Sərraf Şiruyə
156
ƏLİYƏ
İki dünya xoşbəxtiyəm, çün aşiqəm Əliyə,
Baş endirib, səcdə qıllam mən dəmadəm Əliyə.
Qismət ola məhşər günü başmağını cütlüyəm,
Qulamının qulamıtək olam həmdəm Əliyə.
Odur millət şəfadarı, iki cahan sahibi,
Düldül atlı, Zülfiqarlı, mərdi-meydan sahibi,
Dini İslamın carçısı, o xoş Quran sahibi,
Lənət gəlsin kafərlərə, etdi sitəm Əliyə.
Yerə, göyə lərzə düşdü o, Əntəri böləndə,
Sındırdı neçə tilsimi şəhri Zərə gedəndə.
Şiruyəyəm, canım qurban, şəhadətə yetəndə,
Haqq öyündə məleykələr tutdu matəm Əliyə.
Dostları ilə paylaş: