Susma, ürək…
163
ALLAHDAN MƏRHƏMƏT UMUR, UTANMIR
Bir addım atmayan Allah yolunda,
Allahdan nur, nemət umur, utanmır.
Bir qoldan tutmayan Allah yolunda,
Allahdan pay, sərvət umur, utanmır.
Bilməyən kəlmeyi-şəhadətini
Anlamır İslama xəyanətini.
İtirən Allaha sədaqətini,
Allahdan şan-şöhrət umur, utanmır.
Firudin, Sulidin bilməyən nədir,
Allahdan gözləyir mərhəmət, xətir.
Şeytan çağrışına olan müntəzir,
Allahdan var, dövlət umur, utanmır.
İmanını tamahına satanlar,
Axirəti günahına satanlar,
Haqqı nahaq mətahına satanlar,
Allahdan fəzilət umur, utanmır.
Bu dünya eşqiylə girən həvəsə,
Fələklə başlayan hər bəhsə-bəsə,
Sərraf Şiruyətək günahkar kimsə,
Allahdan mərhəmət umur, utanmır.
Dostları ilə paylaş: |