Susma, ürək…
173
Bir nalədi harayımız, hayımız,
Ötüb keçir baharımız, yayımız.
Bax, bu gərdənimiz, bu da boyumuz,
Əlif səninkidi, dal mənimkidi.
Axtar Şiruyəni könlün coşanda,
Nakam istəyinə nəğmə qoşanda.
Üz-üzə gələndə, qarşılaşanda,
Hörmət səninkidi, yol mənimkidi.
VAR
Sən yoxsan, günəşim, havam,
suyum yox,
Sən varsan, dünyam var, kainatım var.
Sən yoxsan, havarım, demək hayım yox,
Sən varsan, köməyim, qol-qanadım var.
Sən yoxsan, sevincim, şadlıq
dəmim yox,
Qohumum, sirdaşım, bir həmdəmim yox,
Sən varsan, qüssəm yox, kədər,
qəmim yox,
Sən varsan, çağlayan xoş həyatım var.
Gözəlim, gözəllik çoxdu həyatda,
Ən
böyük gözəllik bəxtdi həyatda,
Sən yoxsan, Şiruyə yoxdu həyatda,
Sən varsan, sevincim, səadətim var.