hava çalaydı, Allah!
Nuhun tufanında sеləmi düşdü?
Biganə, nanikor ələmi düşdü?
Tilsiməmi düşdü, fеləmi düşdü,
Kəlbəcər alınmaz qalaydı, Allah!
Kimlər satqın oldu, kimlər kərəmsiz?
Göyçə Kəlbəcəri еtdi hünərsiz.
Qaldı yurd-yuvasız, Əsli-Kərəmsiz,
Şiruyə dağlara lələydi, Allah!
Dostları ilə paylaş: |